Windows 7 üzərində Microsoft RemoteFX USB Redirection aktivləşdirilməsi

Bildiyiniz kimi standart RDP ilə serverə qoşulan zaman bəzi lokal resursları serverə göndərmək mümkündür. Kompüterdə istifadə olunan kameranın və bu tipdə digər avadanlıqların serverə göndərilməsi üçün apardığım araşdırmanın nəticəsini sizinlə paylaşmaq istədim.
RemoteFX USB redirection vasitəsilə RDP vasitəsilə lokal kompüterə qoşulu olan digər usb avadanlıqlarını göndərmək mümkündür. Windows 7 əməliyyat sistemində USB kameranın serverə göndərilməsini sınaqdan keçirdim və sınaq uğurlu alındı. Server kimi Hyper-V üzərində qurulmuş Windows Server 2012 R2 üzərində RDS istifadə etdim.

İndi isə Windows 7 SP1 üzərində RemoteFX USB redirection aktivləşdirilməsinə baxaq.

İlkin olaraq gpedit.msc-yə daxil olaraq aşağıdakı ardıcıllığı izləyirik.

Computer Configuration > Administrative Templates > Windows Components > Remote Desktop Services Remote Desktop Connection Client RemoteFX USB Device Redirection bölməsində Allow RDP redirection of other supported RemoteFX USB devices from this computer seçimini Enable edirik. RemoteFX USB Redirection Access Rights bölməsindən Administrators only seçimi ilə yalnız Administrators qrupuna üzv olanlara, Administrators and Users seçimi ilə həm administrators, həm də users qrupuna üzv olan istifadəçilər üçün bu imkan aktivləşdirilir. OK tıkladıqdan sonra gpupdate /force əmrini işlədərək policyni yeniləmək lazımdır. Əməliyyat sistemi yenidən başlatdıqdan (Restart) sonra RemoteFX USB Redirection funksionallığından istifadə edə bilərik.

rsz_remotefx-1

Sistem yenidən işə düşdükdən sonra Remote Desktop Connectionda Local resources bölməsindən More düyməsini tıkladıqda artıq aşağıdakı formada əks olunacaq.

RemoteFX-2

Bu bölmədən seçim edərək serverə göndərmək istədiyimiz qurğunu seçə bilərik.

Faydalı olması ümidilə …

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 1 )

  1. Əla mövzudur.  Ugurlar. Yazılarınızın ardını izləyəcəm.

Şərh yazın