İnternetdən təhlükəsiz istifadə
Salam dostlar. İstərdim ki, bu məqalədə sizə internetdə təhlükəsiz surf və axtarış etməyin yolları haqda məlumat verim. Çünki internetdən yükləmələr edərkən kompüterin viruslara yoluxma ehtimalı çox yüksəkdir. Buna görə də istifadəçiləri sadə şəkildə məlumatlandırmaq istəyirəm.
İlk olaraq antivirus proqramı həmişə saz vəziyyətdə olmalıdır. Bəzi istifadəçilər fikirləşə bilər ki, “antivirus olanda kompüter ağır işləyir, dondurur” və yaxud “mənim kompüterimdə heç antivirus yoxdu amma həm surətli işləyir, tutulmur”. Buna cavab olaraq demək istəyirəm ki, antivirus kompüterdə gedən prosesləri yoxladığı zaman ağır işləyə bilər. Bu da təbii ki, kompüterin gücündən asılıdır.
Viruslar bir çox üsullarla kompüterə və istifadəçiyə ziyan verə bilər. Faylları crypt (bağlayır , istifadəyə yararsız hala salır) edə, əməliyyat sistemini zədələyə bilər. CryptoLocker ən təhlükəli viruslardan biridir. Bu virus istifadəçinin bütün fayllarını crypt edir. Encrypt olunması qarşılığında pul tələb edir.
Əlavə məlumat üçün: http://www.technet.az/2015/04/22/cryptolocker-n%C9%99dir-nec%C9%99-qorunaq/
İnternetdə axtarış edən zaman keçid etdiyiniz linkləri ilk öncə oxuyun, hara yönəldiyinə baxın. Hər hansı faylı kompüterə yükləyəndə faylın genişlənməsinə diqqət edin. .mp3, .pdf, .exe və s.
Sosial şəbəkələrdə tanımadığınız istifadəçilərdən göndərilən linkləri açmazdan əvvəl onlara diqqət yetirin. Eyni zamanda dostlarınızdan qeyri-adi linklər gələrsə, onları açmazdan əvvəl həmin istifadəçidən link haqda maraqlanın. Ola bilər ki, istifadəçinin xəbəri olmadan link sizə və onun digər dostlarına gəlir. Bu virus’dur hansı ki, istifadəçi profili və kompüteri yoluxduqdan sonra virusun yayılması üçün əsas səhifədə paylaşımlar edir və onun dostluğunda olan istifadəçilərə linklər göndərir. Bu virusa yoluxmamaq üçün sosial şəbəkələrdəki bilinməyən oyunları və proqramları profilə tətbiq etməyin. (məsələn: profilinə kimlər baxdı? kimi proqramlar). Bu məqaləni yazanda fikirləşirdim ki, vizual olaraq necə göstərim bu məsələni. İndicə facebook’da dostluğumda olan istifadəçidən məktub gəldi. Mən də screen edib məqaləyə əlavə elədim).
Bir çox hallarda istifadəçi musiqi və ya hər hansı bir məlumatı yükləmək istədikdə, ilk gördüyü download yazısına tıklayır. Həmin vaxt musiqi faylı əvəzinə .exe tipli hər hansı bir fayl yüklənir. İstifadəçi bilmədən .exe faylını işə salır. Nəticədə reklam xarakterli browserlər, keçidlər sistemə yüklənir. Bəzən chrome və ya digər browser’ləri açan zaman ilk səhifə olaraq yandex, ask və s. reklam səhifələri açılır. Bu həmin yükləmələrdən ( eyni zamanda avtomatik install olunan proqramlardan) qaynaqlanır. Bunu misal olaraq musiqi faylı yükləməklə göstərirəm.
QEYD : Bəzən mobil cihazlarda internetdə hər hansı bir məlumatı axtardıqda, mp3 yükləmək istədikdə başqa səhifələrə yönəlir və ya ekrana cihazda virus olduğu haqda bildiriş gəlir və bir çox halda cihaz donur. Bu sadəcə hər hansı bir proqramın reklamıdır. Çıxış yolu isə internetə daxil olduğunuz browser’in yaddaşını təmizləməkdir.
Settings>history>clear / настройки>история>очистить.
Faylların genişlənmələrinə baxmaq üçün Control Panel \ Appearance and Personalization\Folder Options\View >> bölməsində Hide extensions for known file types yazılan xanadan quşu götürmək və Apply + OK tıklamaq lazımdır.( Панель управления\Оформление и персонализация\параметры папок >> скрывать расширения для зарегистрированных типов файлов >> применить + OK ).
Qovluğun tənzimləməlirini hər hansı qovluğu açaraq ALT düyməsini sıxıb yuxarıda tools yazılan bölmədən Folder Option yazısına daxil olmaqla açmaq olar.(Alt >Сервис > параметры папок)
Bu zaman kompüterdə olan faylların genişlənmələrini görə biləcəksiz.
QEYD: İdarələrdə, şirkət və təşkilatlarda sistem administratoru əgər müəyyən saytlara qadağa qoyubsa , müxtəlif Proxy proqramları və ya Proxy link’ləri ilə həmin qadağanı keçmək məsləhət deyil. Çünki həmin zaman istifadə etdiyiniz məlumatlar, hər hansı bilinməyən serverlər tərəfindən kopyalanır. Yəni heç bir şey qarşılıqsız deyil. Sizin internetə çıxışınızın qarşılığı olaraq fayllarınızı ələ keçirir.
Bundan əlavə internetdə surf edərkən əlavə lazımsız səhifələr açılır. Bir səhifədən başqa səhifəyə yönəlir. Bunların qarşısını almaq üçün, browser’lərə ad block plus əlavəsini yazmaq olar. Bu zaman fikir yarana bilər ki, bəs ad block plus qarşılığında nə edir? Ad block plus sadəcə saytın keçid yaradan scriptlərini block edir.
Poçt ünvanlarına çox vaxt reklam xarakterli spam məktublar gəlir. Bu məktublarda linklər, keçidlər olur. Həmin məktubları açmadan bir başa silmək lazımdır. Əgər linklərə daxil olsaz, sizin poçt ünvanınızın kodunu götürə bilərlər. Nəticədə sizin adınızdan digər mail ünvanlarına spam şəkilli məktublar göndərəcəklər.
Sosial şəbəkələrə daxil olarkən, yalnız https:// yerinə saytın özünü yazmaqla daxil olun. Hər hansı saytdan sosial şəbəkələrə keçid etməyin. Yəni login+password yazıb sosial şəbəkəyə keçmək olmaz. Həmin keçidlər çox vaxt fake (yalançı) olur. Keçid etsəniz profiliniz oğurlana bilər.
İnternetdən istifadə edərkən və ya hər hansı faylı endirərkən diqqətli olun. Uğurlar.