Windows Server-lərdə İnternet Explorer 11-in gəlişi GPO-da Proxy tənzimləmələrinin itməsi

Salam

Bu dəfəki məqaləmizdə Microsoftçuların bizə hazırladığı və əslində elədə xoş olmayan süprizdən, yəni Microsoft Əməliyyat sistemlərinin Update olunması ilə gələn yeni İnternet Explorer 11-in Group Policy Object(GPO) tənzimləmələrindən Proxy paylaşım bölməsini yoxa çıxartmasından və bunu necə əvəz edə biləcəyimizdən danışaq. Əslində əvvəl GPO-dan işçi stansiyalara proxy paylamaq istərkən belə bir mənzərə ilə qarshılaşırdıq(Şəkil1)

Şəkil1

Şəkil1

Burada asanlıqla connection bölməsinə oradanda proxy bölməsinə daxil olub proxy ünvanımızı və port nömrəsini yaza bilirdik. Ama indi bunu etmək istərkən isə belə bir mənzərə ilə qarşılaşırıq

Şəkil2

Şəkil2

Göründüyü kimi nəqədər acı və kədərli olsada bizim üçün işi rahat edən “İnternet explorer maintenance” bölməsi artıq yoxdur, bunu niyə belə ediblər nə fikirləşiblər kimi suallarla Microsoftu mühakimə etmək təbii ki bizə qalmayıb, amma sizin kimi məndə bu işdə bir məntiq tapa bilmədim.

Beləliklə itmiş bölmələrin yerinə Microsoft, ya “İnternet Explorer Administration KİT”-dən yada GPO-nun başqa bölməsi “Group Policy Preferences”-dən istifadə etməyi məsləhət görür. Mən ikinci seçimdən, yəni “Group Policy Preferences”-dən istifadə etməyi daha məqsədə uyğun bilərdim, əlimizdə GPO qədər güclü bir alət olduğu halda əlavə alətləri yükləmək nəyə lazım? Ama burada da hər şey olmasını istədiyimiz qədər sadə deyil.(Şəkil3)  “Group Policy Preferences”-ə daxil olsaq və proxy üçün İE əlavə etmək istəsək görərik ki, birneçə İE seçimi bizə təqdim edilir 5,6,7,8 :-). Bu qədər tənzimləmələri çətinləşdirməy azmış kimi hələ bir İE versiyalarınıda əlavə ediblər. Axi bu nəyə lazım? Sadəcə İE əlavə edib və bütün İE versiyalarına paylana biləcək funksionallıq yaratmaq olmazdımı? Sizində anladığınız kimi burada tənzimlənən informasiyaların heçbiri İE11-ə paylanmayacaq. Nə isə, oyuncağımızı belə düzəldiblərsə belədə oynamağa məcburuq!

Şəkil3

Şəkil3

Əgər bununla razılaşırsınızsa, yəni siz üçün İE11-ə proxylərin və portların öaylanmağına ehtiyac yoxdursa ele bu yolla tənzimləmələrinizi davam edin. Belə ki, İE8-i seçib proxy adresinizi və protunuzu daxil edin. Əgər yox sizin üçün təkcə İE8-ə qədər kifayət deyilsə və bütün növ İE-lərdə tənzimləmələrin çalışmasını istəyirsinizsə onda DAVAM!

Bütün növ “Browser”-lərin tənzimləmələri yalnı və yalnız bir yerdə yaşayır  [HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Internet Settings]. Məhz bunun üçündə bizə lazım olan, istifadəçilərin reestr-ni dəyişmək və “policy”-ni bütün kompyuterlərə paylamaqdır.

Göründüyü kimi seçilmiş reestr budaqında 2 qiymət yaradırıq və daxil edirik!

«ProxyEnable“=dword:00000001
«ProxyServer“=”192.168.0.12:3128”

Eynən belə bir təsvir alınmalıdır.(Şəkil4)

Şəkil4

Şəkil4

Əgər “Bypass” daxili şəbəkə ünvanlarının istisnasını yaratmaq istəyirsinizsə o zaman əlavə bir parametr daxil etməlisiniz ki oda bu formada olacaqdır.

ProxyOverride“=”http://*.internal.lan;https://*.internal.com;<local>

Çox sağolun

Kömək edək ki, İnkişaf edək!!

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın