Sophos UTM ilə Facebook qadağası qoymaq

Salamlar, Bugun sizlərə özümündə yeni tanış olduğum Sophos UTM Virtual olaraq qurulmuş firewall -da qısaca Facebook bloklamağı göstərəcəyəm.

  1. Bu əməliyyatı etmək üçün sol tərəfdəki Web Protection –> Application Control menyusuna gələrək Application Control pəncərəsində New Rule seçirik.

app control

2) New rule seçdikdən sonra qadağa üçün sizə aydın ola biləcək ad verin və daha sonra control these applications: sözünün qarşısında olan simvola klikləyirik həmin açılan pəncərədən Facebook -a aid olan kategoriyaları seçirik. Position menyusunda yaradılacaq qadağanın sıralamasını təyin etmək üçündür. Mən top seçirəm yuxarı mövqedə olması üçün. Action menyusunda block seçirik.

3) For menyusu bizim qadağa etmək istədiyimiz host və ya ip aralıq daxil edirik.

block

4) Və nəhayət save deyərək əməliyyatı sonlandırırıq

Təşəkkürlər diqqətinizə görə. Gələn məqalələrdə görüşmək ümidi ilə.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Sübhi Tağıyev

Şərh yazın