Azure App Servis nədir?

App Servis Microsoft Azure-un təklif etdiyi PaaS xidmətidir. Burada hər hansı platforma üçün veb və mobil app-lar düzəltmək olur. Düzəltdiyiniz app-ları isə SaaS həllərlə, daxili mühitlə bütünləşdiririk. Burada bizim tanış olduğumuz veb və mobil app-lar əvvəl Azure Websites və Azure Mobile servis olaraq adlanırdı. App Servis özündə aşağıdakıları birləşdirir:
Web Apps – website və veb app-lar
Mobile Apps – mobil app-lar
API Apps – RESTful APİ-lar
Logic Apps – biznes prosesləri avtomatlaşdırmaq və kod yazmadan bulud üzərində sistemləri bütünləşdirmək
Biz App Servisləri istifadə edərkən, eyni zamanda orada bizə təklif edilən planları seçə bilirik.
Hal-hazırda 5 plan təklif edilir:
Free
Shared
Basic
Standart
Premium
Hər hansı planı seçsək belə, sonradan istəyimizə uyğun olaraq dəyişə bilərik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

