Pivot Table (Yekun hesabat)-da unikal sayların tapılması

Exceldə məlumat bazası əsasına yekun hesabat hazırlamısınızsa, yəqin ki, hansısa sütun üzrə unikal sayı tapmaq kimi bir istəyiniz olub. Əgər, olmayıbsa və Siz hər zaman hesabatların hazırlanması ilə məşğulsunuzsa, əminəm ki, belə bir tələb mütləq qarşısına çıxacaq 🙂

Fərz edək ki, aşağıdakı kimi verilənlər bazası var. Bu bazasa hər satış mütəxəssisinin ay ərzində satdığı marketlərin adları var.

m1

Bizə lazımdır ki, hər satış mütəxəssisinin ay ərzində neçə marketə məhsul satdığını müəyyən edək. Fikir verirsinizsə, Anar Hüseynov  toplam 4 marketə 6 dəfə satış edib.

Bunun üçün bu verilənlər bazasını seçib Insert (Əlavə etmə) panelindən Pivot Table (Yekun hesabat) əmrini seçək. Bu zaman aşağıdakı kimi pəncərə açılacaqdır.

m2

 

Açılan pəncərədə Add this data to the Data Model (Bu məlumatları Verilənlər Modelinə əlavə et) seçiminin qarşısına işarə qoyaraq OK düyməsinə klikləyək.

m3

Ok düyməsinə kliklədiyimizdə yeni işçi səhifəsində Pivot Table (Yekun hesabat) nümunəsi görəcəksiniz.

m4

 

Bu pəncərədə Rows (Sətirlər) hissəsinə Satış mütəxəssisi adlı sütunu, Values (Dəyərlər) hissəsinə isə Mağazanın adı adlı sütunu əlavə edək. Bundan əlavə Field Settings (Sahə tənzimləmələri) hissəsində Distinct Count (Unikal say) seçimini edək.

m6

 

OK düyməsinə kliklədiyimizdə aşağıdakı kim hesabatın hazırlandığını görəcəksiniz.

m7

Beləliklə, hər satış mütəxəssisinin ay ərzində neçə mağazaya satış etdiyini tapmış olduq. Ənənəvi yolla bu sayı tapmaq istəsəydik, Anar Hüseynov adlı satış mütəxəssisinin adının qarşısında 6 yazıldığını görəcəkdik.

Bilik Paylaşdıqca Artar

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın