AdventureWorks2014, Northwind və pubs tədris bazalarının qurulması

Salam Dostlar.

Məqalələrin birində Microsoft SQL Server 2014 Express versiyasını quraşdırdıq. Bugünkü məqalədə ən çox verilən suallardan birinə cavab verməyə çalışacağam. Transact-SQL dilini öyrənmək üçün hansı bazalardan istifadə etməliyik?

Qeyd etmək lazımdır ki, T-SQL öyrənmək üçün bu dildə tərtib edilmiş istənilən baza istifadə etmək olar. Lakin hazır tədris bazaları da mövcuddur və onları asan şəkildə endirib quraşdıra bilərik. Cəmi üç nümunə bazası mövcuddur: pubs, Northwind və AdventureWorks2014.

 Nəyə görə üç baza? Hər bir bazanın ayrı-ayrı təyinatı var və əsl proqramçı eyni zamanda bir neçə baza ilə işləməyi bacarmalıdır. T-SQL ilk yarananda bütün rəsmi ədəbiyyatda on il ərzində pubs bazasından istifadə olundu – bu baza kitab nəşriyyatı şərti şirkətinin bazasıdır. SQL Server 2000 versiyası çıxandan sonra yeni Northwind bazası istifadə edilməyə başlandı. Bu baza şərti satış şirkətinin bazasıdır. Daha sonra T-SQL dilinin yaradıcıları hesab etdilər ki, bu bazalar SQL Serverin yeni imkanlarını izah etmək üçün kifayət etmir və SQL Server 2005 versiyasından başlayaraq bütün rəsmi ədəbiyyatda  AdventureWorks bazasından istifadə etməyə başladılar. Və bu günə kimi əksər rəsmi SQL dərsliklərində və kitablarında bu bazadan istifadə olunur. AdwantureWorks2014 OLTP tipli bazadır.  Transact-SQL üzrə 70-461 saylı rəsmi Microsoft imtahanı mövcuddur. Bu imtahanın əksər sualları AdventureWorks2014 bazası üzərində qurulub, buna görə də bu bazanı bilmək və üzərində T-SQL dilini öyrənmək olduqca vacibdir. PubsNorthwind bazaları da tez-tez istifadə olunur. Onların üstünlüyü daha asan və sadə bazalar olmasıdır.

Bu bazaları göstərilən rəsmi saytlardan yükləyə bilərsiniz. AdventureWorks2014 bu keçiddən:

http://msftdbprodsamples.codeplex.com/releases

Siyahıda çoxlu fayl görürük.

Bizə lazım olan fayl   Adventure Works 2014 Full Database Backup.zip  faylıdır.

Onu yükləyirik. Yüklədiyimiz  fayl zip arxividir. Onu bir qovluğa boşaldırıq.

SQL Server 2014 Management Studio işə salırıq. Object Explorer hissəsində Databases üzərində sağ düyməni sıxırıq və Restore Database menyusuna keçirik. Açılan pəncərədə Device seçirik və siyahıdan zip arxivini boşaltığımız qovluğu tapırıq. Açılan yeni pəncərədə faylın adı düzdürsə OK düyməsini sıxırıq:

restore

Yeni açılan pəncərədə hər şeyi olduğu kimi saxlayırıq və OK düyməsini sıxırıq.

restore2

Beləliklə, AdventureWorks2014 bazası hazırdır.

Pubs və Northwind bazalarını göstərilən keçiddən yükləyə bilərsiniz.

https://www.microsoft.com/en-us/download/details.aspx?id=23654

Açılan saytda Download menyusunu seçirik:

Pubs

Yüklədiyimiz SQL2000SampleDb.msi  faylını işə salırıq. Daha sonra C:\SQL Server 2000 Sample Databases\ qovluğuna keçirik.

Quraşdırma scriptlərini işə salaq. Pubs bazası üçün instpubs.sql faylını açmalıyıq. Uzun bir kod açılır. İşə salmaq üçün “Management Studio”da Execute düyməsini sıxırıq.

Səhv barədə mesaj görürük:

Pubs_eror

Bu səhvi həll etməyə çalışaq. Məsələ burasındadır ki, SQL Server 2012 versiyasından başlayaraq sp_dboption proseduru daha istifadə olunmur. Pubs bazası üçün nəzərdə tutulan skript isə daha əvvəlki SQL versiyasında yazılmışdır. Aldığımız nəticədə sp_dboption seçirik və Copy edirik. Klaviaturda Ctrl + F duymələrini seçirik. Açılan pəncərəyə Paste edirik və daha sonra Find Next sıxırıq:

Pubs2

Tapılan sətirin əvvəlinə iki xətt əlavə edirik və beləliklə də kodun bu hissəsini koment edirik:

Pubs3

Və sonda “Management Studio”da Execute düyməsini sıxıraq sorğunu icra edirik. Beləliklə sorğu uğurla nəticələnir.

Eyniylə Northwind bazasında yuxarıdakıları edirik. Sadəcə olaraq bu zaman C:\SQL Server 2000 Sample Databases\ qovuğundakı instnwnd.sql faylını işə salırıq:

 Northwind1

Object Explorer hissəsində Databases üzərində sağ düyməni sıxıraq Refresh edirik və Bütün bazalarımızı görürük:

databases1

Gördüyünüz kimi çox asan şəkildə ən çox istifadə olunan üç tədris bazasını qurduq.

Beləliklə, bugünkü məqalənin də sonuna gəlib çatdıq. SQL Server 2014 və Managemant Studio üzərində Transact-SQL dilini öyrənmək üçün tədris bazalarını quraşdırdıq.

Növbəti məqalələrdə görüşənədək.

Diqqətinizə görə təşəkkür edirəm.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Rauf Khalafov

Şərh yazın