Microsoft Failover Clustering 3-cü hissə (Hyper-V Clustering, Live Migration).

Salamlar hərkəsə bu məqaləmdə, keçən məqələlərimdə mövcud qurduğumuz cluster üzərində virtual maşın yaradaraq Live MigrationFailover məsələlərinə toxunacağam. İlk öncə cluster üzərində bir ədəd virtual maşın yaradacağıq və node-lar arasında migration edəcəyik, daha sonra isə olası bir fail zamanı cluster-in davranışına baxacağıq. Mənim daha əvvəlki məqalələrdə də istifadə etdiyim cluster-im üzərində sadəcə şəbəkə kartlarında dəyişiklik etmişəm , live migration üçün ayrıca bir şəbəkə kartı əlavə etmişəm. Cluster çalışdığı zaman bunu etmək üçün ilk öncə node-lardan birini pause etməliyik daha sonra cluster servisini saxlayaraq cluster-dan evict edib üzərində uyğun dəyişiklikləri aparırıq yenidən cluster-a daxil etməliyik daha sonra eyni prosesi digər node üçün də təkrarlamalı və həmin node-u da cluster-a daxil etdikdən sora cluster konfiqurasiyasını doğrulama əməliyyatını icra etməliyik. Beləliklə mənim cluster-imdə 4 şəbəkəm var;

cluster

 

Eyni zamanda mən burda Hyper-V node-lar üzərində bir external switch yaratmışam, hansı ki mənim yaradacağım virtual maşın bu switch-ə qoşulacaq, burda diqqət ediləsi bir məqam ondan ibarətdir ki, əgər bu virtual maşın high availability  mode-da fəaliyyət göstərəcəyi üçün, əvvəlki node-da external switch-lə clientlər üçün xidmət verirsə, olası bir fail sırasında digər node üzərindən qalxarsa həmin adda switch axtarar, buna görə də hər iki node üzərində switch-lərin adı eyni olmalıdır. Biz cluster üzərində yeni virtual maşın yarada və ya node-lar üzərində mövcud virtual maşınları high availability mode-a ala bilərik, bunun üçün Configure Role deyərək Virtual Machine seçərək uyğun virtual maşınları high availability mode -da  tənzimləyə bilərsiniz. Virtual maşının high avaibility mode-da çalışması üçün virtual disk və  confiqurasiya faylları CSV (cluster shared volumes) üzərində olmalıdır. Bunu əvvəlcədən , yəni virtual maşını yaratmadan , ya da mövcud virtual maşını shared storage üzərində daşıya bilərik. İlk öncə daha  asan olması üçün node-larımız üzərində Hyper-V -nin tənzimləmələrində yaradılacaq virtual maşınlar üçün virtual disk və konfiqurasiyaların saxlanacağı yerləri CSV üzərində təyin edirik:

10 14

bunu hər iki node üçün də etdikdən sonra keçək virtual maşının yaradılmasına:

1

burada hansı node üzərində virtual maşın yaradacağımızı müəyyən edirik:

2

sonrakı mərhələ üçün cluster-i manage -etdiyimiz server üzərində aşağıdakı  işarələnmiş features-lər yüklü olmalıdır:

3

New virtual machine dediyimiz zaman Hyper-V dən tanıdığımız wizard ilə qarşılaşırıq:

4

gördüyümüz kimi location bölməsində CSV üzərindəki bir qovluq göstərilib:

5

6

7

bu hissədə isə virtual maşınımızın mənim daha əvvəldən yaratdığım external switch-dən xidmət verməsini təmin edirik:

8

bu hissədə də gördüyümz kimi virtual diskimiz CSV üzırində yerləşəcək:

9

11

finish deyərək virtual maşınımızı yaratmış oluruq, bu zaman avtomatik olaraq virtual maşınımız high available olaraq tənzimlənəcəkdir:

12

13

15

gördüyümüz kimi virtual maşınımız yaradıldı, işarəli hissələrdə  virtual maşınımızın disk və konfiqurasiyasının yerləşdiyi diski və əlçatanlığı barədə məulmat ala bilərik:

17

virtual maşınımızı işə salaraq  xidmət verəcək bir hala gətirdikdən sonra keçək Live Migration-la bağlı tənzimləmələrə, network bölməsində Live Migration Settings -ə daxil oluruq:

24

 

Live Migration-unun həyata keçiriləcəyi şəbəkəni müəyyən edirik, həmçinin bir neçə şəbəkəni də seçə bilərik və həm də hansının ilk olaraq daha üstün tutulan olduğunu müəyyən edə bilərik:

 

25

Node-lar üzərində isə Hyper-V tənzimləmələrində Live Migration aktiv olmalıdır:

23

 

Beləliklə virtual maşınımız cluster daxilində public olaraq müəyyən etdiyimiz şəbəkədən xidmət verməkdədir:

26

27

Virtual maşın üzərində sağ düyməni vurub move dediyimiz zaman 3 seçimimiz olacaqdır:

1-Live Migration – işlək vəziyyətdə olan node üzərindəki virtual maşının digər node üzərinə köcürülməsi.

2-Quick Migration- qısa bir xidmət kəsintisi ilə virtual maşının digər node üzərinə daşınması, hər hanı bir node-un fail olması zamanı virtual maşın bu yolla digər node üzərindən start olur.

3-Virtual Machine Storage- virtual maşının hər hansı digər bir shared storage üzərinə online olaraq daşınması.

Live Quick Migration seçimləri ilə birlikdə iki seçimimiz var Best Possible NodeSelect Node , yəni ən mümükün olan node və ya bizim seçdiyimiz node:

28

 

indi isə Live Quick Migration-u test edək, ilk öncə VM1 üzərində sağ düymə ilə move daha sonra  Live Migration>Best Possible Node deyək, gördüyümüz kimi migration başlandı:

Capture

gördüyümüz kimi qısa bir müddət ərzində virtual maşınımız hv-node2 üzərində daşındı:

30

daşınma zamanı baş verən bu qısa time out  hiss olunmur:

29

 

indi isə VM1 üzərində sağ düymə ilə Move >Quick Migration> Best Possible Node deyək, bu zaman gördüyümüz kimi VM1-in indiki vəziyyəti saxlanaraq pause olunur:

 

32

daha sonra isə digər node üzərindən start olunaraq xidmətə qaytarılır:

33

və çox qısa bir xidmət kəsintisi ilə:

31

İndi isə hər VM1-in üzərində olduğu node-un fail olması zamanı baş verəcəklərə baxaq, mən hv-node1 force olaraq shutdown edəcəyəm. gördüyümüz kimi VM1 maşınım hv-node1 üzərindədir, indi hv-node1-i force shutdown edək:41

hv-node1 fail olan zaman VM1 maşınımız müəyyən bir downtime ilə digər hv-node2 üzərindən ayağa qalxacaqdır, əgər biz force yox adi qaydada shutdown etmiş olsaq o zaman ilk olaraq VM1 maşınımız hv-node2 üzərinə daşınacaq və node-daha sonra down olacaqdır:

40

gördüyümüz kimi atrıq VM1 maşınımız hv-node2 üzərindədir:

42

39

biz eyni zamanda fail olmuş node-umuz yenidən ayağa qalxıb cluster-a join olduqda  VM1-i yenidən üzərinə almasını istəyə bilərik ki bu Failback adlanır, eyni zamanda cluster servisinin VM1-də olası hər hansı bir fail zamanı cluster role-umuzu (bu nümunədə VM1) yenidən başlatmasını da müəyyən edə bilərik ki, bu da Failover adlanır, VM1-in properties-inə daxil olduğumuz zaman :

43

aşağıdakı pəncərə ilə qarşılaşırıq, burda ilk olaraq Preffered Owner, yəni üstün tutulan sahib -virtual maşınımızın daha çox üstün tutulan sahib node kimi başa düşə bilərik, yəni Failback sırasında bu node virtual  maşını öz üzərinə alacaq. Eyni zamanda bir neçə node-u seçib priority müəyyən edə bilərik:

44

burada ilk olaraq cluster servisinin müəyyən zaman aralığında maksimum neçə fail-dən sonra Cluster Role-unu  yenidən başladacağını və  fail olan node-un yenidən join olması ilə, ya həmin anda ,ya da müəyyən zaman intervalında virtual maşını öz üzərinə almasını müəyyən edirik:

45

 

Microsoft Failover Clustering məqaləmin 3-cü hissəsini burda bitirirəm, yararlı olması diləyilə…

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Ramil Məmmədov

Şərh yazın