Hyper-V İntegration Services

İlk öncə nəzrinizə çatdırım ki, Windows Server 2008 R2 üzərində vituallaşdırma texnologiyasından istifadə etdikdə Hyper-V 2.0 xidmətləri cəmdə 3 ədəd idi.

1- Hyper-V Networking Management: 

2- Hyper-V Virtual Machine Management:

3- Hyper-V Image Management

Windows  Server 2012 üzərində Hyper-V-ə aid çalışan bu xidmətlər isə artıq yeddi ədəddir. Bununla da Hyper-V nin inkişaf tempinin artdığını və 3.0 versiyasının təşkilatı səviyyəyə gəldiyini görə bilərik.

hyper 2

1- Hyper-V Data Exchange Service

2- Hyper-V Guest Shutdown Service

3-Hyper-V Heartbeat Service

4- Hyper-V Remote Desktop Virtualization Service

5-Hyper-V Time Synchronization Service

6- Hyper-V Virtual Machine Management

7-Hyper-V Volume Shadow Copy Requestor

 

hyper 1

 

İndi isə bu xismətlərin funksiyalarını araşdıraq.

Hyper-V Volume Shadow Copy Requestor: Bu xidmət, virtual maşındakı tətbiqlərin və məlumatların fiziki kompüter üzərindəki əməliyyat sistemindən nüsxəsinin alınması məqsədiylə istifadə edilə bilər. (VSS ilə əlaqəni təmin edər)

Hyper-V Guest Shutdown Service: Bu xidmət, virtual maşının əməliyyat sisteminin fiziki kompüter üzərindəki idarə konsolu vasitəsilə bağlanılmasını təmin edər.

Hyper-V Virtual Machine Management: Core Hypervisor xidmətidir.

Hyper-V Heartbeat Service: Müəyyən vaxt çərçivəsində virtual maşınən işləkliyini nəzərdən keçirər. Bu xidmət çalışarkən, cavab verməyi dayandıran virtual maşınları müəyyən etməyə kömək olar.

Hyper-V Remote Desktop Virtualization Service: Virtual maşın ilə fiziki kompüter üzərində çalışan əməliyyat sistemi arasında ünsiyyət üçün bir platformanı təmin edir.

Hyper-V Data Exchange Service: Virtual maşın ilə fiziki kompüter üzərində çalışan əməliyyat sistemi arasında informasiya mübadiləsi etməyə imkan verir.

Hyper-V Time Synchronization Service: Bu xidmət, virtual maşının sistem saatını fiziki kompüterin sistem saatıyla bərabərləşdirir.

Beləliklə bu məqaləmizdə Hyper-v 3.0 versiyası ilə birlikdə gələn və yenilənən sistem xidmətlərini araşdırdıq.

 

Əlavə: Məqalənin əsas mənbəyi və şəkillər Technet.com saytından tərcümə edilərək götürülmüşdür. 

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Soltanov

Şərh yazın