Windows Safemode-da Windows Installer-in aktivləşdirilməsi.

Salamlar hərkəsə, bu məqaləmdə işdə olarkən qarşılaşdığım bir problem və həll üsulundan danışmağa çalışacağam. Deməli, USB to VGA adapter üçün Windows 10 yüklü bir notebook-a qoşulacaq avadanlığın çalışması üçün driver yazmalı oldum. Driver-i avadanlıqla birlikdə gələn diskdən yazdım və nəzərə almadım ki, bu avadanlığın istehsal tarixi ilə müqayisədə windows 10-la uyğunluq baxımından problemlər yarada bilər. Elə də oldu, driver-i problemsiz yazdım, yenidən başlatma istənildi, yenidən başlatdım və mavi ekran (BSOD) xətası almağa başladım. Safeboot da açmaq bir versiya idi və alındı safeboot-da normal açıldı. Lakin bir məsələ var, windows installer safeboot-da işləmir. Mən driver-i silib daha aktual versiyasını vendor-un web səhifəsindən endirib? qurmalıyam. Məqaləni yazarkən Hyper-v üzərində test mühiti istifadə etmişəm , aldığım xəta aşağıdakı kimidir:
bir az internetdə araşdırdıqdan sonra bir həll tapdım və yoxladım alındı, indi həmin həll yolunu sizinlə bölüşürəm, Safemode da CMD-ni açaraq aşağıdakı əmrləri ardıcıllıqla icra edirik, ilk olaraq :
Safemode minimal üçün –
REG ADD "HKLM\SYSTEM\CurrentControlSet\Control\SafeBoot\Minimal\MSIServer" /VE /T REG_SZ /F /D "Service"
Safemode with Networking üçün isə –
REG ADD "HKLM\SYSTEM\CurrentControlSet\Control\SafeBoot\Network\MSIServer" /VE /T REG_SZ /F /D "Service"
daha sonra isə,
net start msiserver
İndi isə artıq Windows Installer çalışır və rahatlıqla driveri silərək, yenisini endirib qurdum və restart-dan sonra heç bir xəta almadım və avadanlıq normal çalışdı. Məqaləmi burada bitirirəm, yararlı olması diləyilə…


Şərhlər ( 1 )
Ramil bəy, təşəkkürlər. Əminəm ki, işə yararlı məqalə olacaq.