Fiziki maşının virtual konvert olunması

Salam dostlar, bu məqaləmizdə fiziki avadanlığın infostrukturunu virtual maşına (Vmware) şəbəkə üzərindən miqrasiyasından danışacağıq.  İlk növbədə bizə vmware vcenter converter standalone programını yükləmək lazımdır. Yükləmə linki https://my.vmware.com/group/vmware/evalcenter?p=converter  Programı install edərkən bizə iki seçim verir birinci seçimdə biz local yani programın install olduğu kompyuteri virtuala keçirmək üçün ikinci seçimdə isə local şəbəkədəki ixtiyari kompyuterin virtuala konvert etməyə şərait yaradır .

1

Biz Client – Server installation seçib next düyməsini tıklayıb programın install olmasını tamamlayırıq.

 2

Burada isə bizə HTTPS və HTTP portlarina programın işləməsi üçün dəyişiklik edəcəyik  məsələn mən 443 və 80 portların əvvəlinə 7 rəqəmi artırdım və next büyməsini bir neçə dəfə sıxaraq install-ı sona yetirdim.

 3

Programa daxil olarkən açılan bu pəncərədə ya domain administartor və ya local administrator istifadəçi adını və parolunu daxil edib programa daxil oluruq

4

Convert machine seçirik və açılan pəncərədə miqrasiya edəcəyimiz Serverin və ya kompyuterin ip ünvanını və ya adını administrator hüquqlarına sahib olan istifadəçi adını və parolunu yazıb next düyməsini seçirik və açılan pəncərədə yes  düyməsini seçirik.

5

6

Bir müddət gözdüyürük və acılan pənərədə

Select destination type – Vmware workstation or Vmware virtual machine

Select a location for the virtual machine virtual maşının hara save olunacağını göstəririk qovluq share olunmalı və qovlugun permissionu full control olmalıdır ve sonda login ve parolu yazırıq

7

Convert olunacaq mühiti seçirik və next düyməsini basırıq açılan pəncərədə Finish düyməsini seçirik və fiziki maşının virtuala konvert olmağını gözdüyürük. Konvert bitdikdən sonra isə həmin konvert etdiyimiz maşını vmware workstation-da həmin convert etdiyimiz faylı göstərib fiziki maşını virtualda işlədə bilərik.

8

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Said Abdullayev

Şərhlər ( 2 )

  1. Təşəkkürlər əla mövzudur. İmkan düşən kimi yoxlayacam.

  2. Yoxlayın çox gözəl softdur mənim işimə çox köməyi oldu.

Şərh yazın