Chrome-da şifrələrin “export” və “import” edilməsi
Salam, bu məqaləmizdə sizə Chrome-un yaddaşında saxlanılmış şifrələrin “export” və “import” edilməsi haqqında danışacagıq. İlk olaraq brauzeri, Google Chrome-u açırıq və ünvan bölməsində “chrome:flags” və ya “about:flags” yazırıq.
“Chrome Flags” seçimləri arasından “ password import and export “ seçimini (“Ctrl+F” –lə axtarış edə bilərik.) “enable” edirik. Dəyişiklikdən sonra “Relaunch” deməyimiz gərəkəcək.
Chrome-u yenidən baslatdıqdan sonra chrome://settings/passwords daxil oluruq. Siyahının sonunda “Export” və “İmport” seçimləri artıq aktivdir. Backup faylı “.csv” formatında export olunur.
Hörmətlə, Teymur Həsənov


Şərhlər ( 1 )
Çox yararlı məqalədi.Əllərinə saqlıq