DNS round robin

Salamlar. Bugün round robin funksiyasını işləmə prinsipini öyrənməyə çalışacayıq. Hazırki  zamanda serverlərin işinin axsamaması ən vacib amillərdən biridir. Bunun üçündə load balancing (yük paylaşması) etmək vacib haldır. Bunun üçün bəzi hardware-lər var. Lakin hardware həllərlə yanaşı software həllərə mövcuddur. Təbii ki hardware həllər daha yaxşı performans göstərir. Lakin kiçik müəssələr üçün software həllər tətbiq etmək daha əlçatandır.

Aşağıdakı şəkildə  nümunə verilmişdir.

round-robin

DNS round robin necə işləyir ?
Məsələn bizim saytımız iki web server üzərində durur. Əgər biz round robin funksiyasını deaktiv etsək o zaman yalniz bir server-ə sorğu gedəcək. Əgər round robin funksiyası aktiv olarsa bu zaman sorğulardan biri bir server-ə ikinci sorğu isə digər serverə gedəcək.

 Əvvəlcə round robin funksiyasını aktivləşdiririk. Bunun üçün dns serverin properties-inə daxil olub Advanced bölməsinə daxil oluruq.

 roundrobinenable

Dns server üzərində www adı ilə iki  host(A) recordu açırıq.   Aşağıdakı şəkildə gördüyünüz kimi www record-unu həm 192.168.2.10 həmdə 192.168.2.20 ip adresinə yazmışıq.dns

Yazdığımız recordları nslookup ilə yoxlayırıq.  Əmrlər sətrinə nslookup yazıb www recordunu sorğulayırıq:

nslookup

Gördüyünüz kimi recordlarımız resolve oldu. İndi isə client komputerinden sorğu göndərərək test edək.Sorğunu göndərmədən öncə hər dəfə ipconfig /flushdns əmrini verib cache yaddaşı təmizləyək. Sonra isə http://www.test.local -a  ping göndəririk.ping

Uğurlar.

 

Səs: +40. Bəyənilsin Zəifdir

Şərhlər ( 1 )

  1. Sağ olun

Şərh yazın