Linuxda lshw və dmidecode komanları haqqında

Salam dostlar.Bu gün ki, mövzumuzda Gnu/linux əməliyyat sistemlərində lazımlı əmrlərdən olan lshwdmidecode haqqında məlumat verməyə çalışacam.

Lshw(Hardware lister) komandası sizin sisteminizdə bütün cihazlar(Bios,Ram,Cpu, Şəbəkə kartı,PCİ kardlar, disklər,anaplata, şassi və s.) haqqında ətraflı məlumat verir.

Lshw komandasının yüklənməsi.

# yum install lshw –y

Cihazlar haqqında informasiyaya baxaq

# lshw | less      //yazib səhifə-səhifə baxaq. Aşağıda göstərilən şəkil sadəcə birinci hissədir.Space klavişini sıxaraq digər qurğular haqqında informasiya əldə edə bilərsiniz.

1

Qısa məlumat üçün:

# lshw –short

Xüsüsi  cihaz haqqında məlumat üçün:

# lshw -class disk

4

Cihazlar haqqında məlumatları html formatında saxlaya bilərsiniz.

# lshw -html >> hwinfo.html

Sonra test üçün bu faylı veb serverinizin altında index.html faylına kopyalayıb, veb üzərindən məlumatlara baxsaq təminən aşağıdakı kimi forma ilə qarşılaşacaqsınız.

2

Cihazlar haqqında məlumatları xml formatında saxlaya bilərsiniz.

# lshw -xml > hwinfo.xml

Əgər sizing desktop mühitiniz mövcuddursa həmçinin cihaz haqqında məlumatlar a qrafik interfeys şəklində də baxa bilərsiniz.

# yum install lshw-gui –y

Paket yükləndikdən sonra App menyusundan Hardware Lister çubuğuna daxil olduqdan sonra aşağıdakı kimi bir şəkillə qarşılaşacaqsınız.

3

Dmidecode komandası və istifadə qaydası

Bundan başqa sistemdə susmaya görə sistemdə gələn dmidecode utilitindən istifadə edərək system cihazları haqqında məlumatlara baxa bilərsiniz. dmidecode utility DMİ(Desktop Management interface) oxuyaraq bizə sistemdə bütün cihazlar haqqında informasiya verir.

# dmidecode | less

dmicode-1

Dediyimiz kimi dmidecode DMİdan oxuyaraq cihazlar haqqında məlumatları çapa verir. Aşağıda göstərilənlər isə DMİ tipləri və onların kodudur.Siz dmidecode –type cihaz_kod və ya cihaz_ad  yazsanız ancaq o qurğu haqqında məlumat verəcəkdir.

         Type  Information

          0   BIOS

          1   System

          2   Base Board

          3   Chassis

          4   Processor

          5   Memory Controller

          6   Memory Module

          7   Cache

          8   Port Connector

          9   System Slots

         10   On Board Devices

         11   OEM Strings

         12   System Configuration Options

         13   BIOS Language

         14   Group Associations

         15   System Event Log

         16   Physical Memory Array

         17   Memory Device

         18   32-bit Memory Error

         19   Memory Array Mapped Address

         20   Memory Device Mapped Address

         21   Built-in Pointing Device

         22   Portable Battery

         23   System Reset

         24   Hardware Security

         25   System Power Controls

         26   Voltage Probe

         27   Cooling Device

         28   Temperature Probe

         29   Electrical Current Probe

         30   Out-of-band Remote Access

         31   Boot Integrity Services

         32   System Boot

         33   64-bit Memory Error

         34   Management Device

         35   Management Device Component

         36   Management Device Threshold Data

         37   Memory Channel

         38   IPMI Device

         39   Power Supply

Misal üçün ancaq Şassi haqqında məlumatlara baxmaq istəsək:

# dmidecode –type chassis və ya # dmidecode –type 3

dmicode-2

Bu günlük bu qədər. Düzdü qısa mövzu olsada amma əslində çox faydalı mövzudur deyə düşünürəm. Çünki çox vaxt bizə sistem cihazları haqqında geniş məlumat lazım olur və bunu sistemdəki konfiqurasiya fayllarından ayrı-ayrı axtarmalı oluruq, amma bu kamandalardan istifadə edərək işimizi rahatlaşdıra bilərik.

Gələn görüşlərədək…

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın