Linux CentOS/Red hat 7 ƏS’də partitionların idarə edilməsi, fayl sistemləri və onların mount olunması 1-ci hissə
Salam dostlar. Bü gün biz Linuxun Redhat 7 distributivindən istifadə edərək hissələrin(partition) yaradılması, idarə edilməsi və fayl sistemləri haqqında danışacağıq. Elə isə başlayaq. Bildiyimiz kimi 2 tip hissə(partition) tipi vardır(MBR və GPT – bunlar haqqında ətraflı məqaləni buradan oxuya bilərsiniz ). Linux Redhat 7’də fdisk utiliti MBR hissələrin yaradılması üçün uzun müddətdir ki istifadə edilir. Gdisk isə GPT hissələrin yaradılması üçündür. Parted utilitası ilə hər iki hissəni(MBR, GPT partitionları) yaratmaq mümkündür. Bunların hamısının istifadə olunma qaydasına baxacağıq. Bundan əvvəl bizim linuxda bilməmiz lazım olan əsas məsələ disk qurgu tiplərinin adlarıdır: Əsas qurğu tipləri aşağıdakılardır.
Qeyd: Fdisk utilitası həmçinin GPT partitionları yaratmaq mümkündür amma effektiv olmur ona görə də GPT disklərin yaradılması üçün adətən gdisk utilitasından istifadə edilir.
/dev/sda – Hard diskdir, SCSİ və SATA disk qurguları üçün istifadə olunur.Ümümiyyətlə fiziki serverlərdə və VWware virtual maşınlarda olur.
/dev/hda – İDE disk qurğu tipidir yəni PATA disklər üçün. Müasir kompüterlərdə çox nadir hallarda rast gəlinir.
/dev/vda – KVM virtual maşınlardakı disk tipidir hansı ki, virtio disk drayverindən istifadə edir. KVM virtual maşınlar üçün ümümi disk tipidir.
/dev/xvda – Xen virtual maşınlarda istifadə olunur hansı ki, Xen virtual disk drayverindən istifadə edir. Siz Xen’də RHEl’i virtual maşın kimi yükləyəndə bununla rastlaşa bilərsiniz.
Yuxarıda gördüyünüz bütün disk tiplərinin adı “a” hərfi ilə sonlanır, çünki bu sənin serverində olan ilk diskindir və əgər eyni tipli ikinci disk qoşulsa onda bu “b” olacaq, sonra “c” və bu qayda ilə davam edəcək.
Fdisk utilitindən istifadə edərək MBR hissənin yaradılması.
Qeyd: Artıq mənim sistemimdən yeni boş disk əlavə olunmuşdur. Yəni yaradacağım partitionları və f.s’lərini bu disk üzərindən test edəcəm. Əgər siz öz sisteminzidə bunu etməmisinizsə , aşağıdakı edəcəklərimizi əməliyyat sisteminin diski üzərində etməyin, çünki sistem diskini korlayıb sıradan çıxarda bilərsiniz. Mənim mühitimdən virtualizasiyadan istifadə olunur. Və Linux əməliyyat sistemimə sistem disklərindən başqa disklər əlavə etmişəm. Bundan əlavə siz əgər fiziki maşından istifadə edirsinizsə onda sistemə USB kartı,hard disk və s. taxıb ondan test üçün istifadə edə bilərsiniz amma bunu etməmişdən öncə məlumatlarınızın backup-nın alındığını unutmayın.
İlk öncə lsblk əmrindən istifadə edib sistemdəki disklərin vəziyyətinə nəzər salaq.
Gördüyünuz kimi sda diski demək olar ki, istifadə olunur.Mən burada sdb diskindən istifadə edəcəm. Fdisk əmrindən istifadə edərkən həmişə disk yolunu göstərmək lazımdır. Aşağıda gördüyünuz kimi:
“m” hərfini sıxıb, komanda haqqında kömək ala bilərsiniz.
“p” əmri bizim diskimiz haqqında məlumat verir və diskdə olan hissələri göstərir. Hal-hazırda mən hissə yaratmadığıma görə heç bir hissə ekranda olmayacaq.
“n” yeni hissə əlavə etmək üçün istifadə olunur. Genişlənmiş(Extend) və əsas(Primary) hissələr haqqında yuxarıda yerləşdirdiyim linkdən oxuya bilərsiniz. Biz isə ilk hissəmizi yaratdığımıza görə əsas hissədən(primary partition) istifadə edəcəyik. Sonra bizdən hissə nömrəsini seçməyimizi istəyir. İlk hissəni yaratdığımıza görə “Enter” basıb keçirik.
Birinci uygun sektoru(First sector) susmaya görə “Enter” –i basıb yenə keçirik.
İkinci sektorda isə hissəyə nə qədər yer ayıracagımız soruşur əgər “Enter” –i basmış olaq onda butun disk hissə üçün ayrılacaq yox əgər +sayı yazsaq onda bu sektorla hesablanacaq, +sayıM bu zaman isə sizin seçiminizə görə sektorun ayıracaq(+500M = +500Mib). Və sonuncu sətrdə də hissənin yarandıgını göstərir. Təxminən aşağıdakı kimi olacaqdır.
Bu anda siz hissə tipinidə müəyyən edə bilərsiniz. Susmaya görə linux partition –dan istifadə olunur. “l” hərfini yazib ümümi partition tiplərini görə bilərsiniz. Əgər artıq hissəni yaratmisinizsa onda “t” xüsüsiyyətindən istifadə edib hissə tipini dəyişə bilərsiniz. Nümünədə olduğu kimi:
Əgər siz artıq bütün dəyişiklikləri etdikdən sonra yadda saxlamaq üçün “w” xüsüsiyyətindən istifadə edilir.
Bundan sonra yaratdığınız hissəni görmək istəsəniz onda yeniden fdisk /dev/sdb yazıb “p” xüsüsiyyətindən istifadə edirik
Qeyd:Ola bilərki siz “w” xüsüsiyyətindən istifadə edərkən aşagıdakı şəkildə kimi bir xəta ilə qarşılaşa bilərsiniz. Mən belə bir problemlə qarşılaşmadım çünki sistemə yeni qoşulmuş diskdən ilk partition yaratdım və bundan hələ heç bir məlumat istifadə olunmur. Burada isə bu error göstərir ki, hissə “hissə cədvəl”-inə ugurla əlavə olunub amma yaddaşda kernel hissəsi (partition) hələ dəyişiklik tamamlanmayıb. Bele error olanda siz bunu #fdisk -l /dev/sdb və #cat /proc/partitions əmrlərini ayri-ayrılıqda yazıb hissənin(partition) kernelə əlavə olunub olunmadıgına baxa bilərsiz. Bu problemi həll etmək üçün ya sistemə reboot verməlisiniz ki kerneldəki dəyişiklik yerinə yetirilsin yada ki #partprobe /dev/sdb əmrindən istifadə edib kernel partition table-indəki dəyişiklikləri yerinə yetirəsiniz.
Artıq yaratdıgımız hissədən fayl sistemi yarada bilərik. Buna məqalənin irəliləyən zamanlarında baxacağıq.
Hələlik bu qədər dostlar, məqaləmizin ikinci hissəsində görüşənədək. Məqalənin ikinci hissəsi fdisk utilitasından istifadə edərək məntiqi partitionların yaradılması, gdisk utilitasından istifadə edərək gpt partitionların yaradılamsı və fayl sistemləri haqqında olacaq.
Gələn görüşlərədək…
Şərhlər ( 2 )
Təşəkkürlər, Babək. Gözəl məqalədir.
Çox sagolun Elvin bəy!