VNC ilə məsafədən qoşulma

VNC server bizə istifadəçinin sisteminə uzaqdan qoşulmanı və onun desktopunu görmə imkanı yaradır.

Windows əməliyyat sistemində buna Radmini alternativ olaraq göstərə bilərik.

VNC-lə biz çox asanlıqla istifadəçidə yaranmış  problemləri həll edə bilərik. VNC server tənzimlənməsi çox çətin deyil və çox zaman desktop paketinə yüklənmiş vəziyyətdə olur (by default).

a) VNC server tənzimlənməsi

1. Lazım olan paketi yükləyirik.

 yum install tigervnc-server

2. Paketin düzgün yüklənməsini yoxlayırıq.

rpm –qa / grep tiger
tigervnc-server-1.0.90-0.10.201001 15svn3945.el6.x86_64

3. Paket yükləndikdən sonra, /etc/sysconfig/vncservers faylında bizə lazım olan dəyişiklikləri edirik.
Buna qədər isə vnc serverə qoşulmaq üçün yeni bir istifadəçi yaradırıq və bu istifadəçiyə vncpasswd komandası ilə şifrələyirik.

#useradd vnc
#su –vnc
#vncpasswd
Password:
Verify:

4. Və dəyişikliyi edək.

vi/etc/sysconfig/vncservers
VNCSERVERS="2:vnc"x
VNCSERVERARGS[2]="-geometry 800x600"

geometry : Client qoşulduqda göstərilən pəncərənin ölçünü göstərir.

5. Servisi başladaq.

#service vncserver start
#chkconfig vncserver start

b) VNC klient tənzimlənməsi
1. Bunun üçün ilk öncə paketi yükləyirik.

#yum install tigervnc

2. Qoşulmaq üçün aşağıdakı komandanı istifadə edirik.

#vncviewer 192.168.1.101:5902

(#vncviewer machine-name:portnumber)
passwdord

write user password

complete

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Mirsaid Alizade

Şərh yazın