GPT və MBR nədir və aralarındakı fərqlər hansılardır?

GPT və MBR nə üçün lazımdırlar?

Diski istifadə etməmişdən önçə onun üçün hissə (partition) həlli seçməlisiniz. MBR (Master Boot Record) və GPT (GUID Partition Table) iki bir-birindən fərqlənən hissələrin (partition) məlumatlarının diskdə saxlama metodlarıdır. Burada hissənin harada başlayıb, harda bitməsi barədə məlumat saxlanılır və bunun koməyi ilə əməliyyat sistemi hansı sektorun hansı hissəyə məxsus olduğunu və hansı hissənin yükləmə (bootable) hissəsi olduğunu bilir. Buna görə də disk hissəsi yaratmamışdan öncə sistem sizdən MBR və yaxud GPT həllindən birini seçməyinizi tələb edir:

gpt2

MBR (Master Boot Record ) abreviaturası əsas yükləmə yaddaşı kimi tərcümə edilir. Bu anlayış-standart 1983-çü ildə IBM PC DOS 2.0 ilə birgə təqdim olunmuşdur.

MBR xüsüsi yükləmə sektorudur- hansı ki,  diskin ön (ilkin) sektorunda saxlanılır. Bu sektor əməliyyat sistemin yüklənməsi (a boot loader) və diskin məntiqi hissələri barədə məlumatlara malikdir. The boot loader -az bit sayda kodlardan ibarətdi hansı ki, böyük ölçüdə olan, diskin başqa hissəsində yerləşən, boot loader yükləyir. Əgər sizin kompüterinizdə Windows əməliyyat sistemi varsa, MBR-də windows-un ilkin yüklənmə elementləri yerləşir. Və buna görədə windows yüklənməyəndə siz MBR yoxlamalısız və problem aşkarlandıqda həmin hissəni bərpa eməlisiniz. Əgər sizin əməliyat sisteminiz Linux -dursa, the GRUB boot yükləyicisi MBR yerləşəcək.

MBR 2 TB kimi disklərdə işlənilir, ancaq o 2 TB daha böyük olan disklərlədə başa qələ bilər. MBR ancaq 4 əsas hissə  (partition) dəstəkləyir, əgər siz daha çox istəyirsinizsə onda hissələrinizdən birini “extended partition” edib , onun daxilində məntiqi hissə yarada bilərsiniz, bununla belə adətən heç bu “fırıldağa” da ehtiyac qalmamalıdır.

MBR disk hissələrinin yaradılması sahəsində bir standarta çevrildi.

gpt3

GPT – GUID Partition Table. Bu tam yeni bir standartdı, hansı ki, tədricən MBR yerini tutur. GPT bir yenilik oldu hansı ki, MBR-ın hissə (partition) sistemindən daha müasir bir həllnən əvəz etdi. Bu yenilik GUID Partition Table adlanır burada diskdə olan hər bir hissə unikal qlobal bir identikliyə malikdir.

GPT-də MBR-dən fərqli olaraq heç bir limit yoxdu. Disklər istənilən ölçüdə ola bilərlər, onun limiti operativ sistemin və onun fayl sisteminin dəstəklədiyi maximum təyin edir. GPT-də siz istənilən sayda  hissə yarada bilərsiniz, buradabda yuxarıda qeyd olunan kimi limiti sizə əməliyyat sistem qoya bilər, misal üçün windows GPT-də 128 kimi hissə yaratmağa icazə verir, bununlada extended partition yaratmağa ehtiyac qalmır.

MBR hissə ilə boot məlumatları bir yerdə saxlanılır. Əgər bu məlumat zədələnərsə və yaxud onun üzərinə bir məlumat yazılarsa demək siz çox çətin vəziyyətdəsiniz. Bunun əksi olaraq GPT ona aid olan məlumatlara disk boyunca bir necə yerdə yerləşdirir, ona görədə bu metod daha  güvənilir sayılır və əgər məlumat zədələnibsə onu düzəltmək olar. GPT həmçinin cyclic redundancy check (CRC) dəyərlərini özündə saxlayır bu məlumatın sağlam olub olmadığını yoxlamaq üçündür, əgər məlumat zədələnirsə GPT-i həmin an onu bilir və bu məlumatı bərpa etmək üçün diskin başqa hissəsində həmin məlumatı axtarır və öz üzərinə çəkməklə zədələnmiş məlumatı bərpa edir. MBR məlumatın zədəli olub olmadığını təyin edə bilmir, problem yarandıqda siz onu ancaq sistem yüklənəndə və yaxud hissə yox olanda bilirsiniz.

gpt4

Compatibility

GPT disklərinə həmçinin “təhlükəsiz MBR” daxildir. Bu cür MBR- lər sistemi məlumatlandırır ki GPT bir böyük hissədən ibarətdi hansı ki, bütün disk boyunca yayılıb. Əgər siz GPT diski köhnə bir alətlə idarə etmək istəsəz (hansı ki ancaq MBR oxuya bilir), siz GPT-ni tək bir böyük hissədən ibarət olan və bu hissənin bütün diski əhatə etdiyini görəcəksiniz, bütün disk boyunca yayılan. Beləliklə MBR əmin olmalıdır ki köhnə alətlər GPT səhvən boş disk kimi görüb onun üzərinə MBR hissələrini yazmasınlar.Bir sözlə “təhlükəsiz MBR” GPT ni, onun üzərinə başqa məlumatın yazılmasından qoruyur.

Windows 10, 8.1, 8, 7, və Vistanın bütün versiyaları GPT-ni oxumaq və istifadə etmək bacarığına malikdirlər amma ki UEFİ-siz onlar boot olunmurlar.

Başqa əməliyyat sistemlərində GPT-dən istifadə edə bilərlər. Linux GPT-ni dəstəkliyir. Apple’s Intel Macs daha Apple’s APT (Apple Partition Table)  schema-sından yararlanmır onun əvəzinə isə GPT istifadə olunur.

Yəqin ki, siz daha çox GPT diskdən istifadə etmək istəyəcəksiniz, çünki o daha müasir və təhlükəsizdir və gələcək onundur. Amma əgər sizdə yeni diskin köhnə sistemi dəstəkləməyini istəyirsinizsə, misal üçün windows-u həmin diskdən yükləmək üçün və “dədə-baba” BİOS dan istifadə etmək üçün, bu halda MBR dan yararlanın.

Uğurlar.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Vüqar Namazlı

Şərhlər ( 1 )

    • Rüstəm / . Dərc edilib:A 15/01/2019 at 2:44 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox sağolun məqalə üçün. amma translate tərcüməsi kimi yazılıb, heçnə anlamaq olmur.

Şərh yazın