SYSVOL Miqrasiya FRS – DFSR
Salamlar hərkəsə, bu məqaləmdə File Replication Service-dən Distributed File System Replication-a keçid, miqrasiya haqqında danışmağa çalışacağam. Domain controller-lər logon script-lərinin və Group Policy obyektlərinin digər domain controller-lər arasında replikasiya olunması üçün xüsusi paylaşılmış SYSVOL adlı qovluqdan istifadə edirlər. File Replication Service windows server 2000 ilə birlikdə gələn Distributed File System və SYSVOL qovluqlarını replikasiya edən bir servisdir və windows server 2000 və 2003 domain functional level-ində olan domain-lərdə bu prossesi çalışır , lakin windows server 2008 və sonra FRS Distributed File System Replication -la əvəz olundu, yəni bizim minimum windows server 2008 domain functional level-ində çalışan domain-imiz varsa, domain daxilində SYSVOL replikasiyası DFSR ilə həyata keçiriləcəkdir. DFS (Distributed File System) həmçinin File and Storage Services role-larına daxil olan role services olaraq qurularaq müəyyən file server-lər arasında faylların replikasiyasını da mümkün qılmaqdadır. Ayrıca biz windows server 2003 domain functional level-ində və windows server 2003 R2 sp2 əməliyyat sistemli domain controller-lərdən ibarət olan domain-imizi windows server 2012 R2 domain functional level-inə yüksəltsək (migration) , bu o demək deyil ki FRS DFSR-a miqrasiya olunur. Windows Server 2012 R2 domain controller-lər arasında replikasiya yenə də köhnə qaydada FRS sayəsində həyata keçirilir. DFSR -a yüksəltmə üçün isə müəyyən əməliyyatlar yerinə yetirilməlidir. DFSR -in FRS -dən əsas üstün cəhətləri aşağıdakılardır:
- DFSR FRS-ə görə daha sürətlidir, Remote Differensial Compression sayəsində böyük həcmli fayllarda olan dəyişikliklər daha tez replikasiya olunmaqdadır,
- FRS NTFS volume-un USN journal məlumatlarına əsasən hər hansı bir qovluqda olan dəyişikliyi başa düşər və replikasiyanı başladar, eyni zamanda FRS dəyişiklik olunmuş qovluğu göndərirkən DFSR isə sadəcə dəyişiklikləri replikasiya edər,
- DFS -in yeni idarə konsolu ilıə daha asan bir idarə ,
- built-in tool-larla prosesi monitoring edə bilərsiniz,
- read-only domain controller dəstəyi.
FRS -dən DFSR – a miqrasiya üçün tələblər:
- migrasiya edəcəyimiz mühitdə serverlər minimum Windows Server 2003 R2 SP2 və üzəri olmalıdır,
- DFSR-ə migrasiya edəcəyimiz domain controllerlərin əməliyyat sistemi isə Windows Server 2008 və üzəri olmalıdır,
- domain functional level minimum windows server 2008 olmalıdır.
Indi isə keçək FSR-dən DFSR miqrasiyasına. Məmin mühitimdə ilk əvvəl windows server 2003 R2 (DC01) və iki windows server 2012 r2 (DC02, DC03) domain controller-lər mövcud idi, mən miqrasiya vasitəsilə uyğun addımları izləyərək domain-imi yüksəldərək windows server 2003-ü şəbəkəmdən kənarlaşdırdım. Əvvəl də qeyd etdiyimiz kimi miqrasiya prosesindən sonra o demək deyil ki, bizim qalan iki windows server 2012 R2 DC-lərimiz arasındakı replikasiya da FRS dən DFSR-ə miqrasiya olunur, replikasiya prosesini FRS həyata keçirir:
Miqrasiya prosesi 4 mərhələdən ibarətdir.
0 – START – bu mərhələdə FRS tərəfindən SYSVOL qovluğu bütün domain controller-lər arasında replikasiya olunur,
1 – PREPARED – bu mərhələdə FRS replikasiya prosesini davam etdirir eyni zamanda DFSR tərəfindən SYSVOL qovluğunun daxilindəkilərin “C:\Windows\SYSVOL_DFSR” qovluğuna kopyalanmaslı baş tutur, lakin bu SYSVOL gələn replikasiya istəklərinə cavab vermir,
2 – REDIRECTED – SYSVOL_DFSR qovluğu gələn replikasiya istəklərini cavablandırmağa başlayır, eyni zamanda FRS öz SYSVOL-unun replikasiyasına davam edir
3 – ELIMINATED – bu mərhələdə artıq DFSR öz SYSVOL-unun replikasiyasını davam etdirir və gələn istəkləri qarşılayır, windows orijinal SYSVOL qovluğunu silir və FSR-in replikasiyası -fəaliyyəti dayanır.
Keçirik miqrasiya prosesinə DC02 hal-hazırda primary domain controller olaraq fəaliyyət göstərir, DC03 isə additional domain controller-dir. DC və ADC arasında replikasiya prosesi uğurla başa çatıb və hər iki DC normal halda “start” mərhələsindədir , yəni birinci mərhələdə, DC02 üzərində powerhsell ilə aşağıdakı əmri icra edərək ikinci mərhələyə başlayırıq:
dfsrmig /setglobalstate 1
görüyümüz kimi birinci mərhələdəydik artıq, növbəti mərhələyə keçməzdən əvvəl digər domain controller-lərin də həmin mərhələdə olduğundan əmin olmalıyıq, bunu üçün:
dfsrmig /getmigrationstate
eyni zamanda log-lardan da daha aydın görə bilərik:
yeni SYSVOL_DFSR adlı qovluğun yarandığını görürük:
indi isə keçirik 3-cü mərhələyə bunun üçün :
dfsrmig /setglobalstate 2
digər domain controller-lər arasında dəyişikliklərin sinxronizasiya olunması üçün müəyyən qədər gözləməliyik. Aşağıdakı şəkildən də aydın olduğu kimi artıq üçüncü mərhələdəyik:
daha ətraflı log-lardan görə bilərik, gördüyümüz kimi artıq replikasiya yeni yaradılmış SYSVOL_DFSR qovluğundan və DFSR vasitəsilə həyata keçir:
indi isə keçirik son mərhələyə, bunun üçün :
dfsrmig /setglobalstate 3
bir müddət gözlədikdən sonra artıq sonuncu mərhələni də uğurla başa vururuq:
log-lara baxdığımızda :
Gördüyümz kimi artıq FRS replikasiya prosesini həyata keçirməyəcək və uyğun servis disable vəziyyətinə gətirilib:
köhnə SYSVOL qovluğu artıq silinib:
services mmc konsolu üzərindən FRS -in disable olduğunu görə bilərik:
Bu məqaləmi də burda yekunlaşdırıram, yararlı olması diləyilə…