NIC Teaming

       NIC Teaming bir neçə fiziki şəbəkə kartının bir virtual şəbəkə adı altında birləşmsini təmin edir. Windos Server 2012 –də NIC Teaming maksimum 32 fiziki şəbəkə kart –ını bir virtual şəbəkə kartı kimi (team) birləşdirə bilir. NIC Teaming özlüyündə iki əsas funksiyanı daşıyır:

  1. Teaming mode – iki halı mövcutdur:

a.   Switch Independent –  şəbəkə avadanlığından (switch) asılı olmayan rejimdir. Susmaya görə seçilir. Şəbəkə kartlərı hər biri fərqli switch-lərə və ya eyni switch -ə qoşulmuş olur. Heç bir switch –də əlavə iş görməyə, tənzimləməyə  ehtiyac yoxdur. Bu rejimin qurulmasının əsas səbəbi şəbəkə kartlərının hər hasısa birinin işinin dayanmasında yaranacaq problemi həll etməkdir. Bu rejim həm şəbəkə kartı səviyyəsində həm də, switch səviyyəsində yüksək əlçatanlığı təmin edir(əgər fərqli switch –lərə qoşulma aparılıbsa).

b. Switch Dependent – switch asılı rejim. Adından da göründüyü kimi bütün şəbəkə kartlərı bir switch üzərində olur və switch səviyyəsində yüksək əlçatanlılıq təmin olunmur. Bu halda switch –də ya static tənzimləmələr aparılmalıdı (Rejimin üstünlüyü ondan ibarətdir ki, gələn trafic load balance olunur), ya da ki, Link Aggregation Control Protocol (LACP) protocol – nu istifadə etmək lazımdır.

 2. Load Balancing mode – network traffic – i şəbəkə kartları arasında paylanma metodikasını təyin edir. Load Balancing mode –da aşağıdakı kimi seçimləri var:

a. Hyper-V Port – bu rejim Serverdə Hyper-V rolunun yüklü olması zamanı istifadə edilir.  Bu halda Nic Teaming virtual şəbəkə kartını Hyper –V – lərdə istifadə etmək olur. Bu rejimin üstünlüyü gələn trafic – in idarə oluna bilməsidir. İnformasiya Hyper-V dən hansı şəbəkə kartı ilə ötürülürsə eyni şəbəkə kartıyla da qəbul olunur.  Çatışmazlığı isə iformasiya həcmində limitin olmasıdır.

b. Address Hash – informasiya göndərənin və qəbul edənin adreslərinə görə hash (ədəd) təyin olunur. Bu ədəd qrupdaki şəbəkə adepterlərindən birinə təhkim olunur. Butun eyni hash –li informasiya paketləri hash təhkim olunmuş kart vasitəsi ilə ötürülür. Əgər bütün istiqamətlərə eyni həcimli informasiya ötürülürsə bu zaman bu rejim çox faydalıdır. Lakin fərqli həcimli informasiya ötürülməsi zamani bərabər paylanma prinsipi pozulur. Belə ki, hash -ə görə təyin olunmuş kartla göndərildiyi üçün bütün trafic məhz o şəbəkə kartından ötürülür. Bu rejimin daha bir çatışmazlığı gələn trafic –in idarə oluna bilməməsidir. Hash –ın təyin edilməsi:

  • Göndərən və qəbul edənin MAC ünvanına görə.
  • Göndərən və qəbul edənin İP ünvanına görə.
  • Göndərən vəqəbul edənin TCP portuna və İP adreslərinə görə.

           c.Dynamic yalnız Windows Server 2012 R2 mövcutdur. Address HashHyper-V Port rejimlərinin birləşməsi kimi qəbul etmək olar. Gedən traffic Adress Hash rejimindəki kimi, gələn traffic isə Hyper-V Port rejimindəki kimi idarə olunur.

        Standby adapter – NİC Teamin –ə daxil olan şəbəkə kartlarının hər hansısa birini ehtiyyatda – passiv şəkildə qalmasını təmin edir. Aktiv şəbəkə kartlarından hər hansısa biri sıradan çıxdıqda Standby adapter aktiv hala kechir. Standby adapter olmadığı halda belə, şəbəkə kartlarından hər hansısa biri sıradan çıxsa NİC Teaming işini dayandırmır. Sadəcə olaraq trafiki digər şəbəkə kartları arasında bölür.

Susmaya görə (default) NİC Teaming disable halında olur:

1

Server –də bir səbkə kartı statik, digər iki səbəkə kartı isə DHCP –dən İP alır.  NİC Teaming üzərinə  TASK bölməsində  New Team seçimini edirik:

2

Teaming –i adlandırıb lazımı şəbəkə kartlarını seçib, Additional properties bölməsinə daxil oluruq:

3

Additional properties bölməsində həm Teaming mode həm də, Load Balancing mode istədyimiz rejimi seçə bilərik. Standbay adapter rezerv şəbəkə kartını təyin edə bilərik. Mən heç bir dəyişiklik etmədən OK  düyməsini sıxıram. İlk öncə şəbəkə kartları gözləmə rejiminə düşür:

4

Bir müddətdən sonra isə artıq şəbəkə kartları təyin olunmuş rejimə keçirlər:

5

Men NIC Teaming adpterinə static  İP verdiyim şəbəkə kartının İP –sini verəcəm:

6

Bu nəticəni Powershell –də  bir neçə komandanın köməyi ilə əldə etmək olar:

New-NetLbfoTeam -Name TECHNET -TeamMembers LAN,ethernet1,ethernet2 -TeamingMode SwitchIndependent -LoadBalancingAlgorithm Dynamic

8

Yes deyirik:

9

NİC Teaming –miz hazırdı. İndi isə İP, DNS ünvan və Default Getway – i təyin edək:

New-NetIPAddress -InterfaceAlias TECHNET -IPAddress 192.168.10.20 -PrefixLength 24 -DefaultGateway 192.168.10.1

11

Set-DnsClientServerAddress -InterfaceAlias TECHNET -ServerAddresses 192.168.10.10

12

Bu qədər asan 🙂

               NİC Teaming işləyib işləmədyini bilmək üçün NİC Teaming şəbəkə kartının İP –nə  -t ping komandasını vermək və team -ə daxil olan şəbəkə kartlarını növbəylə söndürmək lazımdır. Əgər time out olmayacaqsa demək ki, hər şey qaydasındadır:

7

NİC Teaming haqqında digər  məqaləni də  http://www.technet.az/2013/04/30/server-2012-nic-teaming/ oxuya bilərsiniz.

Faydalı olması ümidiylə

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Cavid Salmanov

Şərhlər ( 2 )

  1. Ətraflı izah üçün çox sağol Cavid. Gələcək Sizinidir.

    Uğurlar

  2. Siz sağ olun ki, belə bir ənənə yaratmısız. Bu yolda balaca bir rolumuzun olması bizi şərəfləndirir.

Şərh yazın