Linux CentOS/Red Hat 7’də şəxsi repozitoriyanın yaradılması

Salam dostlar. Biz bu çalışmada  Linux Redhat 7 versiyasında öz şəxsi repozitoriyamızı yaratmağı öyrənəcəyik. Əvvala bunun üçün linuxda repozitoriyanın nə oldugunu anlamaq gərəkdir. Bildiyimiz kimi linux əməliyyat sistemində hər hansı proqramı və və servisi işlətmək üçün paketlərdən istifadə edirək və həmin  paketləri paket yükləyici alətlərdən istifadə edirək sistemimizə yükləyirik(yum(.rpm bazalı paketlər üçün), apt-get(.deb bazalı paketlər üçün)) .Bu paketlər mərkəzi bir repozitoriyada saxlanılır. Beləlikdə burdan da anlaya bilərik ki , repozitoriya bizim proqram paketlərini saxlayan mərkəzi bir yerdir. Bəs düşünsəniz ki, lokal repozitoriya yaratmağın bizə faydası nədir? Belə ki, biz lokal repodan istifadə edərkən, paketləri öz lokal sistemimizdən yükləyirik yəni bunun üçün internətdəki repolara müraciət edib internet sərfiyyatı etmirik, yəni internet olmasada paketləri yükləmə imkanına malik oluruq.Amma bəzən istisna hallar olur  hansı ki bizə əlavə program təminatı lazım olur. Bu zaman internetə müraciət edib həmin proqram paketini yükləmək lazım olur.

İndi isə repozitoriyanın yaradılması qaydasına baxaq. Əvvəla bizim CentOS yüklənmə diskinə və ya İSO faylına ehtiyacımız olacaq.

 Addım 1. Yüklənmə diskini kompüterə taxdıqdan və ya İSO faylı kompüterə atdıqdan sonra biz bunu mount etməliyik.Mən rahatlıq üçün İSO faylı öz kömpüterrimə köçürmüşəm.

#mount -o loop /media/myvideos/L_CentOS-7-x86_64-DVD-1503-01.iso /mnt/iso/   // yazib ISO faylı mount edirik

Burada mənim İSO faylım /media/myvideos/ direktoriyasında yerləşir, mount edəcəyim direktoriya isə /mnt/iso/ -dir. Əgər siz sisteminizdə loop modulu yoxdursa bu zaman aşagıdakı əmrdən istifadə edib loop modulunu sisteminizə əlavə edə bilərsiniz.

# lsmod | grep -iE “loop”    // loop modulunun olub-olmadığını yoxlayır

Əgər yoxdursa onda

# modprobe loop             // yazib  loop modulunu sistemimizə əlavə edirik

Addim 2.

# mkdir /repo      //Yüklənmə diski içərisində olan paketləri kopyalayacagimiz yer

Addim 3.

# cp /mnt/iso/Packages/*  /repo  // paketləri  kopyalayiriq

Addim 4.

# yum install -y createrepo       // bizə repozitoriya yaratmağa imkan verən utility yükləyirik.

Addim 5.

# createrepo /repo   /Bu sizə öz repo-nuzu yaratmağa imkan verir

Addim 6.

Daha sonra  vim  emri ilə fayl açib, aşağıdakıları həmin faylın içinə yazırıq

 

#vim /etc/yum.repos.d/my.repo

[myrepo]

name=myrepo

baseurl=file:///repo

enabled=1

gpgcheck=1

gpgkey=file:///etc/pki/rpm-gpg/RPM-GPG-KEY-CentOS-7

Faylı yadda saxladıqdan sonra faylı bağlayırıq.

1. [myrepo] – seksiyanın adi

2. name – repozitoriyanın adı

3. baseurl – paketlərin yeri

4. enabled – repozitoriyanı aktivləşdirir

5. gpgcheck – təhlükəsiz yüklənməyə imkan verir

6. gpgkey – açarın yeri

Gpgcheck öz istəyinizə görə təyin edirsiniz, əgər bura 0 daxil etsəniz, gpgkey -də yazmaga ehtiyac yoxdur amma əlavə etməyiniz məsləhətdir. İndi bunu yoxlamaq üçün /etc/yum.repos.d/ direktoriyasındakı my.repo repozitoriyasında başqa bütün repozitoriyaları başqa bir direktoriaya atın. Və uygun bir paketi yükləyin bu zaman görəcəksiniz ki, paket   sizin yaratdığınız repo-dan istifadə edərək edərək yüklənəcək.

 

# yum clean all    // keşdə olan bütün repozitoriyaları təmizləyirik

# yum repolist all   //yazib hal-hazırda sistemdə olan repolara baxırıq

# yum install vsftpd   // yazaraq vsftpd paketini lokal repo-dan yükləyirik və aşağıdakı kimi olacaq

Loaded plugins: fastestmirror, langpacks

Loading mirror speeds from cached hostfile

Resolving Dependencies

--> Running transaction check

---> Package vsftpd.x86_64 0:3.0.2-9.el7 will be installed

--> Finished Dependency Resolution

Dependencies Resolved

========================================================================================================================================================================

Package                                Arch                                   Version                                     Repository                              Size

========================================================================================================================================================================

Installing:

vsftpd                                 x86_64                                 3.0.2-9.el7                                <strong> myrepo</strong>                                 165 k

Transaction Summary

========================================================================================================================================================================

Install  1 Package

 

Total download size: 165 k

Installed size: 343 k

Is this ok [y/d/N]: y

Downloading packages:

Running transaction check

Running transaction test

Transaction test succeeded

Running transaction

Installing : vsftpd-3.0.2-9.el7.x86_64                                                                                                                            1/1

Verifying  : vsftpd-3.0.2-9.el7.x86_64                                                                                                                            1/1

Installed:

vsftpd.x86_64 0:3.0.2-9.el7

Complete!

Bu qədər dostlar, umid varam ki GNU/Linux’un  Centos/Red hat 7 versiyalarında öz repozitoriyanızın yaradılmasında sizə kömək ola bildim.

Gələn görüşlərədək…

 

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın