1C:Müəssisə. Tədris versiyasının yüklənməsi və quraşdırılması
Salam Dostlar!
“1C:Müəssisə” proqramına aid keçən məqalədə “1C” nədir və nəyə lazımdır suallarına asan dildə cavab verməyə çalışdım.
“1C:Müəssisə” proqramını öyrənmək üçün haradan yükləyim və necə quraşdırım? Bu sualla müraciət edənlərin çox olduğunu nəzərə alaraq bugünkü məqalədə bu suala ətraflı cavab verməyə qərarına gəldim.
Keçən məqalədə qeyd etdiyimiz kimi: “1C:Müəssisə” texniki nöqteyi-nəzərindən iki əsas hissədən ibarətdir:
- “1C:Müəssisə” platforması – bu proqramın əsasıdır və ilk növbədə bunu yükləyib quraşdırmaq lazımdır. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır.
- Konfiqurasiyalar “1C” kodundan istifadə olunmaqla platforma üzərində yazılır. İstifadəçilər konfiqurasiyalarla işləyirlər. Mühasibat, İstehsalat, Pərakəndə satış, Mağaza, Kompleks avtomatlaşdırma, Satışın idarə edilməsi və s. konfiqurasiyar mövcuddur. Konfiqurasiyalar tipik və sıfırdan yazılmış (adaptasiya olunmuş) variantları vardır. Müəyyən konfiqurasiyanın üzərində sıfırdan baza qurmaq olar. Lakin hazır baza varsa buna ehtiyac yoxdur.
Platforma iki formada təklif edilir:
- Fayl versiyası
- Kliyent-server versiyası
Fayl versiyasında bütün məlumat bir xüsusi formatda olan (1Cv8.1CD) faylda yerləşir.
Kliyent-server versiyasında məlumat SQL verilənlər bazası cədvəllərində yerləşir. Buna görə də bu versiya üçün əlavə olaraq Microsoft SQL Server, Oracle Database və s. Verilənlər Bazası İdarəetmə Sistemi də tələb olunur. Biz bu gün fayl versiyasından danışacağıq, kliyent-server variantını isə növbəti məqalələrdə izah olunacaq
Qeyd etmək lazımdır ki, “1C:Müəssisə” proqramını pullu proqramdır və açarlarla müdafiə olunub. Müəssisə və ya kiçik biznes üçün tam işlək orijinal platformanı tapa bilməyəcəksiz, çünki onlar xüsusi HASP açarlarla müdafiyə olunub. Bu cür proqramlar sifarışlə alınır. Lakin öyrənmək və tədris bazasını qurmaq üçün tam pulsuz versiyası mövcuddur. Həmin versiyanı aşağıda göstərilən 1C rəsmi saytından yükləyə bilərsiniz:
http://online.1c.ru/catalog/free/learning.php
Saytı açdıqdan sonra bizi maraqlandıran versiyanı seçirik, məsələn: mən ən son versiyanı 1С:Предприятие 8.3 Версия для обучения программированию seçdim. Bu versiya ən dolğun versiyadır və bunu yükləmək məsləhətdir:
Növbəti səhifədə göstərilən linkə keçid edək:
Daha sonra açılan anket formasını dolduraq. Ad, soyad və elektron poçt ünvanını qeyd etmək kifayətdir:
Növbəti səhifədə faylın yüklənməsi linkinin qeyd etdiyiniz elektron poçt ünvanınıza göndərildiyi barə mesaj görəcəksiniz:
Qeyd etdiyiniz e-mail ünvanına keçirsiniz və gələn məktubdakı linkə keçid edirsiniz. Bu zaman fayl yüklənməyə başlayır. Fayl zip arxividir və həcmi 1,91 Gb-dir.
Boşaldıqdan sonra çoxlu qovluqlar və fayllar görürük. Hələlik bizə lazım olan “platform_8_3_6_2014” qovluğudur, onu açırıq və Setup.exe faylını işə salırıq və “Dalee” düyməsini sıxırıq:
Açılan pəncərədə yenə də “Dalee” düyməsini sıxırıq:
Açılan pəncərədə “Sistemnıye ustanovki” menyusunda “Russkiy” seçirik:
Açılan pəncərədə “Ustanovit” düyməsini sıxırıq:
Bununla 1C:Müəssisə proqramının platformasının yüklənilməsi işləri bitir. Daha sonra maraqlandığımız tədris konfiqurasını quraşdırmalıyıq. Yüklədiyimiz arxıvdə dörd konfiqurasiya təklif edilir: 1C:Mühasibatlıq, 1C:Pullar, 1C: Kiçik firma və 1C:Mobil. Ən çox istifadə edilən 1C:Mühasibatlıq konfiqurasiyasını yükləyək. Bunun üçün “accounting_3_0_30_16” qovluğuna keçirik və setup.exe faylını işə salırıq. Açılan pəncərədə “Dalee” düyməsini sıxırıq:
Açılan pəncərədə hər şeyi olduğu kimi saxlayıb yenə də “Dalee” düyməsini sıxırıq:
Quraçdırma işləri tamamladıq. İndi isə 1C:Müəssisə proqramənını işə salaq və ilk bazamızı yaradaq. Bunu üçün proqramın ekrandakı keçidindən və ya Start – All Programms – “1С Предприятие 8 (учебная версия)” keçidindən istifadə edirik. Açılan pəncərədə deyilir ki, heç bir baza yoxdur və “Da” düyməsini basmaqla ilk bazanı yaradın:
Açılan pəncərədə iki seçim verilir: sıfırdan boş baza yaratmaq və ya mövcud olan bazanı əlavə etmək. Biz sıfırdan boş baza yaratmaq seçirik və “Dalee” düyməsini sıxırıq:
Açılan pəncərədə bizə yenə də iki seçim verilir: Tamamilə boş baza yaratmaq və ya artıq bəzi məlumatlar olan tanışlıq (demo) baza yaratmaq. İlk növbədə boş baza yaradaq:
Növbəti pəncərədə bazanın adını təyin edirik və “Dalee” düyməsini sıxırıq:
Növbəti pəncərədə bazanın yerini təyin edirik, bunu üçün D və digər diskləri seçə bilərik:
Son pəncədərə hər şeyi olduğu kimi saxlayırıq və “Qotovo” düyməsini sıxırıq:
Açılan pəncərədə yaratdığımız tədris bazasının adını görürük. Platformaya iki cür giriş təklif olunur:
- İstifadəçi girişi
- Konfiquratora giriş
İstifadəçi girişi seçirik və proqrama daxil oluruq. Cəmi 1 istifadəçimiz var “Administrator”. Parol yoxdur.
Və proqrama daxil oluruq:
Qeyd etmək lazımdır ki, bu versiya heç bir lisenziya açarı tələb etmir və yalnız tanışlıq və tədris məqsədləri üçün istifadə edilir. Çoxlu məhdudiyyətləri olduğu üçün bu versiyanın real mühitdə (istehsalatda, magazada və s.) istifadəsi mümkün deyil. Yalnız fayl variantında işləyir, cəmi 2000 obyekt yaratmaq olar, kliyent-server variantı mövcud deyil və digər məhdudiyyətləri var.
Hələlik bu qədər. Növbəti məqalələrdə görüşənədək.
Diqqətinizə görə təşəkkür edirəm.