Bəs, Excel kimə lazımdır?
Yəqin ki, çoxlarınıza indi deyəcəyim mənzərə tanışdır. Sizin hansısa bir müəssisədə işlədiyinizi ətrafınız biləndə Sizi təbrik etməklə yanaşı bəzi özünəməxsus suallar verənlər də mövcuddur. Hər kəs üçün bir məqam daha vacibdir. Kimisi üçün Sizin əmək haqqınız, kimisi üçün perpektiviniz, kimisi üçün isə Sizin iş saatlarınız, kimisi üçün iş şəraitiniz maraqlı olur. Bütün bunlarla yanaşı elə bir kateqoriyada mövcuddur ki, Onlar üçün Sizin “komputerşik” və ya işinizin “komputer işi” olmağı daha vacibdir. Bəli, əgər Siz “komputerşik”sinizsə Onlar üçün pulu asan qazanan hesab edilirsiniz. Çünki, ənənəvi yollardan əlavə bu iş Onlar üçün asan pul qazanma yoludur.
Bəzən də ətrafındakı adamlar işlə maraqlananda Sizdən “komputer işi” olub-olmaması barədə soruşurlar və istəyirlər ki, həmin iş üzrə işləsinlər. Və ya, soruşanda ki, nə işləyirsən, cavab verirlər ki, bəs “komputer işi”dir.
Məsələ odur ki, ilk növbədə bu “komputer işi” ətrafdan o qədər cəlbedici görünür ki, insanlar bunun üçün hansısa MMO (Mənşəyi məlum olmayan :)) kursa gedərək Office proqramlarını 3 aya “full” səviyyədə öyrənirlər.
İnanın bunları qəti pafosla demirəm. Bizim də tələbəlik vaxtı etdiyimiz bir şeydir. Məni ilk dəfə Excellə ilk dəfə tanış edən müəlliməm bunun Worddən heç bir fərqinin olmamasını, sadəcə orda mətni bir açıq əraziyə, Exceldə isə xanalara yazılmasını və bunun əsasında toplama, çıxma edilə bilməsi haqqında demişdi. Wordə də yanaşması sadəcə mətn yazılır kimi öyrətmişdi. Hələ Accessi demirəm.
İndi isə gələk əsas mətləbə. Excel də bu komputer proqramlarından sayılır və nəyə görə insanlar bunu öyrənməlidirlər? Nəyə görə bu proqram hal-hazırda bu qədər populyardır? Ümumiyyətlə, Exceli bilən “komputerşik” sayılırmı?
Bu məsələnin kökü hələ 1980ci illərə gedib çıxır. Belə ki, bu illərdə komputer sənayesində inkişaf, əməliyyat sistemlərinin təkmilləşdirilməsi əsas verdi ki, müəssisələr öz işlərini kağız üzərində, hesablama “şotka”larında deyil, komputerlərdə həyata keçirsinlər. Bunun müqabilində də müxtəlif hesablama proqramlarından istifadə etməyə başladılar.
Zaman-zaman bu proqramlar təkmilləşməyə, insanların işlərini asanlaşdırmağa başladı. Bəli, 90-cı illərdə ofis şəraitində hesablama işini hər kəs üçün asanlaşdırmaq üçün Excel proqramını daha da inkişaf etdirdi.
Günümüzdə yaşadığımız ölkədə idarəetmədə ən çox istifadə edilən proqramlardan biri kimi Exceli qəbul etmək olar. İstər maliyyə sektoru, istər ticarət, istərsə də istehsalat olsun.
İndi isə gələk Exceli öyrənərsək, bizə verəcəyi üstünlüklər bölməsinə
- Excel ən çətin hesablamaları belə asan şəkildə icra etməyə imkan verir.
- Excel vaxt qazandırır. Bu proqramda bildiyiniz əlavə alətləri yerində tətbiq etməklə vaxtınıza əməlli başlı qənaət edə bilərsiniz.
- Excel networkinginizi genişləndirir. İnanın gün ərzində aşağısı 3 insanla bu proqrama görə ünsiyyətdə oluram. İnsanlar qarşılarına çıxan problemlərlə bağlı Sənə yazır, Sən isə onlara kömək edəndə həm özünü xoşbəxt hiss etdirir, həm də bu münasibətlər dostluğa kimi gedib çıxır.
- Excel Sizə bazarda dəyərinizin artmasına köməklik edir. Bu gün iş elanlarının bəzilərində “Office proqramlarını yüksək səviyyədə bilməli (Xüsusiylə Exceli)” kimi sözlərə yəqin ki hər birimiz rast gəlmisiniz.
- Excel ofis dilidir. Bütün işçilər az qala özləri də bilmədən bu dildə danışır. Proqramçı dostlarımız təsdiqləyər, qarşı tərəf Sizdən nəsə istəyərsə, mütləq bunu “Exceldəki kimi” elə kimi sözlər işlədir
İndi Siz qərar verin. Exceli bilən “komputerşik” sayılırmı? Excellə bağlı deyəcəklərim bu qədər. Növbəti yazılarımda Exceldə “olmazsa olmaz”lar haqqında danışacam.