Windows 7 kilid ekran rəsmi

Salam hörmətli oxucular. Bu gün həmişəkindən fərqli olaraq məqalə şəbəkə mövzusunda deyil. Bu məqalədə Windows 7-nin kilid ekran rəsminin dəyişilməsini qısa yol ilə izah etməyə çalışacağam. Bu rəsmi dəyişmək Windows 8 və 10 da daha rahat üsulla həyata keçirilir. Windows 7 də isə bu bir qədər qəlizdir. Kilid ekran rəsmini susmaya görə dəyişmək mümkün olmadığından ilk öncə Registerə daxil oluruq:
Daha sonra bu direktoriyanin içərisinə daxil oluruq:
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background
OEMBackground dəyərini 0-dan 1-ə dəyişirik.
Daha sonra isə şəkil seçimimizi edib, gərəkli direktoriyaya əlavə edirik. Xatırlatmaq istərdim ki, şəkilin ölçüsü 256KB-dan az olmalıdır. İlk öncə şəkili yerləşdirəcəyimiz direktoriyanı yaradırıq. Aşağıdakı direktoriyaya daxil olub, orada info adlı qovluğ və onun da içərisində backgrounds adlı qovluğ yaradırıq:
C:\Windows\System32\oobe
Şəklimizi yaratdığımız qovluğa əlavə etdikdən sonra şəkilin adını backgroundDefault.jpg olaraq dəyişirik:
Sonda isə nəticəmiz bu cur olacaqdır:
Uğurlar,
Rizvan Bayramov

