Exceldə boş xanaları nəzərə almadan xanadakı məlumatları köçürmək

Salam, hörmətli oxucular,

Əvvəlki yazımda Paste Special menyusu haqqında məlumat vermişdim. Bu yazımda isə o mövzunun davamı olaraq Skip Blanksın mahiyyəti haqqında yazmaq istəyirəm.

Exceldə bəzən bir siyahının yoxlanılması zamanı sizin tərəfinizdən müəyyən edilən dəyərlərin yoxlanılan sütunun qarşısına yazılması və Rəhbərliyin qərarından sonra isə uyğun olan yoxlama nəticələrinin əvvəlki sütunda revizə edilməsi zərurəti yaranır. Bu hallar üçün Exceldə paste special: skip blanks menysundan istifadə etməklə işlərinizi daha da asanlaşdıra bilərsiniz.

Fərz edək ki, məhsul adları və onların qalıq adları verilib və audit nəticələri də uyğun gösəticinin qarşısına yazılmışdır.

g1

Növbəti mərhələdə biz istəyirik ki, Audit nəticəsi sütununda rəqəmlər qeyd edilənləri qalıq məbləğinə yazaq, boş olanları isə əvvəlki kimi saxlayaq.

Audit nəticəsi sütununu (C2;C9) copy edib B2 xanasının üzərinə gələk. Home – Paste – Paste Special buttonuna tiklayaq. (qısayolu ctrl+alt+v)

g2

Skip blanks seçimini edək və ok düyməsini tiklayaq

g3

Aşağıdakı şəkildə göründüyü kimi Audit nəticəsini Qalıq məbləğində revizə edilmiş oldu.

g4

Qeyd: Şəkillər Excel 2013 proqramından götürülmüşdür. Digər versiyalarda fərqlər ola bilər, amma mahiyyət etibari ilə eynilik təşkil edir.

#BilikPaylashdiqcaArtar

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Nahid Nesirov

Şərh yazın