Oracle Enterprise Linux 6.7 və Oracle Database 12c Oracle Enterprise Linux üzərində quraşdırılması və sazlanması.
Oracle Enterprise Linux 6.7 və
Oracle Database 12c Oracle Enterprise Linux üzərində quraşdırılması və sazlanması.
Qeyd:
Bu məqalə mənim birinci məqaləmdir və bundan sonrakı məqalələrdə
Oracle Database 12c , Oracle Enterprise Linux 6.7 üzərində quraşdırılması, sazlanması haqda olacaq.
Oracle Linux quraşdırılmasını Virtual mühitdə edəcəyik. Bunun ücün Virtual Box və ya başqa virtual mühit təmin edən proqramlar istifadə etmək olar.
Oracle Soft yükləmək üçün https://edelivery.oracle.com/ link-dən istifadə edə bilərsiz. Yükləmək yetkisi üçün qeydiyyatdan keçmək lazımdır.
Minimal host parametrlər aşağıdakı siyahıya uyğun olmalıdır. Bu siyahını https://docs.oracle.com/ -dan əldə edə bilərsiz.
İstidafadə etdiyim Virtual host aşağıdakı göstəricilərə malikdir:
-
1×2 Processors (1 Socket 2 Core)
-
RAM = 5 GB
-
Hard Drive1=30 GB
-
Hard Drive2=20 GB
-
Hard Drive3=20 GB
Oracle Database ASM ilə quracağımız üçün əlavə olaraq 2 ədəd Hard Drive əlavə edirəm.
Bu diskləri Linux quraşdırıldıqdan sonra əlavə edəcəm ki Linux disk bölgüsü zamanı çaşqınlıq yaranmasın.
-
Hard Drive1 – Linux əməliyyat sistemi üçün.
-
Hard Drive2 – db_create_file_dest
-
Hard Drive3 – db_recovery_file_dest
Yüklədiyimiz ISO faylını birləşdirik virtual host CD ROM-na və host-u işə salırıq.
Aşağıda göstərilən səhifə açılır:
Oracle Enterprise Linux quraşdırımasına keçmək üçün Install or upgrade an existing system seçirik:
Media Diski(ləri) test etmək təklif olunur, biz virtual mühit-də işlədiyimiz üçün Skip seçirik:
Bu pəncərədə Next düyməsini sıxırıq:
Sistemin dil seçimi, İngilis dili ilkin dil kimi göstərilib, biz bunu dəyişmirik.
English – Next:
Disklərin tipi bizdə adi disk olduğu üçün Basic Storage seçib Next düyməsini sıxırıq.
Disklərdə olan məlumatı saxlayıb və ya saxlamamağı sistem bizdən soruşur. Biz sistemi yeni disklər üzərində qurduğumuz üçün Yes, discard any data seçirik:
Hostname və Configure Network bölmələrində hostname və şəbəkə parametrlərini (IP Address, Subnet,Gateway, DNS)qeyd edirik:
Connect automatically seçilməlidir, bu seçilməzsə şəbəkə kartını manual işə salmaq lazım olur.
Şəbəkə parametrləri qeyd olunduqdan sonra Apply – Next düymələrini sıxırıq.
Siyahıda və ya xəritədə yerləşdiyimiz yeri seçirik və System clock user UTC deaktiv edib Next düyməsini sıxırıq:
Linux əməliyyat sistemində root əsas user sayılır və sistemdə bütün yetkilərə sahibdir və buna görə də root-un şifrəsi asan olmamalıdır. Root şifrəsini qeyd etdikdən sonra Next düyməsini sıxırıq:
Bu pəncərədə bir neçə seçim var və məqsədimizə uyğun olaraq onlardan istifadə edirik.
-
Use All Space – bütun diskdən istifadə olunacaq( bu halda disk avtomatik olaraq bölünəcək)
-
Replace Existing Linux System(s) – ancaq Linux bölgülərini silinib dəyişdiriləcək, başqa bölgülər toxunulmaz qalacaq
-
Shrink Current System – Cari bölgüləri azaldıb boş yer düzəltmək üçün istifadə olunur.
-
Use Free Space – Bütün boş yerdən istifadə olunacaq
-
Create Custom Layout – Xüsusi bölgü yaratmaq üçün istifadə olunur
Biz Create Custom Layout bölgüləri özümüz yaradacağıq.
Disk bölgüsün aşağıdakı göstərilən kimi edirik.
Burada LVM Volume Group-dan istifadə olunub. İlk növbədə /boot sektorunu yaradırıq LVM-dən kənar. Bundan sonra /udev/sda diskində Volume Group yaradırıq və onun daxilində swap və qalan yeri isə /root veririk.
Bölgüdən sonra sistem bizə /dev/sda diskini bölgümüzə uyğun olaraq format təklif edir və biz Format sonra isə Next düymələrini sıxırıq.
Dəyişikləri Diskə yazmaq üçün Write Changes to disk düyməsini sıxırıq
Bu pəncərədə dəyişiklik etmədən Next düyməsini sıxırıq
Lazım olan paketləri yükləmək üçün “Database Server” seçirik və Next düyməsini sıxırıq.
Quraşdırılma başladı:
Paketlər yüklənir:
Sistem artıq yükləndi.Quraşdırmanı başa çatdırmaq üçün Reboot düyməsini klikləyirik.
Reboot bitdikdən sonra serverə daxil oluruq və IP addresi yoxlayırıq və əmin oluruq ki biz təyin etdiyimiz IP ilə normal işlək vəziyyətdədir.
Bundan sonra biz istənilən ssh client-lə serverə qoşula bilərik. Mən Putty istifadə edirəm, bu clienti
http://sourceforge.net/projects/putty-nd/ linkdən əldə edə bilərsiz.
Serverə SSH vasitəsi və 22 portdan qoşuluruq
Qoşulduqdan sonra ilk önce serveri update edirik.
Bunun üçün yum update –y əmrini yığırıq və Enter düyməsini sıxırıq.
-y parametri yes anlamına gəlir
Yum reposlarından update prosesinə başlanıldı
Update prosesi bitdi və yenilənmiş paketlər yüklənildi.
Oracle Database proqramını yükləmədən öncə Linux-da bəzi sazlamaları etmək lazımdır.
/etc/hosts faylında host-un ip adresini qeyd etmək lazımdır.
Vi Oracle Linux da text redaktorudu. Bununla bərabər nano və ya başqa redaktorlar da istifadə etmək olar.
Qeyd. Bu redaktorla işləmək üçün müəyyən məlumatınız olmalıdır
Bu linkdən vi haqda məlumat əldə edı bilərsiz http://www.yolinux.com/TUTORIALS/LinuxTutorialAdvanced_vi.html
Vi redaktoru ilə dəyişiklik edirik və nəticəni more /etc/hosts əmri ilə görə bilərsiz.
SELINUX parametrini disable təyin etmək lazımdır.
Bunun üçün selinux config faylının backup edirik.
# cp /etc/selinux/config /etc/selinux/config.bkp
# sed -i.gres “s/SELINUX=enforcing/SELINUX=disabled/g” /etc/selinux/config əmri ilə etc/selinux/config faylın daxilində disable edirik.
Firewall söndürmək lazımdır.Bunu service iptables stop əmri ilə yerinə yetiririk.
Sistemin start zamanı firewall-un işə düşməsinə qadağa qoyuruq
# chkconfig iptables off
Oracle verilənlər bazası Linux sistemində oracle istifadəçi altında işləyir. Buna görə də biz Linux –da oracle istifadəçi yaratmalıyıq və onun system parametrlərinə dəyişiklik etməliyik.
Aşağıda göstərilən fayllarda host və sistem parametrlərinə uyğun dəyişiklər olunmalıdır.
/etc/sysctl.conf
/etc/security/limits.conf
etc/pam.d/login
/etc/profile
Oracle 11 versiyadan başlayaraq bu iş administrtorlar üçün asanlaşdırılıb və yum reposunda hazır paket hazırlanıb. Onu tapmaq üçün #yum search oracle əmrini icra edirik və aşağıdakı nəticəni əldə edirik.
Bizə lazım olan paketlər bunlardır:
1. oracle-rdbms-server-11gR2-preinstall.x86_64 : Sets the system for Oracle single instance and Real Application Cluster install for Oracle Linux 6
2. oracle-rdbms-server-12cR1-preinstall.x86_64 : Sets the system for Oracle single instance and Real Application Cluster install for Oracle Linux 6
Biz Oracle 12c versiya istifadə etdiyimiz üçün biz oracle-rdbms-server-12cR1-preinstall.x86_64 paketini istifadə edəcəyik.Paketi quraşdırmaq üçün
# yum install oracle-rdbms-server-12cR1-preinstall.x86_64 –y əmrini yerinə yetiririk.
Artıq oracle istifadəçisi yaradıldı və sistem parametrləri sazlandı. Oracle istifadəçisinə şifrə təyin edirik.
Yeni şifrə təyin etmək üçün # passwd oracle əmrindən istifadə etmək lazımdır.
Yuxarıda qeyd etdiyimiz kimi, biz bazanı Oracle ASM diskləri üzərində qaldırdığımız üçün biz əlavə olaraq
oracleasm-support.x86_64 paketini də quraşdırmalıyıq.
Bunu # yum install oracleasm-support.x86_64 –y əmri ilə icra edirik və aşağıdakı nəticəni əldə edirik:
Host-un tərkibində biz 3 ədəd Hard Drive göstərmişdik yuxarıda, lakin birini əlavə etmişdik. Qalan 2 ədəd diskləridə əlavə edirik. Disklərin həcmi bazanın həcmindən asılıdır, biz test üçün 20 GB 2 Disk əlavə edirik.
Disklər əlavə olunduqdan sonra sistemə #reboot əmri ilə yenidən yükləyirik.
Sistemin qalxmağını gözləyirik…
Sistem qalxdıqdan sonra yeni əlavə etdiyimiz diskləri # fdisk –l əmri ilə sistemdə mövcudluğunu yoxlayırıq və əmin oluruq ki sistem yeni diskləri “görür”.
Yeni disklərdə fdisk utiliti vasitəsi ilə bölgü yaradırıq(partition). Bunun üçün #fdisk /dev/sdb və #fdisk /dev/sdc əmrlərini növbə ilə yerinə yetirik. Əmrləri yerinə yetirərkən seçimlər edirik şəkildə göstəridiyi kimi.Parametrlər: n – new, p – primary partition, 1 – partition number, w – write
Disklərdə bölgülər yaratdıqdan sonra yüklədiyimiz oracleasm utiliti vasitəsi ilə diskləri oracle üçün qeyd etməliyik, bunun üçün ilk növbədə oracleasm utilitini aşağıda göstərildiyi kimi sazlamalıyıq.
ASMLib driver-i yükləndikdən sonra yeni əlavə etdiyimiz diskləri oracleasm vasitəsi ilə qeyd edirik. Biz bir diski DATA – db_create_file_dest və FLASH – db_recovery_file_dest kimi qeyd edirik.
Oracle Software bu linkdən yükləyə bilərsiz:
http://www.oracle.com/technetwork/database/enterprise-edition/downloads/index.html
Soft yükləndikdən sonra onu bizim serverə köçürmək lazımdır. Bunu istənilən FTP clientlə etmək olar. Mən WinSCP istifadə edirəm, .zip fayllardan ancaq qeyd olunmuşlar istifadə oluncaq.Faylları /home/oracle/oraclesoft qovluğuna köçürülür.
Fayllar Linux serverə köçürüləndən sonra oracle istifadəçisinə keçirik və arxivləri #unzip ‘*.zip’ əmri ilə açırıq:
Oracle istifadəçisi altında .bash_profile faylında $ vi ~/.bash_profile əmri ilə dəyişiklik edirik:
.bash_profile faylında aşağıdakı parametrlər yazılmalıdır:
-
ORACLE_BASE
-
ORACLE_HOME
-
ORACLE_SID
-
ORACLE_UNQNAME
-
NLS_LANG
-
PATH
-
LD_LIBRARY_PATH
Bizim halda biz grid infrastruktur istifadə etdiyimiz üçün biz əlavə olaraq grid istifadəçisi və ya oracle istifadəçi altında .bash_profile faylında grid dəyişəni(alias) də yazmalıyıq.
/u01 qovluğu yaradıb oracle istifadəçisinə ona yetki vərməliyik.
# mkdir -p /u01
# chown -R oracle:oinstall /u01
# chmod -R 775 /u01
Bütün hazırlıqlar bitdikdən sonra grid infrastructur-un quraşdırılmasına başlayırıq.
İlk növbədə Xwindow üçün Xming proqramın yükləyib Windows(local) hosta quraşdırırıq.
Xming proqramın bu linkdən yükləyə bilərsiz: http://sourceforge.net/projects/xming/
Xwindow istifadə üçün, yəni Linux Serverdən qrafikanı Windows host-a dartmaq üçün Xming-in host0 faylında Linux serverin IP addresi qeyd olunmalıdır və Linux server-də export DISPLAY əmri ilə yönəldə bilərik. İkinci variant isə Putty SSH client –ilə birbaşa oracle istifadəçi ilə daxil olub qrafikanı çağıra bilərik. Bu halda Xwindow Putty tərəfindən avtomatik sazlanır.
Unzip zamanı /home/oracle/oraclesoft qovluğunda əlavə olaraq iki qovluq yaranır:
grid qovluğuna daxil olub cd grid/ , runInstaller skriptini grid mühitindən işə salırıq. Skripti işə salmadan öncə grid mühitinə keçmək lazımdır, çünki grid və database mühitlərində ORACLE_HOME fərqlidir.
Skript işə düşdükdən sonra Sizin local Windows hostunda Xming köməyi ilə quraşdırılma səhifəsi açılır:
-
1-ci seçim Cluster üçün nəzərdə tutulub
-
2-ci seçim Tək Server üçün nəzərdə tutulub(bizə lazım olan)
-
3-cü seçim Upgrade üçün nəzərdə tutulub
-
4-cü seçim Grid Software quraşdırmaq üçün nəzərdə tutulub.
2-ci seçimi edib Next düyməsini sıxırıq:
Dil seçimi: English ilk dil kimi göstərilib, Next düyməsini sıxırıq və aşağıdakı pəncərə açılır:
Burada biz dəyişikliklər etməliyik:
-
Redundancy dəyişib External etməliyik
-
Change Discovery Path.. dəyişməliyik. Burada /dev/sd* -> /dev/oracleasm/disks dəyişilməlidir və Ok düyməsi sıxılmalıdır:
Bundan sonra siyahıda biz qeyd(mark) etdiyimiz disklər görünür:
Disk group name DATA üçün biz siyahıdan /dev/oracleasm/disks/DATA diskini seçirik və Next düyməsini sıxırıq:
Grid SYS və ASMSNMP istifadəçiləri üçün şifrə təyin edirik və ya eyni şifrə hər iki istifadəçi üçün təyin edirik(2-ci seçim). Next düyməsini sıxırıq
Oracle Enterprise Manager-də register təklif edilir, seçim etmirik və Next düyməsini sıxırıq:
Grupları təyin edib , Next düyməsini sıxırıq:
Soft quraşdırılacağı yer soruşulur, bizdə düz təyin olunub, bash_profile faylında biz qeyd etmişik bunu.Next düyməsini sıxırıq:
Oracle invertory quraşdırılacağı yer müəyyən olunur, Next düyməsi sıxılır:
Bu səhifədə sazlama skriptlərini avtomatik root adından yerinə yetirmək təklif olunur, root istifadəçinin şifrəsi qeyd olunmalıdı, Next düyməsini sıxırıq:
Sistem qeyd olunan və host parametrlərini yoxladıqdan sonra və hər şey qaydasında olduğu halda bu səhifə açılır və burada Install düyməsini sıxırıq:
Quraşdırılma başlandı…
Sazlama skriptləri root istifadəçi adından icra etmək təklif olunur, Yes düyməsini sıxırıq:
Quraşdırılma bitdi, Close düyməsini sıxırıq.
Biz ASM –də quraşdırılma zamanı, bir qrup diskini sazladıq, ikinci disk qrupun sazlamaq üçün
asmca əmrini grid mühitində icra edirik və aşağıdakı pəncərə açılır:
Bu pəncərədə Create düyməsini sıxırıq və şəkildə göstərildiyi seçimləri edib , Ok düyməsini sıxırıq:
Siyahıda artıq hər iki disk qrupları görünür.
Exit düyməsini sıxıb pəncərəni bağlayırıq.
Grid Infrastruktur quraşdırılması başa çatdı, növbədə Database Software quraşdırılmasıdır. Bunun üçün database mühitindən database qovluğundan runInstaller skriptini icra etmək lazımdır:
Açılan pəncərədə Next düyməsini sıxırıq:
Email adres göstərmədiyimizi və təhlükəsizlik yenilənmələrin ala bilməyəcəmizi bildirilir.Yes düyməsini sıxırıq:
-
Create and configure a database – Baza yaratmaq və sazlamaq
-
Install database software only – yalnız proqram təminatın quraşdırmaq
-
Upgrade an existing database – Bazanı yeniləmək
Biz 2-ci bəndi seçirik, ilk növbədə proqram təminatın yükləyib bazanı sonra yaradıb və sazlayacağıq, Next düyməsini sıxırıq:
-
Single Instance database installation – Tək ekzemplyar verilənlər bazasınıq quraşdırılması
-
Oracle Real Application Clusters database installation – Real Application Cluster verilənlər bazasının quraşdırılması
-
Oracle RAC One Node database installation – RAC One Node verilənlər bazasının quraşdırılması
Biz birinci bəndi seçib, Next düyməsini sıxırıq:
Dil seçimi edirik, English, Next düyməsini sıxırıq:
Biz Enterprise Edition yüklədiyimiz üçün burada avtomatik seçilib, Next düyməsini sıxırıq:
Proqram təminatının quraşdırılacağı yer müəyyən olunur, bizim halda bash_profile faylında təyin olunub, Next düyməsini sıxırıq:
Əməliyyat sisteminin qrupları verilənlər bazasının yetki qruplarına təyin edilir, Next düyməsini sıxırıq:
Quraşdırıcı daxil edilən məlumatları və əməliyyat sisteminin parametrlərini yoxladıqdan sonra aşağıdakı pəncərini açır, burada biz Install düyməsinə klik edirik və verilənlər bazasının proqram təminatının quraşdırma prosesinə başlamış oluruq:
Quraşdırma prosesi gedir, quraşdırma log-larına baxmaq üçün Details düyməsinə sıxa bilərsiz :
Quraşdırmanı tamamlamaq üçün root istifadəçi adından daxil olub aşağıdakı skripti icra etmək lazımdır:
Skripti yerinə yetirdikdən sonra pəncərəda OK düyməsini sıxırıq və bununla da verilənlər bazasının proqram təminatının quraşdırılması başa çatır.
Növbəti addım, verilənlər bazasını yaratmaqdır. Bunun üçün dbca əmri istifadə edirik və açılan pəncərədə sazlanma aparırıq:
Açımış pəncərədə Create Database seçib Next düyməsini sıxırıq:
Bu pəncərədə Advanced Mode seçib Next düyməsini sıxırıq
Burada General Purpose or Transaction Processing template seçib Next düyməsini sıxırıq:
Bu pəncərədə verilənlər bazasının adınını və SID təyin edirik. Oracle 12c versiyasında yeni funksiyanallıqdan biri də Container Database opsiyasıdı. 12c versiyadan başlayaraq Container Database daxilində n saylı Pluggable database yaratmaq olar. Biz Container Database opsiyasını seçiriq, amma Pluggable Database yaratmırıq.
Burada Configure Enterprise Manager(EM) Database Experss opsiyasını deaktiv edirik və Next düyməsini sıxırıq:
Verilənlər bazasının SYS və SYSTEM istifadəçilərinə şifrələr təyin edirik və Next düyməsini sıxırıq:
Listener avtomatik grid infrastrukturun listener-i seçilib, Next düyməsini sıxırıq:
Əvvəlcədən qərara ASM disklər istifadə qərara aldığımız üçün Database File Location +DATA , Fast Recovery Area isə FLASH disklərini təyin edirk, Archiving opsiyasını aktiv edirik
Database Vault və Label Security təhlükəsizlik opsiyalarıdı, biz onları seçmirik:
Memory bölməsində Use Automatic Memory Management opsiyasını aktiv edirik.
İlkin olaraq Oracle yaddaşın 40% istifadə edir:
Sizing bölməsində ilkin verilənləri saxlayırıq:
Character Sets bölməsində Use Unicode(AL32UTF8) opsiyasını seçirik. Bu opsiya verilənlər bazasında başqa dillərdə məlumat saxlamağa imkan verir.
Connection Mode bölməsində Dedicated Server Mode seçirik:
Bu pəncərədə Create Database seçirik və Next düyməsini sıxırıq:
Bazanın yaratmamışdan öncə yekun məlumatlar göstərilir, bütün opsiyalar qane edirsə Finish düyməsini sıxırıq və bununla da bazanın yaranma prosesi işə düşür:
Bazanın quraşdırılması sona çatdı, Close düyməsini sıxırıq.
Bazanı və listener-i yoxlayırıq:
Listener işlək vəziyyətdədir:
Baza adı: ORC12DB
STATUS : Açıq
Baza rolu – Əsas
Şərhlər ( 2 )
Çox sağolun , Kənan bəy, yazan əlləriniz var olsun
Buyurun, butun suallara cavab vermeye haziram movzu ile baghli