Daha bir həmyerlimiz CCIE oldu
Dəyərli dostlar, daha bir Azərbaycanlı həmkarımız İlkin Qasımov Cisco Certified Internetwork Expert (CCIE) Security sertifikatı üçün müəyyən olunmuş tələbləri uğurla yerinə yetirərək CCIE Security sertifikatını əldə edib. CCIE sertifikatlarını əldə etmək üçün həm yazılı, həm də praktiki hissələrdən ibarət olan iki imtahanı keçmək lazımdır. Bir çox mütəxəssislər CCIE imtahanını verməzdən öncə CCNP sertifikatına sahib olduqdan sonra azı 2-3 il təcrübənin olmasını məsləhət görürlər. Praktiki imtahanı yalnız müəyyən olunmuş ölkələrdə vermək mümkündür. Texnologiya Azərbaycan Qrupu olaraq İlkin bəyə uğurlarının davamını arzu edirik.
Hörmətlə,
Texnologiya Azərbaycan qrupu
Şərhlər ( 2 )
Xeyirli olsun. Təbrik edirəm !
Xeyirli uğurlu olsun..