ASM və Multipath istifadəsində yaranan problem

ASM və Multipath kombinasiyasinını istifadə etdikdə dayanaqlıq problemi ilə qarşılaşdıq.

Problem ondan ibarət idi ki, disk massivinin kontrollerlərinin biri dayanıdırdısa, bu halda RAC nodları avtomatik olaraq restart-a gedirdi, cünki ASM diskləri ilə əlaqəni itirirdi, amma multipath normal işləyirdi, yəni disklər əməliyyat sistemində görünürdü. Bu problem baş vermə səbəbi ASM –in bir diski bir neçə yolla(path) görməsi idi və bu halda ASM normal işləyə bilmirdi.

Problemin həlli:

ASMLib parametrlərini dəyişdirilməsi, ASM restart və Cluster Restart

ASMLib parametrinə dəyişiklik etmək üçün cluster söndürmək lazımdır:

 
 cd /u01/app/grid/11.2.0.3/bin
 ./crsctl stop cluster –all
 

Bütün nodlar söndükdən sonra, aşağıdakı parametrləri əlavə edirik:

ORACLEASM_SCANORDER

ORACLEASM_SCANEXCLUDE

 ORACLEASM_SCANORDER – ASM hansı disklıri ilk öncı aşkar edecək SCAN edərkən

ORACLEASM_SCANEXCLUDE – ASM hansı diskləri istifadə etməyacək

/etc/sysconfig/oracleasm faylını bütün RAC  nodlarda dəyişiklik edirik:

ORACLEASM_SCANORDER=”mpathb mpathc mpathd”

(disklərin adları fərqli ola bilər, adlara baxmaq üçün multipath –ll komandası istifadə edə bilərsiz.)

ORACLEASM_SCANEXCLUDE=”sd” (sd* disklərini ASM scandan çıxarırıq)

Bu dəyişiklərdən sonra ASM kitabxanasına restart vermək lazımdır:

 
 /etc/init.d/oracleasm restart 

Və sonda cluster-i yenidən qaldırırıq:

 
 cd /u01/app/grid/11.2.0.3/bin
 ./crsctl start cluster –all
 
Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Rzayev

Şərhlər ( 1 )

  1. Kənan bəy məqalə üçün təşəkkürlər. Oracle tərəfədəki boşluğu doldurusunuz.

Şərh yazın