CentOS/RedHat 7 WordPress’in quraşdırılması
Salam dostlar. Bu gün biz Linux əməliyyat sisteminin CentOS/Red Hat 7 distributivində WordPress’in qurulması qaydasını öyrənəcəyik.
WordPress nədir?
WordPress PHP və MySQL bazasında işləyən pulsuz və open-source olan content idarəetmə sistemi və ya veb saytların yaradılması üçün istifadə edilən alətdir. Matt Mullenweg və Mike Little tərəfindən 2003-cü illərdə yaradılmışdır. WordPress İT dünyasında veb saytların yaradılması üçün ən çox istifadə olunan alətdir(əsasəndə bloggerlərin üstünlük verdiyi), dünyadakı 10 milyondan çox olan saytların təxminən 26.4 % WordPress üzərindədir. WordPress veb serverin üzərində qurulur.Ümümiyyətlə wordpressi ilkin olaraq 2 halda istifadə oluna bilər. 1.Wordpress.com və 2.Wordpress.org . Birincə halda siz təyin edilən limitlər çərçivəsində öz saytınızı qura bilərsiniz, ikinci halda isə saytın qurulması ilə əlaqadar hət şey sizə aid olur. Bu pul baxımdan, qurulacaq sayta mütəmadi olaraq göstərilən baxımlar və s kimi fərqlənir.Ətraflı olaraq wordpress haqqında buradan və com və org arasında olan fərqləri isə buradan oxuya bilərsiniz.
WordPressin qurulması üçün lazım olan ilkin konfiqurasiyalar
- Hostname : server2.intern.local
- İP ünvan : 192.168.2.6
- Apache və ya Nginx veb server
- Php 5.6 versiya və ya ondan yuxarı
- MySQL/MariaDB 5.6 versiyası və ya ondan yuxarı
- Selinux/Firewalld deaktiv halda
Mən veb server olaraq LAMP stəkindən istifadə edəcəm amma bunun üçün ayrıca olaraq yazmayacam.LAMP veb servin quraşdırılmasını haqqında buradan baxa bilərsiniz.Sadəcə olaraq mən wordpress’in tam yüklənməsini təmin etmək üçün tələb olunan əlavə php modulları və mariadb’də wordpress’in bazasının qurulmasını göstərəcəm. Məncə bu qədər danışmaq kifayət edər. İndi isə quraşdırma işlərinə baxaq.
Selinuxun deaktiv edilməsi:
[root@server2 ~]# setenforce 0
Təhlükəsizlik divarının(Firewalld) deaktiv edilməsi:
[root@server2 ~]# systemctl stop firewalld [root@server2 ~]# systemctl disable firewalld
Əgər siz firewalld əvəzinə iptables istifadə edirsinizsə, onda aşağıdakı kimi yaza bilərsiniz.
[root@server2 ~]# systemctl stop iptables [root@server2 ~]# systemctl disable iptables
Tələb olunan php modullarının yüklənməsi:
[root@server2 ~]# yum -y install php php-mysql php-gd php-ldap php-odbc php-pear php-xml php-xmlrpc php-mbstring php-snmp php-soap curl
WordPress üçün bazanın yaradılması:
[root@server2 ~]# mysql -u root –p //root istifadəçisi üçün təyin ediyimiz parolu daxil edirik, hansı ki bunu LAMP steki yükləyəndə qeyd etmişdik Enter password: Welcome to the MariaDB monitor.  Commands end with ; or \g. Your MariaDB connection id is 8 Server version: 5.5.50-MariaDB MariaDB Server Copyright (c) 2000, 2016, Oracle, MariaDB Corporation Ab and others. Type 'help;' or '\h' for help. Type '\c' to clear the current input statement. MariaDB [(none)]show databases; // sistemdə olan bazaların siyahısına baxırıq +--------------------+ | Database | +--------------------+ | information_schema | | ccnet-db | | mysql| | performance_schema | | powerdns | | seafile-db | | seahub-db | +--------------------+ 7 rows in set (0.00 sec) MariaDB [(none)]> create database wordpress; // wordpress adında baza yaradırıq Query OK, 1 row affected (0.03 sec) MariaDB [(none)]> show databases; // yenidən sistemdə olan bazalara baxsaq, wordpress bazasının yaranmış olduğunu görə bilərik. +--------------------+ | Database | +--------------------+ | information_schema | | ccnet-db | | mysql | | performance_schema | | powerdns | | seafile-db | | seahub-db| | wordpress | +--------------------+ 8 rows in set (0.00 sec) MariaDB [(none)]> grant all privileges on wordpress.* to testuser@'localhost' identified by 'testpass';// testuser adında istifadəçi yaradıb, ona parol təyin edirik və wordpress bazasında görə biləcək bütün icazələri təyin edirik. Query OK, 0 rows affected (0.09 sec) MariaDB [(none)]> flush privileges; //istifadəçiyə verilən icazəni yeniləyirik Query OK, 0 rows affected (0.04 sec) MariaDB [(none)]> exit Bye
Databaza ilə də olan işlərimizi bitirdik, indi isə wordpressin yüklənməsinə baxaq.
WordPress’in rəsmi saytından ən sonuncu versiyasının yükləyirik:
[root@server2 ~]# wget https://wordpress.org/latest.zip
Fayl yükləndikdən sonra arxivdən çıxarılması:
[root@server2 ~]# unzip latest.zip
Arxivdən çıxarılan faylın veb serverin əsas direktoriyasına kopyalayırıq. Bu direktoriya sizin təyin etdiyinizə görə dəyişə bilər.Mən özümə uygun bunu /apache direktoriyası etmişəm. Məqalənin əvvəlində LAMP veb serverin quraşdılması ilə olan hissədə(hansı ki bunu link olaraq yerləşdirmişəm) bu direktoriya /var/www/example.az/public_html direktoriyasıdır.
[root@server2 ~]# cp -rf wordpress /apache
Həmin direktoriyaya daxil olub, wordpress faylının icazə və sahibliyini apache olaraq dəyişdiririk.
[root@server2 ~]# cd /apache/ [root@server2 apache]# chmod -R 775 wordpress/ [root@server2 apache]# chown apache:apache wordpress/
İndi veb brozeri açıb, http://kompüterinin_ip_addresi//wordpress yazandan sonra təxminən aşadakı kimi bir səhifə ilə qarşılaşacaqsınız.
Indi Let’s go! Düyməsinə klik edib davam edirik və aşağıdakı məlumatları, öz sisteminizə uyğun əlavə edib submit edirsiniz.(Adətən 1-ci, 4-cü və 5-ci sətrlər olduğu kimi qalır.Burda olan istifadəçi adı və parol , baza yaradanda istifadəçiyə təyin etdiyini ad və paroldur)
Bunda sonra gələn səhifədə RunInstall olacaq, onu klik edəndən sonra aşadakı Welcome ekranı ilə qarşılaşacaqsınız.
Burada uygun olaraq sayt adını(Site Title), wordpressin admin panelinə daxil olmaq üçün istifadəçi adi(Username) və güclü parolu(Password), son olaraq isə emailizi yazıb install edirik.
Və budur wordpressimiz də ugurla yükləndi 🙂
Yenidən saytımıza http://kompüterinin_ip_addresi//wordpress yazmaqla daxil olsaq, onda demo olaraq aşağıdakı forma ilə qarşılaşacağıq.Əgər saytiniz inkişaf etdirmək istəsəniz admin panelə daxil olub, Customize Site edib, özünüzə uygun saytınızı qura bilərsiniz.
Bu qədər dostlar, bu gün biz wordpressi CentoS 7 əməliyyat sistemində uğurla yüklədik. Ümid edirəm ki, faydalı olacaqdır.
Gələn görüşlərədək…