Clustered SQL database ilə WSUS qurulumu
Salamlar hərkəsə, bu məqaləmdə sizlərə ilk əvvəldə danışmış olduğum Windows Server Update Services (WSUS) -i Clustered verilənlər bazası üzərində qurulması və tənzimlənməsi haqqında danışmağa çalışacağam. İlk məqaləmdə WSUS-un qurulması və tənzimlənməsindən danışdığım zaman iki seçimimiz var idi, ya Windows Internal Database (WID) istifadə edəcəkdik , ya da mövcud hər hansı bir database server-ə qoşulacaqdıq. Mən bu məqaləmdə mövcud bir Clustered SQL Server-imdən istifadə edərək WSUS-qurulumundan danışacağam, bu zaman WSUS uyğun verilənlər bazasını həmin Clustered SQL Server üzərində yaradacaqdır , əvvəli məqaləmdə SQL AlwaysOn High Availability Groups-un qurulması və tənzimlənmısi haqqında danışmışdım, burada isə fərqli bir yol izləyəcəyəm , AlwaysOn topologiyasında hər bir SQL Server-in verilənlər bazası local server-lərdə yerləşir , lakin bizim quracağımız SQL Cluster-da ortaq storage -üzərində olacaq, gələn transaction-ları isə clustered role olaraq tənzimləyəcəyimiz DTC (Distributed Transaction Coordinator) idarə edəcək. SQL Server olaraq SQL Server 2014 Sp1 istifadə edəcəyəm. Topologiyam aşağıdakı kimi olacaq, burda test mühiti olduğu üçün mən DC-ni həm də storage kimi istifadə edəcəyəm:
Şəbəkə kartları ilə bağlı sazlamalarla cluster-la əlaqəli əvvəlki məqalələrimdən tanış ola bilərsiniz, bu məqaləmdə əsas fərqli hissələri diqqətinizə çatdırmağa çalışacağam. Belə ki ilk öncə başlayırıq iSCSI target server kimi tənzimləyəcəyimiz server üzərindəki disklərimizin hazırlanmasına. Yaradılan disklər aşağıdakı kimidir:
Gördüyümüz kimi Quorum, verilənlər bazası, log , və DTC-üçün volume-lar yaradılıb. Həmin diskləri SQLNODE01 üzərində tənzimləyək,ilk öncə hər iki node-umuzu target server-imizə qoşaq:
daha sonra SQLNODE01 üzırində disklərimizi tənzimləyək:
Son nəticə aşağıdakı kimi olacaq:
Eyni zamanda DTC üçün node-larımız üzərində aşağıdakı role-ların qurulumu gərəkir:
disk-lər , role və feature-ların qurulumundan sonra keçirik Cluster-in qurulumasına,ilk əvvəl node-ların birinin üzərində Failover Cluster Manager-ə daxil olaraq node-larımızın konfiqurasiyasını doğrulamalıyıq:
doğrulama müvəffəqiyyətlə tamamlandıqdan sonra artıq cluster-in qurulumuna keçə bilərik:
Cluster üçün uyğun ad və ip adresi verib davam edirik:
Gördüyümüz kimi cluster-i müvəffəqiyyətlə qurduq:
əlavə eləmiş olduğumuz 1 GB-lıq diskimiz avtomatik olaraq Quorum kimi tənzimlənib:
indi iə keçirik DTC clustered role-muzun Cluster üzərinə əlavəsinə, Roles bölməsinə sağ click-lə Configure Role deyərək davam edirik:
Role-lar arasından Distributed Transaction Coordinator (DTC) role-nu seçərək davam edirik:
Clustered Role-umuz üçün uyğun ad və ip adresi verərək davam edirik:
növbəti mərhələdə Clustered Role-muzun istifadə edəcəyi clustered resursu seçməliyik, bunu üçün əvvəlcədən yaratmış olduğumuz müəyyən diski seçərək davam edirik:
DTC Clustered Role-nun qurulumunu müvəffəqiyyətlə tamamladıq:
indi isə keçirik SQL Server-in qurulumuna, ilk olaraq SQLNODE01 üzərində, setup.exe -dən sonra açılan pəncərədə New SQL Server failover cluster installation seçərək davam edirik:
test mühiti olduğu üçün mən yeniləmələri yükləməyəcəyəm, amma tövsiyə olunur ki Windows Server 2012 R2 və SQL Server up to date (bütün yenilənmələr yüklənmiş halda) olsun:
özəlliklərin qurulumu üçün hər hansı bir çatışmazlığın olub olmamağını, eyni zamanda həll edilməsi gərəkən xəbərdarlıq və səhvləri aşağıdakı pancərədən görmək mümkündür:
quracağımız özəllikləri seçib davam edirik:
bu hissədə SQL Cluster üçün bir şəbəkə ismi müəyyən edirik, hansı ki bu adda DNS-də bi “A” record-u yaradılacaq ,daha sonradan müəyyən etdiyimiz IP adresinə uyğun:
Bu hissədə isə cluster resursumuzu görə bilərik:
gördüyümüz kimi, wizard bizə mümkün olan, seçib istifadə edə biləcəyimiz cluster resursunu təqdim etdi, Qourum və DTC üçün müəyyən etdiyimiz disklərimizdən başqa. Hər iki diski seçib davam edirik:
Cluster-imiz üçün uyğun bir IP adres müəyyən edirik:
Test mühiti olduğu üçün mən Administrator istifadəçisindən istifadə etmişəm, daha yaxşı olar ki, xüsusi istifadəçi yaradıb müəyyən haqqlar verməklə, ya da əvvəlki məqalələrimdə bəhsi keçən servis hesablarından da istifadə edə bilərsiniz:
Bu bölməyə xüsusi diqqət yetirməliyik və aşağıdakı kimi olmalıdır:
Server Configuration – bölməsində windows authentication mode-seçərsək mövcud daxil olduğumuz istifadəçi ilə giriş edərik, əgər mixed mode -seçərsək o zaman uyğun bir parol daxil etməliyik ki, həmin şifrə SQL Server daxilində sa (system administrator) -adlı istifadəçiyə aid olacaq hansı ki, bu zaman biz bu istifadəçi ilə daxil olacağıq, Add Current User -deyib mövcud istifadəçini əlavə etdikdən sonra keçirik digər bölməyə:
Data Directories– bölməsində cluster database və log-lar üçün uyğun olaraq cluster disklərimi seçirəm:
daha sonra install deyərək qurulumu başladırıq:
qurulum müvəffəqiyyətə başa çatdıqdan sonra keçirik ikinci node-umuz üzərinə:
SQL Cluster-imizi yaratdıq indi isə ikinci node-umuzu cluster-a əlavə etməliyik, Add node to a SQL Server failover cluser -deyərək davam edirik:
gördüyümüz kimi mövcud cluster-im, instance adı, şəbəkə adı və daxil olan node görünür:
cluster-imizin ip adresini görürük:
uyğun olaraq əvvəlki node-da olduğu kimi istifadəçini müəyyə edirik:
install-deyərək qurulumu başladırıq:
qurulum müvəffəqiyyətlə tamamlandı:
artıq SQL Cluster-imiz hazırdır, Clustered Role olaraq SQL Server görürük:
İndi isə keçirik WSUS role-unun qurulumuna və tənzimlənməsinə:
bu hissədə artıq biz WID yox SQL Cluster-imizi seçəcəyimiz üçün database seçərək davam edirik:
yenilənmələrin saxlanılacağı yeri müəyyən edirik, daha yaxşı olar ki sistem diski yox başqa bir disk seçilsin:
bu hissədə isə mövcud Cluster-imizə bağlanmalıyıq artıq, Cluster adını yazaraq check connection deyirik, ola bilər ki hər hansı bir şəbəkə ilə bağlı bir xəta alasınız o zaman hər bir SQL Server üzərində TCP 1433 portunu açıb yenidən yoxlamalısınız:
qurulum sonrası konfiqurasiyanı başladırıq:
prosses tamamlandıqdan sonra Clustered DB diskimizə nəzər saldığımızda SUSDB adında bir verilənlər bazasının yaradıldığını görürük, bu həmin bizim WSUS server-imizin verilənlər bazasıdır:
Geridə qalan əməliyyatlar isə WSUS ilə bağlı yazdığım ilk məqalədə olduğu kimidir. Yararlı olması diləyilə…
Şərhlər ( 1 )
Tesekkur edirem