Exceldə WEEKNUM və ISOWEEKNUM funksiyalarının fərqi

Weeknum (Həftənin nömrəsi) funksiyası

Bu funksiya ona ötürülən tarixin neçənci həftədə olduğunu tapır.

Sintaksisi =WEEKNUM(Tarix;Həftənin ilk günü) şəklindədir.

w1

Yuxarıda da qeyd etdiyimiz kimi funksiyanın ikinci parametri həftənin ilk gününün hansı gün olmasıdır. Bizim ölkədə həftənin ilk günü Bazar ertəsi olduğundan biz bu parametri 2 olaraq qeyd etdik. Aşağıdkaı şəkildə digər günlərin ilk günü olaraq qeyd edilməsi üçün ədəd qarşılığı verilmişdir.

w2

ISOWEEKNUM (ISO standartlarına görə həftənin nömərəsi)

Beynəlxalq standartlaşdırma qaydalarına görə (The International Organization for Standardization (ISO) ISO8601:2000 Standard) həfənin nömrəsini qaytaran funksiyadır.

ISO standartlarına görə həftənin nömrələnməsinin aşağıdakı qaydaları mövcuddur.

  1. Yanvarın 1-i Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə və Cümə axşamı gününə düşərsə bu gün 1-ci həftəyə düşür.
  2. Yanvarın 4-ü bütün illərdə 1-ci həftəyə düşür.
  3. İlin ilk cümə axşamı günü həmişə birinci həftəyə düşür.
  4. Həftə hər zaman Bazar ertəsi başlayır.

Sintaksisi =ISOWEEKNUM(tarix) şəklindədir.

w3

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın