CentOS/Redhat 7 –də tarix və vaxtın konfiqurasiyası 3-cü hissə
Salam dostlar, bu gün ki mövzumuz Linux Redhat 7 əməliyyat sistemində hwclock komandasından istifadə edərək tarix və vaxtın konfiqurasiya edilməsindən ibarət olacaq. Hwclock komandası linux ƏS-də hardware saatına baxmaq üçün istifadə olunan bir utilitdir. Həmçinin tarix və vaxtın konfiqurasiyası ilə bağlı əvvəlki məqalələrimdə də qeyd etdiyim kimi RTC(real-time-clock) hardware saatı kimi bilinir. Hardware saatı sizin sisteminizdən asılı deyil yəni əməliyyat sistemi sondürülsə belə bu işləyir. Hardware saatı bios saatı kimi də başa düşülür. Siz hardware saatını həmçinin bios-dan da dəyişə bilərsiniz.Bundan əlavə beyninizdə sual yaransa ki, date, timedatectl və hwclock arasında fərqlər nədir? Date, timedatectl əmrləri linux kernel tərəfindən idarə olunur, hwclock isə dediyim kimi komputerin qurğusu tərəfindən idarə olunur. Baxmayaraq ki, sonuncu cümlədə qeyd etdik ki, hwclock komputerin qurğusu tərəfindən idarə olunur, amma linux əməliyyat sistemində sistem işləyərkən belə bu saata baxmaq, dəyişmək və lokal vaxtı ilə sinxronizasiya etmək mümkündür.
Qeyd: Date və timedatectl komandlarının fərqi ondan ibarətdir ki, timedatectl komandası vasitəsilə uzaq serverlə sinxronizasiya etmək mümkündür amma date komandası ilə mümkündür.
Hwclock aləti öz konfiqurasiyasını /etc/adjtime faylında saxlayır yəni siz birinci dəyişikliyi etdikdən sonra bu fayla edilən dəyişiklik yazılır misal üçün vaxtın təyin edilməsi, sinxronizasiyanın aparılması və s kimi işlər bu fayla qeydə alınır.
Hwclock komandasından istifadə edərək hal-hazırki tarix və vaxtı görə bilərik. Bu saatı həmçinin siz bios ekranında görə bilərsiniz. Bundan əlavə -r və –show xüsüsiyyətində istifadə edərək baxa bilərsiniz.
Vaxtın dəyişdirilməsi.
# hwclock –set –date “dd mmm yyyy HH:MM”
Və ya
# hwclock –set –date “dd/mm/yyyy HH:MM”
Nümünə:
Hardware saatın sistem saatı ilə və əksinə sinxonizasiya olunması.
Əgər siz hardware saatının(yəni hwclock) sistem saatı ilə eyni olmağını istəyirsinizsə, o zaman hwclock –w əmrindən istifadə etmək lazımdır.
Həmçinin #hwclock –systohc komandasıda #hwclock –w komandasının gördüyü işi görür. Systohc(System to hardware clock) açılışından da bunu anlamaq .
Əgər biz hardware vaxtı system vaxtına kopyalamaq istəsəniz, bu zaman
#hwclock –s və ya #hwclock –hctosys əmrindən istifadə etməyiniz kifayət edər. hctosys(hardware clock to system)
Hwclock komandası barəsində bu qədər, əgər ətraflı məlumat almaq istəsəniz #man hwclock
yazıb baxa bilərsiniz. Linux tarix və vaxt konfiqurasiyaları üçün ətraflı məlumatları aşağıda qeyd etdiyim linklərdən oxuya bilərsiz
Hwclock komandası haqqında:
http://www.thegeekstuff.com/2013/08/hwclock-examples/
Date komandası haqqında:
Timedatectl komandası haqqında:
https://www.certdepot.net/rhel7-set-ntp-service/