Server üzərindən password policy-nin dəyişdirilməsi.

Salam. Bu mənim ilk məqaləm olacaq. Bugün sizlərlə window server 2012 r2 üzərindən domain səviyyəsində istifadəçilərin parol policy-nin tətbiq edəcəyik. Bildiyiniz kimi susmaya görə istifadəçi parolları 7 simvoldan,bir böyük hərfdən və rəqəmlərdən ibarət olmalıdır.Active directory user and groups üzərindən istifadəçi yaratdığımız zaman şəkil 1-dəki kimi xəta alırıq. Bunun nəticəsində istifadəçilərə istənilən parolu verə bilmirik. Group policy üzərindən biz bu çətinliyi aradan qaldıra bilərik.
Əvvəlcə Server Manager-də Tool bölməsindən Group Policy daxil oluruq. Şəkil 2.
Şəkil 3 -dəki kimi domain səviyyəsində New Group Policy object üzərində sağ düyməni sıxıb editləyirik.
Açılan pəncərədə Computer Configuration ►Policies►window settings►security settings►accaunt policies►password policies bölməsinə daxil oluruq. Burada bizə vacib olan iki policy-ni tənzimləyirik. Şəkil 4.
İlk olaraq minimum Password lenght policy-də parol uzunluğunu təyin edirik default olaraq 7 olur.Mən 1 olaraq seçirəm. Şəkil 5.
İkinci olaraq isə mürəkkəb parol uyğunluğunu yəni Password must meet complexity requeirements policy-ni disable etməliyik. Şəkil 6.
Bütün bu tənzimləmələri etdikdən sonra cmd üzərindən gpupdate /force əmrini veririk .Şəkil 7.

