Uptime nədir?

Bu məqaləmdə Uptime hesabı və Uptime mövzusunda bəzi sahələri əhatə edəcək mövzulara toxunmaq istəyirəm.  

İlk öncə Uptime nədir?

Uptime  – işləklik müddəti və ya online olma müddəti olaraq təyin oluna bilər. Yəni serverinizdə və ya hosting təminatçınızın sizə təqdim etdiyi xidmətin fasilə nisbətini ifadə edən bir termindir.

hosting-uptime-ornek

Yuxarıdakı şəkil nümunəsində bir uptime qrafiki vardır. Hal-hazırda 99.5% və üstü uptime dərəcəli normal olaraq adlandırılır. Bu dəyərin altı zəif göstəricilər qrupuna aid edilə bilər. 

Uptime hesablamasında əsas hədəf zaman anlayışıdır və SLA (Service Level Agreements) funksionallağına görə faiz (%) hesabı üzrə hesablanmaqdadır. Aşağıdakı qrafikdə təxmini olaraq faiz (%) nisbəti və bunların nəqədər müddətdə kəsilməyə səbəb olduğu ilə əlaqədar cədvəl göstərilir. (Mənbə: http://en.wikipedia.org/wiki/High_availability)

graphic

Uptime nisbətini təyin edən faktorlar.

1)    Enerji – Elektrik tələbləri: İnternetə bağlı olan bir kompüterinizin elektrikinin kəsildiyini və ya hər hansı səbəbdən elektrik enerjisi almadığını düşünün. Avtomatik olaraq bağlanacaq və əlaqə yaratmaq mümkün olmayacaqdır. Buna görə serverə enerji təmin edən sistemdə aşağıdakı hissələrin olması Uptime nisbətini yüksəldən əhəmiyyətli səbəblərdir.

-Generator

– Ehtiyyat Eleketrik Sistemi

– UPS – Kəsintisiz Güc Resursları

Elektron bir cihazda elektrik enerjisinin kəsilməsi ən böyük əhəmiyyətli problemlərdən biridir. Bu səbəblə server və ya digər avadanlıqların elektrik infrastrukturlarını daim nəzarətdə saxlanmalıdır.

 2)    Təchizat – avadanlıqlarda bəlkə də Uptime nisbətini ən çox aşağı salan faktordur. Uzun müddətdir evdə və ya iş yerlərində kompüter avadanlıqlarından istifadə edənlər müəyyən zaman kəsimində cihazların işləkliyinin pozulduğunu müşahidə edirlər. Oxşar vəziyyət Server və digər kommunikasiya avadanlıqları üçündə eynidir. Ram, prosessor (CPU), anakart kimi əsas təchizat parçalarının müəyyən istifadə müddətləri vardır.

Stabil şəkildə çalışan bir serverin RAM yaddaş hissəsinin yandığı zaman avtomatik olaraq bağlanacaq və UP adı verilən aktiv olan vəziyyəti Down adı verilən passiv vəziyyətinə keçəcək. Bu vəziyyət Downtime adı verilən xarab qalma müddətini artıracaq və əvəzində isə Uptime müddətini azaldacaq. Dünyanın ən böyük firmaları belə bu kimi vəziyyətlərdə serverlərə sürətli bir şəkildə fiziki müdaxilə edərək, pozulan hissəni dəyişdirməkdədir. Downtime ilə Uptime arasındakı fərq odur ki, Downtime bağlı olma müddəti, Uptime isə açıq olma müddətidir. Uptime+Downtime= 100% olaraq hesablamaq olar. Məsələn 99.7% uptime nisbətinə sahib bir server 0.03% nisbətində bir Downtime dəyərinə malikdir. 

1)   3) Proqram təminatı – Bəzi hallarda serverdə olan proqram təminatında xətanın baş verməsi nəticəsində server özünü reset edib, yenidən başladır və  açılmamaq ehtimalı yarana bilər. Bu kimi hallar çox tez-tez görülməz və ümumiyyətlə istifadəçi səhvi və ya xarici müdaxilələr nəticəsində baş verir.

     Web Hosting və Server Uptime ölçmə proqramları

Hosting firması axtararkən ən çox diqqətə alınası məsələlərdən də biri Uptime nisbətidir. Bu mərhələdə Host firmalar istifadəçilərə bu məlumatları statik olaraq təqdim etmək üçün müxtəlif proqramlardan istifadə edirlər. Ən əhəmiyyətlisi isə bu məlumatlar marketinq və marka dəyəri üçün çox əhəmiyyətlidir.

Local Uptime nisbətini ölçmək üçün istifadə edilən bəzi proqramlar:

-Uptime Software

– Panopta

– CQL

-Netcraft

Bu proqramlar bəziləri pulsuz (free) olsada bəziləri isə xidmət əvəzi müxtəlif aylıq və ya illik ödəniş tələb edirlər. 

Uptime Statistikasının ölçmə proqramlarının üstünlükləri

Marka dəyərinə təsiri: Yüksək Uptime nisbətinə sahib server və məlumat mərkəzləri, istifadəçilərin sayına müsbət təsir edər və buda həmin mərkəzlərin seçilməsinə səbəb olar. Buna görə böyük bir dəyər əldə etmək üçün uptime nisbətini 99.9% səviyyəsinin altına düşməməsi məqsədəuyğun hesab edilir.

 Analiz və optimallaşdırma: Uptime Management Sofware sistemlərini istifadə etmək, şirkət sahibləri və firmalar üçün əhəmiyyətlidir, çünki səhvlərin ölçülməsi nəticəsində optimallaşdırılmalar aparılaraq daha stabil və uptime səviyyəsi yüksək bir məlumat mərkəzi inkişaf etdirə bilərlər.

Təqib: Uptime proqramları sistem idarəçilərini SMS, E-poçt və digər vizual xəbərdarlıq sistemləri ilə təmin etməkdədir. Bu porqramlar belə hallarda problemin nə olduğunun müəyyənləşdirilməsi və buna vaxtında müdaxilə edilməsini təmin etməkdədirlər.

Sonda isə bildirmək istərdim ki, 100% iş quruluşuna sahib heçbir firma yoxdur və olmazda. Çünki cihazlar elektron quruluşda olduğu üçün çox çox nadir olsada səhv etmə imkanı vardır. Lakin 99.995% nisbətində xidmət ilə təmin edən böyük firmalar mövcuddur. Məs.: HostGator, 1and1, Bluehost, Lunaroages kimi firmalar bunlardan bir neçəsidir. Firmalar öz söylədiyi rəqəmlər hər zaman doğrudur deyə bir vəziyyət yoxdur. Bunun üçün əlaqədar bloqları və forumları gəzərək istifadəçi şərhlərini oxumanız və firmanın marka dəyərini araşdırmanız məsləhətdir

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nurlan Soltanov

Şərh yazın