Remote Desktop Virtualization Host
Salamlar hərkəsə, bu məqaləmdə Remote Desktop Services role-larına daxil olan Remote Desktop Virtualization Host role-undan, qurulması tənzimlənməsi haqda danışacağam. Remote Desktop Virtualization Host role-unun əsasında VDI texnologiyası dayanır. VDI texnologiyası nədir? VDI texnologiyası istifadəçi iş masalarının virtuallaşdırılması mərkəzi server-lərdə yerləşdirilməsi və LAN və ya WAN üzərindən istifadəyə verilməsi deməkdir. Əvvəlki məqaləmdə Remote Desktop Session Host role ilə birlikdə istifadəçilər həmin host üzərində ssesiya açırdılar, lakin Remote Desktop Virtualization Host role-nu qurduğumuz zaman isə istifadəçilər host üzərindəki virtual maşınlara qoşulub orda ssesiya açırlar. Virtual maşınlardan danışırıqsa deməli server-imiz üzərində həm də Hyper-V role-u yüklü olmalıdır. Prinsip olaraq istifadəçilər mərkəzi server üzərindəki sessiyalarına yox onlar üçün yaradılmış hovuz içərisindəki virtual maşınlardan birinə və ya müəyyən edilmiş virtual maşına bağlanaraq bu virtual maşında sessiya açırlar. RD Connection Broker istifadəçidən istəyi alır əgər həmin istifadəçi üçün xüsusi virtual maşın ayrılıbsa həmin istifadəçini uyğun virtual maşına yönləndirir, əgər virtual maşın sönülü vəziyyətdədirsə o zaman connection broker virtual maşını işə salır və istifadəçini həmin maşına qoşur. Əgər virtual maşın hovuzu varsa o zaman connection broker ilk əvvəl həmin istifadəçinin disconnect olmuş sessiyasının olub olmadığını yoxluyur, varsa həmin ssesiyaya qoşur, yox əgər yoxdursa dinamik olaraq hazır olan bir virtual maşına qoşur. Server üzərində virtual maşınlardan collection yaratmaq üçün bizim virtual maşın template-lərimiz(sysprep ilə söndürülmüş) olmalıdır. Host-umuz üzərində istifadəçilər üçün yaradacağımız collections-a daxil olacaq virtual maşınlar bu template əsasında hazırlanır. Bir template ilə sadəcə bir collection yaratmaq olar. Windows Server 2008 R2 Sp1 ilə birlikdə RemoteFX özəlliyi gəldi. RemoteFX ilə birlikdə GPU virtualization USB redirection və bir neçə yeni funksionallıqla birlikdə artıq istifadəçilər virtual masaüstülərdə də 3D grafika təcrübəsi, usb qurğuların yönləndirilməsi və digər yeni funksionallıqlardan yararlana bilirlər. İndi isə keçək RD Virtualization Host role-unun qurulması və tənzimləmələrinə, mənim istifadə edəcəyim test mühiti bir DC bir, member server və bir ədəd client-dən ibarət olacaq:
Host üzərində yaradılacaq virtual maşınların şəbəkəmizdə olmaları üçün ip adreslərində ehtiyacları var , onun üçün də mən DC01 üzərində DHCP server quraraq yeni bir scope yaratmışam və aktivləşdirmişəm:
bizim hələlik DC01 ilə işimiz qurtardı keçirik RD Virtualization Host quracağımız server-ə, burda ilk olaraq bizim əlimizdə bir template virtual maşın və ya bir .vhdx faylı olmalıdır və yaradılacaq collection-a daxil olan virtual desktop-lar həmin template əsasında yaradılacaq. Mənim Hyper-V üzərində bir virtual maşınım artıq var və mən onu sysprep edərək söndürməliyəm:
daha sonra keçirik RD Virtualization Host role-unun qurulumuna, aşağıdakı yolu izləmliyik:
bir RD Virtualization Host server-imiz olduğu üçün Quick Start deyirik:
Server-imizdə Hyper-V role-u qurulu olduğu üçün virtual machine-based deployment seçimi aktiv və seçili vəziyyətdədir, olduğu kimi saxlayıb davam edirik:
RD Virtualization Host, RD Web Access və Connection Broker-in eyni server üzərinə yüklənəcəyi haqda məlumat alırıq, next deyərək davam edirik:
Növbəti mərhələdə əvvəl də dediyim kimi bizdən virtual desktop template tələb olunur, əvvəl hazırladığım virtual maşının .vhdx faylını browse edərək davam edirik:
next ilə davam edirik:
və quruluma başlıyırıq, RD Session Host qurulumunda olduğu kimi burda da server-imiz yenidən başladılacaq və qurulum davam edəcək:
Hyper-V Manager-dən baxdığımız zaman yaradılacaq collection üçün base maşın olacaq QuickMasterVM adlı bir virtual maşın yaradılaraq olası hər hansı bir problem üçün export olunur:
İrəliləyən zamanda daha yeni bir virtual maşının yaradıldığını görürük bu maşın elə bizim collection-umuza daxil olan virtual desktop-umuzdur:
artıq qurulum yekunlaşdı:
gördüyümüz kimi virtual maşınım da artıq istifadəyə hazırdır:
eyni zamanda Active Directory Users and Computer konsolu üzərində computers OU-su içərisində yeni bir computer obyektinin yarandığını görürük:
eyni zamanda Hyper-V üzərində bir external switch yaradılaraq yaranmış virtual desktoplarımız bu switch-ə qoşulur, beləliklə də DHCP-mizdən ip alaraq şəbəkəmizə daxil olur:
burda hası role-un hansı server üəzində olduğunu və role dağıtımının sxemini görə bilərik:
burda mövcud collection-unumuz bu collection üçün host server-lər və collection-a olan qoşulmaları görə bilərik:
burda isə yaradılmış olan collection-un özəllikləri və collection-a daxil olan virtual maşınlar onların vəziyyəti və virtual maşınlar üzərində programların publish olunması barədə tənzimləmələri görürük, istəsək collectiona daxil olan virtual maşınlar üzərində çalışan programları publish edə bilərik sadəcə əlavə seçim olaraq uyğun virtual maşın seçimini etməliyik, remoteapp-barədə əvvəli məqalədə danışdığım üçün bu məqalədə toxunmayacam:
indi isə edit deployment properties deyərək açılmış pəncərəni daha əvvəlki məqalədəki eyni pəncərə ilə müqayisə etsək burda 2 yeni bölmənin olduğunu görərik:
Active Directory– bu hissədə biz virtual desktoplarımızın saxlanılacağı OU-nu müəyyən edirik, elə ki Quick start dediyimiz üçün standart Computer OU-su içərisində computer obyektlərimiz yaradılıb , Computer obyektlərinin yaradılması üçün Connection Broker-in həmin OU-üzərində müəyyən səlahiyyətlərə malik olması gərəkdir, bu səlahiyyətləri biz burda uyğun OU-nu seçərək apply deyərək verə bilərik lakin əgər daxil olduğumuz istifadəçinin buna səlahiyyəti çatmırsa onda uyğun script generate edib DC üzərində işə salaraq da bunu edə bilərik:
mən yeni bir VDI adlı OU yaratmışam onun üçün həmin prosesi yerinə yetirək :
Export Location-burda isə template virtual maşının export olunacağı yeri müəyyən edirik:
indi isə client maşınımızdan qoşulmanı test edək, web üzərindən bağlandığımız zaman aşağıdakı kimi collection-umuzu görürük:
üzərində click-ləyərək uyğun istifadəçi adı və parolu daxil edib bağlanırıq:
gördüyümüz kimi müvəffəqiyyətlə virtual maşınımıza bağlandıq:
indi isə mövcud collection-umuzu silərək yenisini yaradaq, bunun üçün collectioun-un üzərində sağ click-lə remove collection deyirik:
task-dan Create Virtual Desktop Collection deyərək davam edirik:
next ilə davam edirik:
Collection-umuz üçün uyğun ad müəyyən edib davam edirik:
burda yaradılacaq collectionun tipini müəyyən edirik , 2 cür collection yaratmaq mümükündür:
Pooled virtual desktop collection-burda virtual maşınlardan bir hovuz yaradıır və istifadəçilər hovuz içərisindən hər hansı bir virtual maşına yönləndirilirlər.
Personal virtual desktop collection– burda isə hər istifadəçi üçün müəyyən virtual maşın ayrılır.
Automatically create and manage virtual desktops -yəni collection-la birikldə virtual maşınlar da yaradılır.
Mən ilk öncə olduğu kimi saxlayaraq davam edirəm:
sonrakı mərhələ hər iki collection type seçimi üçün eynidir belə ki uyğun template -i seçməməiz gərəkdir:
əgər personal desktop collection type seçərsəm;
daha sonra user-lərin necə təyin olunacağını müəyyən etməliyik,
Enable automatic user assignment– burda istifadəçi ilk olaraq hansı virtual desktop-a qoşulursa o virtual desktop həmin istifadəçi üçün təyin olunur.
Disable automatic user assignment– burda isə biz daha sonra istifadəçiləri uyğun virtual maşınlar üçün təyin edirik.
Add the User Account to the Local Administrator Group on the Virtual Desktop -burda isə istəsək həmin istifadəçi üçün təyin olumuş virtual desktop üzərində local admin səlahiyyəti verə bilərik:
burda virtual desktop-lara uyğun qurulum sonrası tənzimləmələrin necə aparılacağını müəyyən edirik, əgər uyğun konfiqurasiya faylımız varsa burdan əlavə edə bilərik, mən olduğu kimi saxlayıb davam edirəm:
daha sonra domain adı, uyğun OU müəyyən edirik. əvvəl də dediyim kimi həmin OU üzərində Connection Broker server-in müəyyən səlahiyyətləri olmalıdır, bunu uyğun OU-nu seçib apply deyərək edə bilərsiniz:
daha sonra hansı istifadəçilərin collection-a qoşulub qoşulmayacağını, neçə virtual desktop yaradılacağını və virtual desktop-ların adlandırılmasını müəyyən edirik:
bir neçə Host-umuz varsa daha çox virtual desktop yaradaraq bu bölmədə host-lar arasında bölə bilərik, olduğu kimi saxlayıb davam edirik:
burda isə yaradılacaq virtual desktopların harda saxlanacağını müəyyən edirik, gördüyümüz kimi müxtəlif yerlərdə saxlaya bilərik, host-un özündə, paylaşılmış bir qovluqda. başqa bir diskdə ya da Cluster Shared Volumes da , ən yaxşı seçim Custer shared Volumes olacaqdır , lakin bizim hal-hazıda elə bir imkanımız olmadığı üçün Host üzərində uyğun bir yer seçərək davam edəcəyik:
Automatically roll back the virtual desktop when the user logs off– hyper-v manager-də diqqət edərsək virtual maşın yaradıldıqdan sonra uyğun vaxt üçün checkpoint -də yaradılır. User log off olduqda isə virtual maşın həmin checkpoint-ə uyğun vaxta qayıdır:
burda isə istifadəçi profilinin harda saxlanacağını müəyyən edirik, işarə qoymazsaq onda virtual maşının özündə saxlanacaq , əgər işəra qoyub yer seçməzsək onda istifadəçi temporary profile açacaq maşında, log off olduğu anda profile silinəcək. Profile management üçün biz roaming profile və folder redirection kimi həllərdən də istifadə edə bilərik.
create deyərək collection-un yaradılmasını başladırıq:
collection-umuz müvəffəqiyyətlə yaradıldı:
Hyper-V Manager-dən baxdığımızda hər iki virtual maşınımızı görə bilərik:
indi isə qoşulmanı test edək:
müvəffəqiyyətlə qoşulduq:
collection-umuzun özəlliklərinə daxil olaq :
Collection-un adı Web Acces server-də həmin collection-un görünüb gorünməməsi, virtual maşının saved vəziyyətinə keçməyi üçün vaxt kimi tənzimləmələri dəyişə bilərik
burda isə heç nə dəyişə bimirik və sadəcə məlumat üçündür:
collection-a qoşulacaq istifadəçiləri müəyyən edirik:
istifadəçinin qoşulduğu qurğudan istifadə etdiyi virtual desktop-a uyğun yönləndirmələri muüəyyən edə bilərik:
profil disk-lə bağlı tənzimləmələri burdan edə bilərik, bütün istifadəçi profilini və ya sadəcə müəyyən etdiyiniz qovluqları profil disk-də saxlaya bilər, seçdiyiniz hər hansı bir qovluğu da burə əlavə edə bilərik:
Active Directory Users and Computer konsolu və DHCP server-ə nəzər saldığımızda virtual desktoplarımızı görə bilərik:
Əgər biz personal virtual desktop collection tipində collection yaratsaq aşağıdakı kimi istifadəçiləri virtual desktop-lara təyin edə bilərik:
pooled virtual desktop collection tipində isə burda biz mövcud collection daxilinə yeni virtual desktop əlavə edə bütün virtual desktop-ları yenidən mövcud template-ə görə yarada bilərik:
recreate all virtual desktops dediyimiz zaman aşağıdakı pəncərə ilə qarşılaşırıq , burda uyğun template-i seçib davam edirik,
burda isə ne zaman virtual desktopların yenidən yaradılacağını müəyyən edirik . istifadəçi qoşulu deyilsə tezliklə proses başlayır lakin istifadəçi qoşulu isə onda biz müəyyən bir vaxt aralığı müəyyən etməliyik ki həmin vaxt aralığında istifadəçi log off olduğu anda proses başlıyacaq, ya da prosesi cədvələ salaraq ya istifadəçiləri log off edib prosesi başlada ya da müəyyən bir vaxtda bunu edə bilərik:
Bu məqaləni burda bitirirəm, amma Remote Desktop Services ümumi olaraq hələ davam edəcək. Yararlı olması diləyilə…
Şərhlər ( 3 )
Əla. Çox gözəl məqalədir. Davamını gözləyirik.
Çox sağolun müəllim, İNŞALLAH
cox sagolun