NANO Server
Salamlar hərkəsə bu məqaləmdə Windows Server 2016 ilə birlikdə gələcək yeniliklərdən biri olan Nano Server haqqında məlumat verməyə çalışacağam. Nano Server Windows Server 2016 ilə birlikdə gələn bir qurulum seçimidir, necə ki core və server gui kimi. Bildiyimiz kimi server core windows server-in daha kiçildilmiş, müəyyən işlər üçün limitli role və feature-lara dəstək verən bir installation seçimi idi, lakin nano server isə core versiyanın daha da kiçildilmiş və tamamilə minimum hala gətirilmiş bir versiyası kimi başa düşülə bilər. Server Core-u biz GUI versiyaya keçirə bilirik və eyni zamanda üzərində powershell cmd istifadə edərək idarə edə bilirdik, lakin nano server-də bu mümkün deyil, eyni zamanda 32 bit dəstəyi yoxdur, local və remote log on olmaq mümkün deyil , tamamilə uzaqdan idarə üçün nəzərdə turtub, sadəcə powershell və ya da WMI ilə, eyni zamanda Web Based Management üzərində də iş gedir:
Dəstəklənən role və feature binary-ləri digər core və gui shell versiyalarda olduğu kimi sistem içərisində turulmur. Ehtiyac olduğu halda standalone paketlər şəklində yüklənə bilir. Dəstəklənməyən role və feature-ları isə qurmaq şansımız yoxdur. Həmin paketlər aşağıdakılardır:
Microsoft-NanoServer-Compute-Package – Hyper-V
Microsoft-NanoServer-Containers-Package – container-lər üçün dəstək
Microsoft-NanoServer-DCB-Package -Data Center Bridging
Microsoft-NanoServer-Defender-Package – Windwos Defender
Microsoft-NanoServer-DNS-Package – DNS
Microsoft-NanoServer-DSC-Package – Desired State Configuration (DSC)
Microsoft-NanoServer-FailoverCluster-Package – Clustering
Microsoft-NanoServer-Guest-Package – virtual olaraq qurulacaqsa lazimi paketdir
Microsoft-NanoServer-IIS-Package – Internet Information Server (IIS)
Microsoft-NanoServer-NPDS-Package – Network Performance Diagnostics Service (NPDS)
Microsoft-NanoServer-OEM-Drivers-Package – fiziki olaraq qurulacaqsa lazımi paketdir
Microsoft-NanoServer-Storage-Package – File Server və digər role-lar
Microsoft-OneCore-ReverseForwarders-Package – bəzi application-larla uyğunluq üçündür məs. Ruby, Node.js ve s.
Microsoft-Windows-Server-SCVMM-Compute-Package , Microsoft-Windows-Server-SCVMM-Package – System Center Virtual Machine Manager agent
Server Core disk həcmi qurulum zamanı 4.84 GB olurkən Nano server-də bu rəqəm 300MB civarında, daha ətraflı olaraq aşağıdakı diaqramda görmək mümkündür:
Eyni zamanda server nano aşağıdakı 3 ssenari üçün istifadəyə görə dizayn edilib:
-Born in-the cloud applications- bulud üçün mövcud bir sıra application-lar eyni zamanda C#, python, java və s. programlaşdırma dillərini də Nano server dəstəkləyəcək.
-Containers- Server 2016 ilə gələn yeniliklərdən biri olan container quruluşu, virtuallaşdırılma ilə bir necə application-u bir-birindən bağımsız fərqli virtual maşınlar üzərində yox eyni sistem üzərində containerlar yaradaraq bir-birindən izolə edərək çalışdırmağı hədəfləyir.
-Microsoft Cloud Platform Infrastructure – Hyper-v cluster , Scale -Out File Server .
İndi isə keçək nano server-in qurulumuna ,ilk öncə onu qeyd edim ki, Nano server hal-hazırda mövcud olan Windows Server 2016 TP4 ( Technical Preview) -ün qurulum seçimləri arasında yer almır, bunu üçün bütün qrulum addımlarını manual olaraq yerinə yetirəcəyik. Burada mən Nano Server-i Hyper-V server üzərinə guest olaraq quracağam. İlk olaraq qurulum diski içərisindəki NanoServer adındakı qovluğu əlçatan bir yerə kopyalıyırıq, daha sonra powershell-i açaraq aşağıdakı əmri icra edirik:
Set-ExecutionPolicy Unrestricted
daha sonra qovluq daxilindəki NanoServerImageGenerator.psm1 powershell modulunu import edərək davam edirik:
Import-Module .\NanoServerImageGenerator.psm1 -verbose
Gördüyümüz kimi module ilə birlikdə bir neçə funksiya import olundu və biz bu funksiyalardan istifadə edərək qovluq daxilindəki NanoServer.wim faylını Hyper-V server-imiz üçün NanoServer.vhdx formatına convert edəcəyik ,daha sonra Hyper-V server-imiz üzərində yeni bir virtual maşın yaradaraq HDD olaraq bu .vhdx olaraq bu .vhdx faylımızı istifadə edəcəyik. Aşağıdakı əmrlə NanoServer.wim faylı Nano.vhdx fayla convert edirik:
NewNanoServerImage -MediaPath D:\ -BasePath .\Base -TargetPath C:\NanoServer\Nano.vhdx -ComputerName nano1 -GuestDrivers
-MediaPath -məmin istifadə etdiyim disk
-BasePath –wim file daxilindən çıxarılıb kopyalanacaq faylların eyni zamanda müəyyən role və ya feature-lərin saxlanılacağı yer
-TargetPath –.vhdx faylı yaratmaq istədiyimiz ünvan
-ComputerName -NanoServer-in adı
-GuestDrivers -Hyper-V server-ə guest olaraq qurulduğu üçün yüklənməsi gərəkən paket
əmri işə saldıqda Administrator parol istəyəcək( nano1 üçün), onu daxil edib enter-lə davam edirik:
proses müvəffəqiyyətlə başa çatdı:
Gördüyümüz kimi Nano.vhdx faylımız artıq hazırdır:
indi isə Hyper-V server üzərində yeni bir virtual maşın yaradaraq bu .vhdx faylı hard disk kimi əlavə edək:
.vhdx olaraq hazırladığımız üçün Generation 2– ni seçərək davam edirik:
.vhdx faylımızı seçərək davam edirik:
daha sonra hazırlanma tamamlandıqdan sonra virtual maşınımızı start edirik:
gördüyümüz kimi virtual maşınımız müvəffəqiyyətlə start olundu :
istifadəçi adı və parolu daxil etdikdən sonra aşağıdakı Nano Server Recovery Console-u görürük, bu console uzaqdan idarə mümkün olmadığı hallarda , müəyyən şəbəkə problemlərində bəzi primitiv əməliyyatları icrə etmək üçündür, şəbəkəmdə bir ədəd DC və Hyper-V server var və DC üzərində DHCP server mövcuddur, aşağıdakı ip həmin dhcp-yə məxsusdur.
networking bölməsinə daxil olduğumuz zaman , mövcud adapter-lər, uyğun adapter-i seçdiyimizdə isə parametrləri görə bilərik:
firewall bölümünə daxil olduğumuzda aşağıdakı rule-ları görə bilərik, istədiyimiz rule-u seçib enable ya da disable edə bilərik:
indi isə DC üzərindən powershell vasitəsilə Nano Server-ə qoşulaq, bunun üçün ilk olaraq nano server-i trustedhosts siyahıya əlavə etməliyik,bunun üçün aşağıdakı əmrdən istifadə edirik:
Set-Item WSMan:\localhost\Client\TrustedHost 192.168.0.100
indi isə Nano Server-imizə qoşulaq
Enter-PSSession -ComputerName 192.168.0.100 -Credential 192.168.0.100\Administrator
Nano Server-ə müvəffəqiyyətlə qoşulduq indi server-imizi domen-ə daxil edək, ilk öncə DC üzərində aşağıdakı əmri daxil edərək offline domain join üçün dj.txt adlı bir file generate edirik:
djoin.exe /provision /domain technet.az /machine nano1 /savefie c:\dj.txt
daha sonra Nano Server-imizin C diskini DC-imizə drive olaraq map edirik:
net use z: \\192.168.0.100\c$
aşağıdakı kimi xəta alarsaq nano server üzərində aşağıdakı rule-ları enable etdikdən sonra yenidən yoxlasaq müvəffəqiyyət alarıq:
həmin faylı nano server-imizə kopyalayırıq:
daha sonra nano server-imizdə aşağıdakı əmri icra edərək server-imizi domen-ə daxil edək:
djoin /requestodj /loadfile c:\dj.txt /windowspath c:\windows /localos
Bu məqaləmi də burda yekunlaşdırıram yararlı olması diləyilə…