JavaScript Nəyimə Lazım ?

Niyə JavaScript

JavaScript hal-hazırda veb sahəsində işləmək istəyən gənclər tərəfindən öyrənilməsi vacib olan bir dildir. Ən azından günümüzdə JavaScript veb brauzer-in dili hesab olunur. Front-End developer-lər mütləq HTML və CSS yanında bu dili bilməlidirlər. JavaScript-in maraqlı tərəflərindən biri də odur ki, haqqında çox şey bilmədən işinizi görə bilərsiniz (Hətta heç proqramlaşdırma bilmədən də). Amma həmişə nə etdiyinizi bilmək bilməməkdən daha yaxşıdır.

JavaScript-in Təhlili

JavaScript maraqlı ideyalar üzərinə inşa olunub. Amma pis tərəfi də yox deyil. Maraqlı olanlar: funksiyalar, dinamik obyektlər, Tip-ə ehtiyacı olmaması və s. Pis tərəfi olaraq global dəyişənləri misal çəkmək olar.

JavaScript-in Tip-lərə görə dəyərləndirmə etməməsi, Tip-lərə önəm verən bir programlama dilini bilən adama qəribə gələ bilər. Əslində Tip-lərə görə tapılan səhvlər gözə batan səhvlər olmur. (Yəni o qədər vacib deyillər)

JavaScript

var s = "Tip-lər vacib deyil";  
console.log(s);  

Java

String s = "Yox vacibdir!"  
System.out.println(s);  

Yuxarıdakı kodlarda iki dil arasındakı fərqi görə bilərsiniz.

JavaScript-in class anlayışına sahib olan bir dil deyil. Burda obyektlər digər obyektlərdən xüsusiyyətlərini inherit edə bilər (varisi ola bilər).

Hə bir də, JavaScript və Java fərqli dillərdir. JavaScript-in daha çox Lisp və Scheme ilə yaxınlığı var, nəinki Java-nın. Buna daha çox C paltarı geymiş Lisp demək olar. Bu da JavaScript-i çox güclü bir dil halına gətirmiş olur.

Dərslik halında sıra ilə JavaScript haqda yazıb yazmayacağımı özüm də bilmirəm. Yəqin bu daha çox tələbatdan asılı olacaq. Amma JavaScript haqda öyrəndiyim və bildiyim məlumatları sizinlə paylaşmağa çalışacağam.

Referans:
Node School
JavaScript: The Good Parts

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Huseyn Xan

Şərh yazın