ERROR.TYPE (Xəta tipləri) funksiyası

Ötən dəfəki yazımın davamı olaraq bu gün Sizə ERROR.TYPE funksiyası barədə danışmaq istəyirəm. Bu funksiya vasitəsi ilə Excel xanasında olan xəta tiplərini yoxlamaq mümkündür. Məsələn, deyək ki, Siz yaranacaq xətalara görə fərqli hesablamalar aparmaq istəsəniz, bu funksiya Sizin işinizə yaraya bilər.

Exceldə mövcud xəta tipləri barədə əlaqədar bölmədə məlumat vermişəm. Həmin hissədən lazımı informasiyanı əldə edə bilərsiniz.

Funksiya aşağıdakı xətarları “yoxlayır” və müvafiq nəticələri qaytarır.

Sintaksisi =ERROR.TYPE(xana və ya xəta) şəklindədir

  • #NULL! – 1
  • #DIV/0! – 2
  • #Value -3
  • #REF! – 4
  • #NAME?-5
  • #NUM!-6
  • #N/A-7
  • #GETTING_DATA – 8
Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın