İntel CPU- Cisco avadanlıqlarında vaxt bombası
Dəyərli Kolleqalar və Technet izləyiciləri,
Sizinlə vacib və bəzilərinə böyük əhəmiyyət kəsb edəcək bir məlumatı paylaşmaq istərdim. Bu günlərdə CİSCO Systems şirkəti onu bəzi avadanlıqlarında vaxt bombası “Ticking time-bomb” aşkar etmişdir. Bu problem aşağıda adları göstərilmiş avadanlıqların 18 ay dövründən sonra işləkliyinin itirilməsi olacaqdır. Kimdə bu avadanlıqlar istifadə olunursa təcili CİSCO texnik dəstəyi ilə əlaqə saxlasınlar. Onuda qeyd edim ki, zəmanəti bitmiş avadanlıqların dəyişdirilməsi mümkün olmayacaqdır. Müraciət etməmişdən əvvəl avadanlığın zəmanət müddətinin bitməsini yoxlamaq- vaxtı bitibsə yeniləmək. Bu zəmanət SmartNet adlanır. Avadanlığı aldığınız şirkətlə əlaqə saxlasaz sizə SmartNet haqqında məlumat verməlidirlər.
Avadanlıqlarda baş verəcək problemlə bağlı qısa onu qeyd edim ki, vaxt tamamında adları göstərilən avadanlıqlar fiziki olaraq işləkliyini itirəcəkdir və yenidən bərpası mümkün olmayacaqdır.
Araşdırmalarım nəticəsində bəlli oldu ki, Cisco adı çəkilən avadanlıqlarda C2000 İntel Atom prosesorlarını istifadə edir. Bu prosesorlarda vaxt siqnalı deyilən bir component ozünün işləkliyini 18 ay tamamında itirəcəkdir. Bu məlumat əldə edilən kimi Cİsco şirkəti adı çəkilən avadanlıqların yenisi ilə əvəz etməyə başlamışdır.
Onuda qeyd edim ki, bu vaxt bombası təkcə Cisco System şirkəıtinin avadanlıqlarında deyil bütün şirkətlərin hansılar ki, o model prosesorlardan istifadə ediblər.
Rəsmi mənbə:
https://www.cisco.com/c/en/us/support/web/clock-signal.html#~field
Bu avadanlıqları istifadə edənləri xəbərdar etmək üçün məqaləni paylaşmağı unutmayın!