VmWare ESXi üzərində firewall və Proxy-lərin şəbəkə interyeslərinin qurulması və sazlanması

Hər vaxtınız xeyir.

Mənim bu məqaləni dərc etməyimdə məqsəd mənə bu sualın həddən çox verilməsi ilə əlaqədardır və belə hesab edirəm ki, bir çox İT sahəsinə başlayan insanlara kömək olacaqdır. Dərc etdikdən sonra bir neçə yerde bunu paylaşacağam ki, TechNet.az səhifəsindən xəbəri olmayan insanlar belə həm bu səhifədən yararlana bilsin həmdə dərc etdiyim məlumatdan. Öncədən nəzərinizə çatdırmaq istəyirəmki ümumiişlək terminləri İngilis dilində ifadə edeceyem ki, bu hamı üçün rahat olsun. Məqaləmizi KERİO CONTROL proqram təminatı üzərində başlayaq, əgər kimdəsə başqa firewall və ya proxy sistemi varsa prinsipcə məntiq eyni olacaqdır.

Virtual maşında KERİO CONTROL proqram təminatını yüklədikdən sonra və “Wizard”-ın tələblərini və təkliflərini yerinə yetirdikdən sonra iş qalır “External(İSP)” naqilinin KERİO CONTROL-a necə qoşulmasına və bir çoxlarını çaşdıran məsələdə elə budur.

Beləliklə

-Proqram təminatı adi qaydada virtual maşına yüklənir

-Yükləmədən sonra virtual maşının tənzimləmələrinə daxil oluruq(Virtual maşın üzərində Second click-Edit Settings) (şəkil 1)

Şəkil 1

-Açılan pəncərədə (Add) düyməsini sıxıb virtual maşın üçün ikinci “Network adapter”-i əlavə edirik (Şəkil 2)

Şəkil2

 

Şəkil2

Şəkil2

– Beləliklə (External\İSP) xətti birləşdirmək üçün ikinci (Network adapter) şəbəkə kartımız əlavə olundu

– Tanınmasının asand olması üçün sonrada şəbəkəkartının adını istədiyiniz ada dəyişə bilərsiniz

– Bu əməliyyatdan sonra keçid alırıq ESXi-ın “Configuration” bölməsinə  buradan Networking bölməsinə və burada “Add  Networking” düyməsini sıxırıq.  (Şəkil3) 

Şəkil3

Şəkil3

– Açılan pəncərədən “Virtual Machine” seçib Next düyməsi ilə davam edirik (Şəkil4)

Şəkil4

Şəkil4

-Növbəti pənərədə boş olan şəbəkə kartlarından birini seçirik, qeyd edimki bu şəbəkə kartları siyahısı fiziki serverin(Yəni esxi olan serverin) arxasındakı fiziki portların siyahısıdır və bu pəncərədə virtual maşın (Kerio Control)üçün hansı portu seçiriksə “External” naqilini də serverin arxasında eyni porta salmalıyıq, əks halda hec bir nəticə əldə edə bilmiyəcəyik və port qalxmayacaq. Portların seçimində səliqəni gözləmək üçün sıralamanı pozmasaq daha məqsədə uyğun olar. Şəbəkə kartımızı seçib Next düyməsini sıxırıq (Şəkil5)

Şəkil5

Şəkil5

– Növbəti addımlarda dəyişiklik etmədən Next və Finish düymələrini sıxırıq (Şəkil6)

ü3.....

Şəkil6

Şəkil6

– Göründüyü kimi yeni “switch”-de əlavə etdiyimiz port artıq sazlandı

Şəkil7

Şəkil7

-Beləliklə KERİO CONTROL proram təminatının yerləşdiyi ESXi olan fiziki serverin arxasındakı portlardan tənzimləmələr zamanı hansını secmişiksə (mənim halımda bu “vmnic3-dür”) həmin porta “external\İSP” naqili salırıq və şəbəkə kartının qalxmasının şahidi oluruq.

– Sonuncu etapda isə yenidən KERİO CONTROL yerləşən virtual maşının tənzimləmələrinə keçirik və KERİO CONTROL-da olan 2 şəbəkə kartının birini daxili şəbəkəyə digərini isə “İSP”-dən gələn naqilə qoşulma üçün yaratdığımız və “vmnic3” şəbəkə kartına aid etdiyimiz xarici şəbəkəyə birləşdiririk(Şəkil8)

Şəkil8

77 88

Bu qədər. Kiməsə kömək ola bildimsə çox sevindim.

Kömək edək ki, İnkişaf edək!!!

Səs: +30. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

  1. Əgər kimdəsə təyin olunacaq Daxili və Xarici  İP-lərlə bağlı sual yaranarsa, bunu virtual maşında olan KERİO CONTROL proqram təminatının tənzimləmələrindən etmək lazımdır

  2. Sagolun

Şərh yazın