Tarix və vaxtların CentOS Redhat 7 konfiqurasiyası 2-ci hissə
Salam əziz dostlar. Məqaləmizin 1-ci hissəsində linux əməliyyat sistemində date və timedatectl əmrlərinin istifadə qaydasına baxdıq.İndi isə timedatectl əmrindən istifadə edərək uzaq serverlə vaxtın sinxronizasiya olunma qaydasına baxacağıq.Yəni biz əvvəkli məqalədə manual olaraq vaxtın sazlanması qaydasını müzakirə etdik, mən vaxtın uzaq serverlə avtomatik sinxronizasiya olunması deyərkən, sistemdə heç bir “vaxt” dəyişikliyi etmirik sadəcə uygun əmri yazib ntp aktivləşdiririk, vaxtı uzaq serverdən alırıq, yəni vaxt avtomatik sizin sisteminizdə təyin olunur. Timedatectl ilə ntp-nin aktivləşdirilməsi.
Gördüyünuz kimi bizə belə bir error verdi bu o deməkdir ki , bizim sistemimizdə ntp(network time protocol) yüklənməyib.Ümümiyyətlə, sinxronizasiyanı ntp və ya chrony –dən istifadə edərək apara bilərik. Ümid edirəm ki, bunlar barəsində ətraflı məqaləni gələcək zamanlarda yazacam. Amma NTP klassik paketdir, Redhatin 5,6 versiyalarında da mövcuddur. Chrony isə yeni həlldir. NTP-dən bəzi üstünlükləri vardır. Biz isə ntp olan versiyadan istifadə edərək, sinxronizasiyanı yerinə yetirəcəyik.
NTP yüklənməsi və konfiqurasiyası.
NTP paketinin yüklənməsi.
# yum -y install ntp
Sistem boot olanda servisin avtomatik start olması üçün aşağıdakı əmrdən istifadə edirik.
#systemctl enable ntpd
NTP servisini başladırıq və statusuna baxırıq.
#systemctl start ntpd
#systemctl status ntpd
Indi isə aşağıdakı komandadan istifadə edərək ntp–nin konfiqurasiya faylına baxaq.
#cat /etc/ntp.conf
# For more information about this file, see the man pages
# ntp.conf(5), ntp_acc(5), ntp_auth(5), ntp_clock(5), ntp_misc(5), ntp_mon(5).
driftfile /var/lib/ntp/drift
# Permit time synchronization with our time source, but do not
# permit the source to query or modify the service on this system.
restrict default nomodify notrap nopeer noquery
# Permit all access over the loopback interface. This could
# be tightened as well, but to do so would effect some of
# the administrative functions.
restrict 127.0.0.1
restrict ::1
# Use public servers from the pool.ntp.org project.
# Please consider joining the pool (http://www.pool.ntp.org/join.html).
server 0.centos.pool.ntp.org iburst
server 1.centos.pool.ntp.org iburst
server 2.centos.pool.ntp.org iburst
server 3.centos.pool.ntp.org iburst
includefile /etc/ntp/crypto/pw
# Key file containing the keys and key identifiers used when operating
# with symmetric key cryptography.
keys /etc/ntp/keys
NTP servisi OSI transport layerində UDP 123 portundan istifadə edir. Bunun üçün firewall sazlamalarını yerinə yetirməliyik.
#firewall-cmd –add-service=ntp –permanent
#firewall-cmd –reload
Vaxt sinxronizasiya prosesi barəsində bəzi məlumatlara baxaq:
#ntpq -p
Timedatectl əmrindən istifadə edərək sinxronizasiyanı aktivləşdirək.
Ntpstat ərmindən istifadə edərək sinxronizasiyanın getdiyini görə bilərik.
Timedatectl əmrini yazmaqla sinxronizasiyanın ugurla getdiyini görürük.
NTP ilə sinxronizasiya edərkən, manual vaxtı təyin etmək istəsək aşağıdakı xətanı bizə verəcək(bunun barəsində Tarix və vaxtların CentOS Redhat 7 konfiqurasiyası məqalələr silsiləsinin 1-ci hissəsində ətraflı izahat verilmişdir).
Dostlar timedatectl əmrindən istifadə edərək uzaq serverlə sinxronizasiyanın uğurla yerinə yetirildiyini gördük. Növbəti mövzu isə hwclock əmrindən istifadə edərək, vaxtın göstərilməsi, təyin edilməsi, sinxronizasiya olunmasıdır. Bunu isə CentOS Redhat 7 tarix və vaxtların məqalələr silsiləsinin 3-cü hissəsində yazmağa çalıçacam.
Gələn görüşlərədək ….
Şərhlər ( 1 )
Şəkillər görsənmir məqalədə=(