Exceldə NUMBERVALUE və VALUE funksiyaları arasındakı fərq

NUMBERVALUE və Value (Ədədin dəyəri) funksiyaları

Bu funksiya vasitəsi ilə ədədə konvertasiya əməliyyatı aparılır. Excelin 2013-cü il versiyalarından etibarən bu funksiya istifadəyə verilib.

Sintaksisi =NUMBERVALUE(mətn;kəsr ayırıcı;minlik qruplara ayırıcı) şəklindədir.

Təcrübədə başqa proqramlardan məlumatların import edilməsi zamanı yazılan ədədin kəsr ayırıcısı kimi həm nöqtə, həm də vergül istifadə edilir. Ümumiyyətlə, kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Excel xanasına məlumat yazarkən əgər o avtomatik şəkildə xananın sağına doğru yerləşərsə bu yazılan məlumatın ədəd olduğu anlamına gəlir. Məsələn, nümunə üçün A1 xanasına 90 yazısını yazaq.

n1

Gördüyünüz kimi Excel 90 yazısını sağa doğru yerləşdirmişdir. Bu o deməkdir ki, bu məlumatı Excel ədəd kimi “tanımışdır”. Eyni qayda ilə 90,5 yazsaq Excel yenə bu məlumatı sağa doğru yerləşdirmiş olacaq.

n2

İndi isə Excel xanasına 90.5 yazaq. Bu zaman məlumatın sola doğru yerləşdiyini görəcəksiniz. Bu o deməkdir ki, bu məlumatı Excel ədəd kimi “tanımadı”.

n3

Bütün bunları deməkdə məqsədim odur ki, hər komputerdə nöqtə və vergülün mahiyyəti başqa ola bilər.

Fərz edək ki, digər məlumat mənbələrindən ədədləri Excel xanalarına yazdığımızda aşağıdakı kimi yazılmışdır.

Diqqət etdinizsə, burada vergülü minlik qruplara ayırıcı simvolu, nöqtəni isə kəsr ayırıcısı kimi daxil edilmişdir. Bizim istifadə etdiyimiz Exceldə isə vergül kəsr ayırıcısı, nöqtə isə minlik qruplara ayırıcı simvoludur. Bütün bunları nəzərə alaraq NUMBERVALUE (Ədədin dəyəri) funksiyasından istifadə edəcəyik.

n4

Yuxarıdakı şəkildən göründüyü kimi decimal_seperator (kərs ayırıcısı) hissəsinə nöqtə daxil etmişik. Bu o deməkdir ki, A1 və A2 xanalarına yazılan ədədlərdə kəsr ayırıcısı kimi nöqtə qeyd edilmişdir. Group_seperator hissəsində (Qruplara ayırıcı) simvolu kimi vergül olduğundan üçüncü parametri vergül daxil etmişik.

Bundan əlavə digər bir məlumatı diqqətinizə çatdırıram. Hansısa Excel xanasına 0005 yazmaq istəsəniz 5 kimi yazıldığını görəcəksiniz. Əgər, ‘005 şəklində (tək dırnaqdan sonra 005 yazsanız) istədiyiniz nəticəyə nail ola bilərsiniz.

n5

Diqqət etdinizsə, bu yazını sola doğru yerləşdirmiş oldu. Bu o deməkdir ki, bu məlumatı Excel ədəd kimi deyil, mətn kimi “tanıyır”.

Əgər, Siz bu mətni ədədə çevirmək istəsəniz, sadəcə o xananı 1-ə vurmaq və ya =VALUE(A1) funksiyaları ilə konvertasiya etməyiniz kifayətdir.

n71

n8

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın