Oracle Data Pump Import
Əvvəlki məqalələrdə Sizlərə Oracle Data Pump Export (expdp) aləti haqqında məlumat vermişdik. İndi isə Oracle Data Pump Import (impdp) aləti haqqında məlumat verəcəyik. İmpdp Expdp aləti vasitəsilə ixrac edilmiş məlumatların idxal edilməsi üçün istifadə edilir.
İmpdp aləti vasitəsilə məlumatları idxal edilməsi üçün qoşulma edəcək istifadəçi IMP_FULL_DATABASE səlahiyyətinə malik olmalıdır.
İndi isə idxal əməliyyatının aparılması üçün bir neçə nümunəyə baxaq.
Bütün bazanı idxal etmək üçün FULL parametrindən istifadə edilir.
impdp ‘sys@orcl as sysdba’ FULL=Y directory=DMP dumpfile=FULLDMP.dmp logfile=FULLDMP.log
Dumpfile – idxal olunacaq faylın adı
Logfile – idxal logunun adı
Directory – idxal faylının yerləşəcəyi kataloqun adı
Schema tipli idxaldan istifadə etmək üçün aşağıdakı əmrdən istifadə edilir. Bir və ya bir neçə schemanı idxal etmək mümkündür.
impdp hr@orcl schemas=HR directory=DMP dumpfile=HR.dmp logfile=HR.log
İxrac edilmiş cədvəlləri idxal etmək üçün
impdp HR@ORCL tables=test directory=DMP dumpfile=test.dmp logfile=test.log
Cədvəlin idxalı zamanı TABLE_EXISTS_ACTION parametri cədvəldə məlumatların mövcud olması zamanı hansı formada davranılacağını müəyyən edir. Aşağıdakı dəyərləri ola bilər:
APPEND – cədvələ toxunmadan idxal faylındakı məlumatları cədvələ əlavə edir,
REPLACE – cədvəli idxal olunan cədvəllə əvəzləyər,
SKIP – mövcud olan cədvələ toxunmadan növbəti cədvəllərə keçir,
TRUNCATE – mövcud cədvəli truncate edərək idxal faylındakı məlumatları cədvələ əlavə edir.
Bəzən idxal zamanı ixrac edilmiş faylı başqa schemaya, tablespace-ə və s. uyğun olaraq dəyişdirməyə ehtiyac yaranır. Bu zaman REMAP_TABLE, REMAP_SCHEMA və s. istifadə edilir.
REMAP_TABLESPACE=köhnə_tablespace:yeni_tablespace
REMAP_SCHEMA=köhnə_schema:yeni_schema
REMAP_TABLE=[schema.]köhnə_cədvəl:yeni_cədvəl
impdp HR@ORCL directory=DMP dumpfile=test.dmp logfile=test.log remap_schema=test:test1
Yuxarıdakı əmr işə salındıqdan sonra ixrac zamanı test schemasında olan məlumatlar test1 schemasına idxal olunacaq.
Şərhlər ( 1 )
Teshekkurler muellim.