Virusun gizlətdiyi faylların bərpası
Salam Əziz dostlar. Bu məqaləmdə sizə cmd komandası vasitəsilə flash kartdan virusun təmizlənməsi haqqında danışacağam. Bir çoxlarımızın tez-tez demək olar ki, gündəlik rastlaşdığı problemlərdən biri də flash kartımıza virus düşməsi nəticəsində oradakı məlumatların “shortcut” olması, ya gizli vəziyyətə düşməsi, ya da açılmamasıdır. Bu zaman flash kartımızı format edib, sonra fayılları bərpa etmək təbii ki, vaxt aparacaq.
Bunu iki yolla etmək olar: ya indi yazacağım komandanı text sənəddə (notepad) yazıb, ad verib, sonuna ” .bat ” yazaraq yaddaşa verib, yaratdığımız bat faylı flash kartın içinə kopyalamaq. Həmin faylı orada açmaqla və ya cmd -ni açıb komandanı ele orada yazıb “enter”-i vurmaqla.
Yazacağımız əmr isə belədir : attrib -h -r -s /s /d g:\*.*
Burada -h -hidden files- yəni gizli fayllari
-r – read only- təkcə oxumaq icazəsi olan faylları
-s – system files-sistem fayllarini
/s -verilmiş adda olan directory və subdirectory-də olan faylları
/d- bütün ümumi kataloqları göstərir
Note: Burada bir şeyə diqqət etmək lazımdir ki, sonda yazılan “g:” diski göstərir. Bizim flash kartımız hansı hərflə qeyd olunubsa, biz həmin komandada o hərfi yazmalıyıq.
Bundan sonra flash kartın içində həmin fayllarımızın necə deyərlər sağlam kopyası yaranacaqdır ki, yəni shortcut olmayan, bundan sonra da “shortcut”-ları silib flash kartı təmiz vəziyyətə gətiririk. Daha əmin olmaq üçün yaranmış təmiz fayılları bir yerə kopyalayıb, flash kartı format edib, yenidən ora yazmaq olar. Nəzərinizə çatdırım ki,bu əmr həm də virus nəticəsində flashkartda gizli vəziyyətə düşən fayılları da üzə çıxarır.
Hələlik bu qədər. Ümüd edirəm köməyinizə çatar.