Köhnə Əməliyyat sistemi(Windows.old) necə silinməlidir?
Əməliyyat sistemlərinin yeni versiyası çıxdığı zaman, yeni versiyaya keçid üçün ya köhnə sistemi silib yenisini qurmalı ya da ki, mövcud əməliyyat sistemini yeniləşdirməliyik(upgrade – məs: Microsoftun yeni əməliyyat sistemi Windows 10-a keçid üçün dərslik )
Sıfırdan qurulma zamanı Upgrade etdiyimiz zamanı, mövcud əməliyyat sistemində olan proqram və fayllar qorunub saxlanır. Upgrade-dən sonra köhnə əvəzinə yeni ƏS yüklənir. Əməliyyat sisteminin yerləşdiyi diskə diqqət etsəniz, normalda olduğundan təqribən 2 dəfə çox yer tutduğunu görə bilərsiniz. Diskin içinə baxdığımız zaman Windows.old qovluğu görəcəksiniz. Bu qovluqda köhnə ƏS yerləşir. Bəzi hallarda yeni ƏS keçdikdən sonra yeni sistemdən narazı qalsanız, downgrade əməliyyatı ilə köhnəni geri qaytarmaq olur. Əgər yeni əməliyyat sisteminə keçiddən sonra hər şey qaydasındadırsa, o zaman köhnə əs silmək olar. Bunun üçün Windows içində gələn Disk CleanUp proqramından istifadə edəcəyik. Proqramı necə işlətmək lazım olduğunu bu “Bilgisayarımızda yer tutan artıq faylları necə təmizləmək olar? Disk CleanUp” dərslikdə izah etmişəm.
İndi isə Windows.old qovluğunu silib diskdə yer boşaldaq.
- C-diskini seçib, sağ düyməni basırıq. Properties-a daxil oluruq. Açılan dialoq pəncərəsində Disk CleanUp düyməsini basırıq.
2. CleanUp system files düyməsini basırıq.
3. Siyahıda Previous Windows Installation(s)-a diqqət edin. Köhnə sistem diskdə 12.1 Gb yer tutur. Bu da kifayət qədər böyük həcmdir. Silmək istədiyinizdən əmin olduğunuz təqdirdə, qarşısına işarə qoyub OK düyməsini basırıq.
4. Sistem bizdən “Bu faylları silmək istədiyimizdən əmin olub-olmadığımızı” soruşur.
5. Bu proses diskin sürətindən və faylların həcmindən asılı olaraq bir neçə saniyədən bir neçə dəqiqəyə qədər vaxt apara bilər.
Beləliklə Disk CleanUp vasitəsi ilə 12 Gb həcm azad etmiş oldum.