Cisco Packet Tracerdə sadə lokal şəbəkənin qurulması

Bu gün biz iki kompüter arasında sadə şəbəkəni quracağıq və yoxlayacağıq.

Cisco Packet Tracer bir simulyator proqramıdır. Lan şəbəkələrin qurulması və test edilməsi, switch və routerlərin sazlanmasını, necə işləyəcəyi, hansı problemlərin çıxacağını bu proqramın köməyilə bilmək olar. Həmçini çətin şəbəkə sxemlərinin yaradılmasına kömək edir. Proqramı bu saytdan yükləmək olar.

skill-admin.blogspot.ru

  1. Proqramı yüklədikdən sonra işə başlaya bilərik. Proqramı açırıq. Aşağı hissədən End Devices bölməsindən Generic seçirik.image1
  2. Gətirib birinci kompüteri ekrana qoyuruq.Sonra Generici yenə seçib ikinci kompüteri ekrana qoyuruq.Belə bir vəziyyət alınmalıdır.pc-pt-pc2
  3. Bu kompüterləri əlaqələndirmək üçün aşaqı hissədən Connections bölməsindən Copper-Cross-Over kabelini seçirik.Seçdikdən sonra birinci kompüterin üstünə gəlib basıb Fast Ethernet 0 və ikinci kompüterin üstünə gəlib Fast Ethernet 0 seçib qurtarırıq.Burda belə alınmalıdır
    image4
  4. image5
  5. image6
  6. image7

  7. Beləliklə biz sxemanı qurduq.İndi isə bu iki kompüterə İP ünvan verməliyik.Bun
  8. un üçün birinci kompüterin üstünə iki dəfə vurub Desktop bölməsinə keçirik və ordan İP configuration seçirik.image8
  9. Bu birinci kompüter üçün İP ünvan veririk.İstədiyimiz İP ünvan verə bilərik.Belə bir görüntü alınacaq.

    image9

  10. İkinci kompüterdədə həmin bölmələrə girib.Yenə İP ünvan veririk.image10
  11. İndi isə ikinci və ya birinci kompüterdə Command Prompt seçirik.image11

     

  12. Açılan pəncərədə ping komandasini və İP ünvani yazib Enter düyməsini vururuq.Şəkildəki kimi alındısa deməli hər şey düzdür

    image12

    Beləliklə biz iki kompüter arasinda lokal şəbəkənin olduqunu yoxladıq.Diqqətinizə görə təşəkkürlər.

     

    Şəkillərdən google vikipediyasindan götürmüşəm.

 

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Məmmədov Sabir

Şərh yazın