PowerShell-in köməkliyi ilə FSMO Rolların Server 2012-də yerlərinin dəyişilməsi
Salam, dostlar.
Hansı serverdə FSMO rollar saxlanılır?
Göstərilən əməliyyat üçün PowerShell-i Administrator adından (Run as an Administrator) açın.
Növbəti komandanı yığın:
netdom query fsmo
Siz hər bir 5 rolun ayrı ayrıçılıqda hansı domendə controller-də olduğunu görəçəksiniz
5 FSMO rolları və onların nömrələri:
0 – PDCEmulator
1 – RIDMaster
2 – InfrastructureMaster
3 – SchemaMaster
4 – DomainNamingMaster
Nə üçün biz bu nömrələrə belə diqqət edirik? Çünki onların köməyi ilə biz FSMO rollari daha tez və qısa komanda çap etməklə köçürülməsinə nail ola bilərik.
Misal üçün, sizcə bu PowerShell komandasını yığmaq daha sadə olar ?
Move-ADDirectoryServerOperationMasterRole -Identity “Target-DC” -OperationMasterRole, SchemaMaster, RIDMaster, InfrastructureMaster, DomainNamingMaster, PDCEmulator>
Yoxsa bunu?
Move-ADDirectoryServerOperationMasterRole -Identity "Target-DC" -OperationMasterRole 0,1,2,3,4
Şəxsən,mənim fikrimcə ikinci variant daha asandı.
Yuxarıdakı komandalardan birini yığandan sonra siz növbəti variantlarla rastlaşaçaqsınız:
Y, A, N, L, S
Variantlar:
Əgər siz “Y” (Yes) variantını seçsəz PowerShell hər bir rolun köçürülməsi üçün sizdən ayrıcılıqda “Y” (Yes) seçməyinizi istəyəçək.
Əgər “N” – No seçsəz onda PowerShell rolların köçürülməsini dayandıraçaq.
“A” – All variantını seçsəz isə PowerShell sizing üçün bütün rolları bir dəfəyə köçürür.
Əgər ki köçürülmə baş verməsə. bunun səbəbini PowerShell sizə aydın şəkildə qırmızı rəngdə olan sözlərlə göstərəcək.
Dəqiqləşdirmək:
Köçürülmə bitəndən sonar təəsüf ki siz bu prosesi təsdiq edən heç bir məlumatla qarşılaşmayaqsınız. Köçürülmənin baş verib verməməsini Dəqiqləşdirmək üçün sizdən lazım olan NETDOM QUERY FSMO komandasını bir daha yığmaqdı. Bunu edəndən sonar siz köçürülmənin baş verməsindən tam əmin olacaqsınız.