GPO vasitəsi ilə Computer Certifacate –nın Auto-Enroll edilməsi

Əlbəttə də ki, Computer Certificate – nı hər bir computerdə əllə də enroll etmək olar. Əgər sizin halda bir neçə computer varsa , bunu gpo ilə etməsəniz də olar J . Lakin iş böyük sayda computer –lərdən  gedirsə bunu GPO ilə yerinə yetirərək bu zülümdən canınızı qurtarmış olarsınız J . Bu proses bir neçə addımdan ibarət sadə  bir işdir.

İlk öncə Group Policy Management – ə daxil oluruq:

1

GPO –nu yardadıb sonradan domain səviyyəsində ya domain controller səviyyəsində və ya digər  səviyyədə  tətbiq edəcəyimizi müəyyən edə bilərik.

Buna görə Group Policy Objects – də New deyirik:

2

GPO –muza ad verib OK deyirik:

3

GPO –muzun üstündə sağ düyməni vurub Edit deyirik:

4

Edit dedikdə Group Policy Management Editor pəncərəsi açılır. Bu pəncərədə ardıcıl olaraq Computer Configuration > Policies > Windows Settings > Security Settings > Public Key Policies iyyerarxiyasını davam etmək lazımdır:

5

Certificate Services Client – Auto Enrollment üzərində sağ düyməni vurub Properties – ə daxil oluruq. Configuration Model – dən Enable – ni seçirik:

6

7

Göründüyü kimi bizə vaxtı bitmiş certificate – ların yenilənməsi , etibarsız certificate – ların silinməsi kimi seçimlər verilir. Hər ikisini seçib OK deyirik:

8

Bundan sonra biz hansi tip certificatın auto enroll olmasını göstərməliyik. Bunun üçün  Automatic Certificate Request Setting – üzərində sag düymə New > Automatic Certificate Request vururuq:

9

Açılan pəncərədə Next deyirik:

10

Bizə Computer certificate –nin auto enroll – u lazım olduğu üçün Computer seçib Next  daha sonar Finish deyirik:

11

12

Nəticədə Automatic Certificate Request Setting də Computer adında yeni bir request yaranır:

13

Bundan sonar GPO – muzu  hansı səviyyədə tətbiq edəcəyimizi müyyən edə bilərik.

GPO –nun dərhal tətbiq olunduğunu görmək istəyiriksə, ilk öncə onu lazım olan səviyyədə tətbiq edirik, sonar domaində olan hər hansısa bir computer – də cmd – ni açıb gpupdate /force əmrini verib computeri restart etmək kifayətlənirik.

Yararlı olması ümüdiylə 🙂

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Cavid Salmanov

Şərhlər ( 2 )

  1. Sagol Cavid

Şərh yazın