Windows əməliyyat sistemlərində yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini söndürmək
- Yay vaxtına keçid və onu ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat
Yay/Qış vaxtına keçidi ləğv edən yeniləmənin quraşdırılması üçün təlimat
Azərbaycanda yay vaxtına keçid ləğv edildi
Как отключить автоматический переход на летнее время и обратно
Windows əməliyyat sistemlərində yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini söndürmək
Windows 10 əməliyyat sistemində yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini söndürmək üçün aşağıdakı əməliyyatları etmək olar (və ya hazırladığımız Windows_10_DST_disable.reg(klikləyərək yükləyin) faylını import etməklə eyni nəticə əldə etmiş olarsınız)
- Start -> Settings bölməsinə daxil olun.
- Time & Language bölməsində daxil olun.
- Adjust for daylight saving time automatically – ON üzərinə klikləyib, OFF rejiminə keçirdirin.
Windows Server 2012 R2 əməliyyat sistemində yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini söndürmək üçün aşağıdakı əməliyyatları etmək olar (və ya hazırladığımız Windows_Server_2012R2_DST_disable.reg faylını import etməklə eyni nəticə əldə etmiş olarsınız)
- Control Panelə daxil olub, Set the time date bölməsinə keçin.
- Açılan dialoq pəncərəsində Change time zone… düyməsini klikləyin. Açılan pəncərədə Automatically adjust clock for Daylight Saving Time qarşısındakı işarəni yığışdırıb, OK düyməsini klikləyin.
- The clock is not set to adjust for this change – yazısı çıxırsa, demək ki, 27 mart 2016-cı ildə gecə 04:00-saatlar çəkilməyəcək.
Əgər başqa əməliyyat sistemlərimizi istifadə edirsinizsə, ondə tövsiyə edirik:
- Müvafiq əməliyyat sistemi çalışan bir kompüter seçin və onda yay vaxtına avtomatik keçidi (Daylight Saving Time (DST)) söndürün;
- Sonra əməliyyat sisteminin registrindən aşağıdakı budağı eksport edərək reg adı ilə yadda saxlayın
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\TimeZoneInformation\
- Group Policy vasitəsi ilə məlumatı disabledst.reg faylından domendə olan eyni əməliyyat sistemi işlədən bütün kompüterlərə ötürün.
Həmçinin tövsiyə edirik, bu məlumatlarla tanış olasınız:
Daylight Saving Time Help and Support Center
https://support.microsoft.com/en-us/gp/cp_dst
How to configure daylight saving time for Microsoft Windows operating systems
Şərhlər ( 4 )
Qaçay bəy, operativ şəkildə belə bir məqalə hazırladığınız üçün təşəkkürlər!
Fərid bəy, təşəkkür edirəm! Bu məsələdə mümkün olduğu qədər proaktiv olmağa çaılışırıq. İnşallah Patch məsələsinin üzərində işləməyə başlamışıq.
Təşəkkürlər! Tərcümə məsələsidə düzəlsə, əsasəndə MUI dil paketi hazırlansa bax bu əsl iş olar. İndiki lip dil paketi heç ürək açan deyil, demək olarki bütün ifadələr başadüşülməzdir və çox bayağıdır!
Bu linkdə yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini Group Policy istifadə etməklə bütün domendə olan kompüterlərdə söndürmək üçün həll yolu addım-addım yazılmışdır. Məlumatı təqdim etdiyinə görə Azercell şirkətinin Baş İT inzibatçısı Mixail Tokaryevə dərin təşəkkür edirəm.