Windowsda ReadyBoost nədir və necə istifadə olunur
Salam əziz oxucular. Bugün ki məqaləni bir az fərqli mövzuda yazmaq istədim. Məqalənin mövzusu Windowsda ReadyBoost haqqında olacaq. Hal-hazırki vəziyyətdə USB flash kartlardan istifadə etməyən demək olarki yoxdur, məlumatın ötürülüb/qəbul edilməsi üçün ən çox istifadə olunan yaddaş növüdür. Bu flash yaddaşların müvəqqəti məlumat yazdırmağa ehtiyac olunduğunda (RAM yetməzliyi) istifadə edilə biləcəyini bilirdinizmi?
ReadyBoost xüsusiyyəti Windows Vista ilə inkişaf etdirilmiş, flash yaddaşdakı boş sahəni RAM və ya virtual yaddaş olaraq istifadə edilməsini təmin edir. Bu sayədə, kompüterin həm sürəti artırılmış, həm də lazımlı əməliyyatlar daha asan və sürətli bir şəkildə həll olunur. Ancaq bu anda diqqət edəcəyimiz vacib nöqtə, istifadə edəcəyimiz flash yaddaşın içərisində hər hansı məlumatın olmamasıdır. Hər ehtimala qarşı içərisindəki məlumatları backup edəndən sonra ReadyBoost etməyimiz lazımdır. Əgər məlumat olan flash yaddaşı ReadyBoost etsək onda məlumatı geri qaytarmaq mümkünsüzdür.
ReadyBoost istifadə olunması qaydasına baxaq.
Flash kartı kompyuterinizə taxdıqdan sonra sağ düyməni vurub ReadyBoost tabı altına keçirik.
Bundan sonra tab başlıgı altında 3 seçim imkanı görəcəksiniz.
1.Do not use this device – Yəni bu xüsüsiyyətdən istifadə etmə.
2.Dedicated this device to ReadyBoots – Flash yaddaşın hamisini ReadyBoost üçün istifadə et.
3.Use this device – Flash yaddaşın istədiyiniz qədər olan yerini istifadə et.
Artıq əlavə bir məlumat yazma sahəniz (RAM) oldu.
Gələn görüşlərədək…
Şərhlər ( 2 )
Salam Babək müəllim, öyrənmək istəyirdim ki, bu ready boost ilə qurulmuş RAMın sürəti necə olacaq? gecikmələr(latency) hansı dərəcə olur? bir də USBnin 3.00 ya da 2.00 olmasının sürətə dəxlisi varmı bu zaman?
Salam Xəlil bəy, əvvala məqaləni oxuyub və sual verdiyinizə görə təşəkkür edirəm. Bildiyimiz kimi, dediyimiz bu ReadyBoots yəni virtual ram usb üzərində qurulur və bu xarici qurgu olduguna görə təbbi ki öz fiziki ramın sürəti ilə fərqlənəcək. Yəni bildiyimiz kimi, CPU hər hansı prosesi icra edərkən ilk olaraq öz keşlərinə sonra fizika ram-a, daha sonra isə öz hard diskinizdə ayrılan Page file və ən sonra ram yetməzliyi olan zaman gedib sizin USB nizə müraciət edəcəkdir. Bu zaman real prosesi anladığınıza görə hər hansı prosesin icrası zamanı Gecikmə baş verəcəkdir. O ki qaldı USB 3.0 və 2.0 aidiyyatına , USB 3.0 -un ötürmə sürəti USB 2.0 -dən 10 dəfə sürətli olduguna görə bu zaman bu yaranan performansa da aidiyyatı olacaqdır.Ətraflı məlumat üçün aşağıdakı linklərdəndə oxuya bilərsiniz.,
http://www.digitalcitizen.life/does-readyboost-work-does-it-improve-performance-slower-pcs