Zenloadbalancer ilə Exchange CAS load balance etmək
Salamlar. Bugün sizlərə Exchange 2013 –də CAS server-lərin load balance (balans olaraq çalışması) işləməsini göstərəcəyəm. Bunun üçün bizə, open source olan ZenLoadBalancer lazım olacaq. Zenloadbalancer-i https://www.zenloadbalancer.com/community/downloads/ buradan yükləyə bilərsiniz. Qurulma prosesi çox sadədir, onu vizual olaraq göstərməyəcəyəm. Qurulduqdan sonra login: admin parol: admin olaraq daxil ola bilərsiniz. Login web səhifəsi https://ip:444
Qeyd: Microsoft NLB tələblərində DAG və CAS rollarının fərqli server-lərdə olması yazılmışdı bu səbəbdən zenloadbalancer-dən isdifadə etdim.
Məntiq belədir, mənim strukturumda iki ədəd CAS/DAG var hər bir server həm CAS həmdə DAG rolunu oynayır, CAS server-ə gələn sorğular yönləndirilir zenloadbalancer-ə. Zenloadbalancer –də əsas fiziki ip-dən başqa virtual ip yaradılır. Onu nəzərinizə çatdırım ki, virtual ip dedikdə heç bir vlan və yaxud esxi şəbəkə termini ilə səhv salmayın, esxi server-də qurulan zenloadbalancer üçün hər hansı bir şəbəkə dəyişikliyinə ehtiyac yoxdur, sadəcə qurulma prosesində hansı ip veriləcəksə, o aralıqdan bir əlavə ip qeyd edin. Həmin bu ip sizin Virtual İP (Zenloadbalancer terminalogiyası)-niz olacaqdır. Həmin bu İP yalnızca exchange server-ləriniz üçün isdifadə ediləcəkdir.
Keçək prosesi vizual göstərməyə:
Burada gördüyünüz 1-ci ip sizdən qurulma prosesində tələb olunur, 2-ci ip isə virtual ip sayılır qurulmadan sonra tələb olunur.
Farms bölməsinə gələrək, Add new farm edirsiniz.
Farm üçün ad verirsiniz misal: Exchange OWA üçün edirsinizsə adını OWA verə bilərsiniz. Daha sonra Save&Continue edin.
Virtual port qarşısında owa üçün lazım olan port daxil edilir və save olunur.
Yaradılmış farm edit olunur
Sonra Exchange CAS server IP –lər əlavə olunur. Bu proses Exchange load balance eləmək istədiyiniz bütün portlar üçün ayrı-ayrilıqda edilir. Digər servis-lərdə bu qayda ilə təkrarlanır.
Exchange üçün lazım olan portları firewall –dan yonləndirərkən Zenloadbalancer-in Virtual IP-nə yönləndirin. O cümlədən ssl sertifikatlar exchange server-dən export olunur .pfx formatda, bu formatı .pem uzantısına çevirmək lazımdır, bunu etmək üçün bu keciddən https://www.sslshopper.com/ssl-converter.html isdifadə edə bilərsiniz.
Daha sonra .pem formatında olan ssl sertifikatınızı Certificates bölməsinə girərək import edə bilərsiniz
Load balancer özü prosesi iki və yaxud neçə ədəd exchange varsa, onlar arasında bölüşdürür.
Exchange üçün lazım olan MX, Autodiscover və.s recordlar Zenloadbalancer –in virtual ip –nə yönləndirilməlidir.
Diqqətinizə görə minnətdaram. Növbəti məqalələrdə görüşmək ümidi ilə.